Bəzən insan dünyaya gəldiyi andan belə çətinliklə üzləşir.Lakin bunu həyatı dərk etdiyi gün anlayır.Və bu bizim günahımız deyil.Həyatımızda baş verən hər şey bizi yolumuza aparır və böyük uğurlara qovuşdurur.Həyatımızdakı çətinliklərin heç biri səbəbsiz deyil...
Kim deyə bilər ki,çətinliklərə dözüb bir birini ilk gündəki kimi sevənlər ayrıla bilməz.Və belə bir sevgini yaşayıb onu doyunca dada bilməyənlərdən biri mənim anam və atam olub.Anam Anjeli nənəsi ilə kənddə yaşayırdı.Bütün bağ,bostan və ev işlərində nənəsinə kömək edirdi.Atam Andrey isə şəhərdə yaşayırdı.Zadəgan ailəsində böyümüşdü.Anam nənəmlə şəhərdə meyvə tərəvəz satırdı.Bir gün atam anamı bazarda görür və onun gözəlliyinə vurulur.Atam hər gün onu görməyə gəlir.Hər dəfə bir şey almaq bəhanəsi ilə onun yanına gəlir.Anam isə heç nə anlamır.Bir birini hər dəfə səmimi baxışlarla süzürlər.Anam hər axşam nənəsi ilə söhbət edir və atam haqda danışır:
- Görəsən oğlan niyə həmişə gəlir?
- yəqin səndən xoşu gəlir.Lakin ehtiyatlı ol o zadəgan ailəsindəndir.bizimkimilərlə oturub durmazlar.
- onsuz onu sevmirəm ki,sadəcə maraqlı oldu.
Anam artıq vurlmuşdu.Hər an beynində analiz edirdi.Xəyalında canlandırırdı simasını.Amma adını bilmirdi.Anam həyətdə meyvə dərirdi.Birdən arxasında onun adını çəkib kiminsə səslədiyini duydu.Dönüb arxasında atamı gördü.Bir anlıq ikisi də susdu.Sonra anam:
- burda nə işiniz var?Evimizi hardan tanıyırsız? Bəs adıml?
- Işim səni görməkdir.Fərqində dəyilsən?səncə niyə həmişə sənin yanına gəlirəm hər gün nəsə almağa?Sənin yanlna gəlmək istəyən üçün evinin harda olduğunu tapmağa nə var ki?Və səni hər an səsləmək istəyən üçün adını bilməyə??
-siz...siz məni güdürsüz?
-xeyr.Bu güdmək deyil ki.
-bəs nədi sizcə???
-bu sevgidi ,onsuz qala bilməməkdir,onu hər an baxmağı istəməkdir.
Bu anlıq anam susdu.Atam bir addım yaxınlaşdı.Artıq arada məsafə yox idi.Anam onun gözlərinə baxdı və gözləri doldu.Atam göz yaşlarını silərək:
-noldu?Axı niyə ağlayırsan?
- Biz bir yerdə ola bilmərik.
Bunu deyərək evə doğru qaçır.Atam isə arxasıyca qaçıb onun əlini tutur:
-dayan xahiş edirəm.Niyə axı ola bilmərik?Axı niyə?
-sən varlısan mən isə...
-sevgidə kasıb varlı ola bilməz.Mən səni sevirəm.Həmişə də sevəcəm.Və biz evlənəcəyik.
-niyə belə əminsən?Bəlkə səni sevmirəm.
-sevmirsən?? Axı bəs niyə ağladın?Mən gözlərindən oxudum sevdiyini.
-niyə bu qədər əminsən axı??
Bu vaxt nənənin səsi duyulur.Və anam tələsik evə doğru qaçır.
Anamın inadkarlığı uzun sürmür.Və o da sevdiyini etiraf edir.Lakin atamln ailəsi bu evliliyi istəmir.Anam çətin günlər yaşayır.Nənəsini itirir.Bu anlarda atam onu heç tək qoymur.Və atam
anamla birlikdə fransaya köçürlər.Atamın ailəsi ilə bağları qırılır.Lakin peşman olmur.Evlənirlər.Xoşbəxt ömür sürürlər.Lakin uşaqları olmurdu.Amma bu onların sevgisini azaltmırdı. Bir gün anam hamilə olduğunu öyrənir.Şam yeməyində atama hamilə olduğunu deyir.Atam sevincindən anamı qucaqlayıb göyə qaldırır.
Həmin müayinəsinə gedəndə həkim doğuşun çətin və risk altında olduğunu qeyd edir.Lakin anam uşaqdan imtina etməyəcəyini deyir.Doğuş zamanı gəldi.Atam koridorda həyəcanla mənim dünyaya gəlişimi gözləyirdi.Həkimi görüncə qabağına qaçdı :
-necə keçdi?Xanımım necədi?
-bir gözəl qızınız oldu.Amma... amma xanımızı itirdik
Atam göz yaşıarı işində boğuldu və tez anam olan otağa keçdi.Nə edəcəyini bilmirdi.Bağlrırdl ağlayırdı.Həkimlər onu güclə sakitıəşdirdilər.Və qucağına məni verərək:
-siz indi bu körpə balanız üçün güclü olmalısız.
Atam məni sinəsinə sıxdı.Məni oxşatmağa başladı və dedi:
-indi sənin adln Anjelidi.Sənə ananln adınl verəcəm Bununla da onun yoxluğunu hiss etməyəcəm.
Beləliklə,çətin günlər bundan sonra başladı mənim üçün.Anamın ölümü ilə eyni günə düşdü dünyaya gəlişim.Onu itirməklə mən artıq çətin həyata qədəm qoydum...
ВЫ ЧИТАЕТЕ
NOTLAR ÜZƏRİNDƏ YARANAN SEVGİ...
RomanceBir birini sevənlərin ürək döyüntüləri musiqi notlarına bənzəyir...