1. Ağzımı bağladın

48 2 2
                                    

Maaam, mən gəldim.

—Xoş gəldin, get dəyiş əynini, gəl mənə kömək elə. Axşama qonaqlarımız var

—Camaatın anası deyir gəl çörək ye, mənimki də belə. Kim gəlir?

—Atanın dostları, ailələri ilə.

—Bıy, Salam Əleykum

—Əleykumə, tez ol

  Salam. Adım Zərifədir. Sizə özümdən və ailəmdən danışım. 21 yaşım var. Elə də gözəl deyiləm, amma deyilənə gorə gözəl gözlərim var və suyuşirin biriyəm və blah blah blah. İnformasiya texnologiyaları üzrə 3cü kursda təhsil alıram. Qəribədir hə? Heç qız sənəti deyil deyə düşünəcəksiniz. Haqlısız, amma nə yaxşı ki, vaxtında oxumuşam. Orta imkanlı, ziyalı ailədənəm. Ailədə 5 nəfərik. Anam Mətanət evdar qadın, atam Ramiz hüquqşünasdır. Kiçik qardaşım Əlinin 15 yaşı var. Böyük bacım Məryəm isə ailəlidir və 2 yaşında Fidan adında qızı var. Moskvada yaşayır. Elə də mehriban sayılmarıq. Tipik azərbaycanlı ailəsiyik.

                              ***

Gəldilər! – bayaqdan pəncərənin önündən çəkilməyən Əli tez anama xəbər verdi.

Gəl bu yana, gördülər! Bu uşaq məni öldürəcək! – anam iynə üstündə idi.

Zərifə, gəl salamlaş, çıx otağına. – yenə məni tənbeh edirdi.

Oturası deyiləm ki hıh... – Onsuz heç vaxt masaya oturmamışdım.

Qonaqlarımız atamın bir neçə tələbə dostu və ailələri idi. Çox sevməzdim belə abu havanı. Köhnə zarafatlar, xatirələr, əsgərlik hekayələri, siyasət, qeybət... Bir sözlə, mənə dəxli olmayan hər şey. Ona görə qonaqlarla görüşüb, birbaş otağıma qalxdım. Əlbəttə yatacaqdım, başqa işim mi vardı? O qədər yorğun idim ki, paltarımı dəyişməyə ərinib özümü yatağa atdım. Ultra şanslı biriyəm, buna görə bir az keçmiş qapım döyüldü və o an yatmaq planımın suya düşdüyünü hiss elədim... Gələn Nəzrin idi, oradakı ailələrdən birinin qızı. Məndən 3-4 yaş balaca idi – 17 yaşı olardı. Nəzrinlə tanışlığımız var idi, mehriban və səmimi qız idi düzü.

Olar? – başını içəri salıb gözlərini mənə zillədi. Yox desəm çox kobud olardı? Bir bahanə tapmalıydım. Hə hə hə mənim turbo sürətli beyinciyim, işlə biraz...

Əlbəttə, buyur – beynim də mənə 'anan onu başından elədiyini bilsə səni bir həftə otaqdan çölə buraxmaz' dedi. Yox yəni mən ona bunu mu tapşırdım? İşini görüb bəhanə tapsaydı daha xeyirli olardı fərsiz.

Aşağıda darıxdım, dedim qoy Zərifəni görüm. Narahat etmədim ki? – elə yazıq-yazıq baxırdı ki, əlindəki İphone'a hörmət et biraz demək istədim, sonra turbo sürətli internetimizi xatırlayıb yerimə

Yox, nə danışırsan? – eh bu yumşaq qəlbimin qızcığazın sıxıcı söhbətlərə qulaq asmaqdan bezginləşmiş üzünə yazığı gəldiyini desəm yalan olardı. Hamısı nəzakətən idi. Üff tamam, anam biraz sərt idi, əsəbləşə bilərdi, bu qədər.

Beləcə, biz ekstra maraqlı söhbətimizə başladıq. Birazdan anam bizi yeməyə çağırdı. Elə də həvəsli olmasaq da, ayıb olmasın deyə aşağı düşdük. Yolüstü anam əlimə qaynar aş buludunu da tıxışdırdı. Əlim yana-yana apardım birtəhər, amma soruş ki Zərifə, sən bu beyinciklə də olsa, Bermud üçbucağının sirrini daha tez taparsan nəinki ananın qurduğu süfrədə boş yeri. Barmağını qoymağa yer yox idi, başım boyda aş buludunu hara qoyacaqdım ki? Nəysə, xalalardan kömək istəmək şərt oldu, "ay Mətişin qızı əməllicə bacarıqsız imiş... Oxumaqla deyil ki, qızın əlindən gərək iş gəsin yoxsa kim saxlayar onu" tərzi sözlərlə gözümün qabağında qeybətimi qırmaqları əlimin yanmasından daha az əzab verərdi hər halda. Hamının başı söhbətə qarışıq idi deyə, məcbur yanımdaki oğlandan xahiş etməli idim, amma utanırdım. Və təbii ki, Everestdə at çapan qürurum bir xahişlə ordan düz Mariam çökəkliyini boylayardı. Bir xeyli əlləşəndən sonra, oğlan birdən-birə boşqabları kənara çəkdi və sərt bir hərəkətlə buludu əlimdən alıb stola qoydu. Wow, qabı 1 əli ilə tutmağı çox seksi idi, insaf var 3cü əlim olsaydı onu da işlədərdim bu ağırlıqda şeyə.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 03, 2019 ⏰

Add this story to your Library to get notified about new parts!

Özünü qoruWhere stories live. Discover now