✴Yenidən itki✴

26 2 1
                                    

     Var gücümlə qaçdım

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

Var gücümlə qaçdım.Qarşımda daxma göründü.Tez şığıdım qapıya tərəf və içəri girdim.Qarşımdakı mənzərə məni vahiməyə bürüdü.Atam...Özünü asmışdı.Qışqırdım,bağırdım.Bu ola bilməzdi.Atam məni tək qoyub getməzdi.Özünə qəsd etməzdir.Bir də ki,eşitdimlərim o kişi ilə ögey anamın danışıqları onlar axı dedilər məsələsini həll edəcəm.Beynimdə suallar qarışmışdı.Birdən atamın əllərini arxadan bir birinə bağlı gördüm.Bildim ki,atam özünü asmamışdı.Kimsə bunu edib ki,cinayətkarı tutmasınlar.Mən atamı sağ qaldığına ümid edərək stola qalxıb onun boynunu açmağa cəhd etdim.Amma boynum imkan vermədi.Stola taxtalardan qoydum ki,aça bilim ipi.Açırdım ki,kimsə arxamdan məni tutdu.Qışqırdım var gücümlə ,amma, məni bu meşədə duyan kim??Üzünü görmədim,çünki,üzünü maska ilə örtmüşdü.Məni maşına mindirdi.Üzündəki maskasını şarfla əvəz etmişdi.Ancaq gözləri görünürdü.Gözləri vahiməliydi.Qaş qabaqlı,alnı qırışdı.Qışqırmağımın faydası yox idi.Göz yaşlarım isə sel kimi axırdı.Anamdan sonra adamı itirmişdim.Artıq tək idim.Məni evimin qapısında düşürtdü.Evdən ağlaşma səsi gəlirdi.Hamıya bu iki alçaq atamın özünü asdığını demişdi.Amma atamı öz iyrənc planına uyğun öldürtmüşdülər.Bütün müəllimlərin,sinif yoldaşlarım,qonşularımız burdaydı.Hamı məni görüncə bağrına basdılar və ürək dirək verirdilər.Mən nə dəyəcəyimi,nə edəcəyimi artlq bilmirdim.Yerimə sadəcə gözlərim danışırdı.Artıq yolun sonu olduğunu görürdüm.Artıq heç nə yaxşı olmayacaq,mənim anam, atam yoxdu.Indi nə edəcəm bu həyatda.Bir neçə saatdan sonra atamın meyitini gətirdilər.Mən üstünə atıldım.Qışqıraraq :məni buraxma.Axı söz vermişdin.Ayıl nə olar.Axı sən deyirdin möcüzələr var.Nə olar möcüzəm sən ol.Gözlərini aç.Atamı bərk bərk qucaqlamışdım.Güclə ayırdılar.Hamı ağlaşırdı.Musiqi müəlliməm isə məni qucaqlamışdı.Burda doğma hiss etdiyim o idi.Atamı torpağa tapşırdılar.Mən atamın qəbrindən ayrıla bilmirdim.Evə getmək istəmirdim.Axı atamı o evdə görməyəcəkdim.Güclə məni apardılar evə.Hamı getmişdi.Evdə mən və ögey anam idi.Mən tez otağıma qalxdım.Səhərəcən yatmadım.Ögey anam hədələyici şəkildə:
-İndi bütün ev işi sənə baxır meymunça!!
Mənə susmaq qalırdı.Əlimdən nə gələ bilərdi ki???Bütün işi bitirib dərsə getdim.Dərsdən sonra piano dərsimə davam etdim.Çünki, atama söz vermişdim.Evə qayıtdığımda məni qəzəbli baxışlarla süzən ögey anamı gördüm:
-Bu vaxta kimi harda idin ləçər??Yenə piano dərsinə getmişdin??Məgər atan sağdı??O artıq ölüb.Sən indi heç nə edə bilməyəcəksən.!Hər şey mən dediyim kimi olmalıdı.Onsuz arzun ürəyində qaldı.Heç vaxt pianoçu olmayacaqsan.Sən ancaq süpürgəçiliyə yarayırsan.Hahaha.Eşitdin məni??Piano dərsinə getməyəcəksən.Ev işləri sənə baxır.Anladın məni??
Mən göz yaşları içində boğulmuşdum.Əllərim.,ayaqlarım əsirdi.Titrək səslən dinləndim:
-Xahiş edirəm,buraxın piano dərsimə gedim.Söz verirəm sizə ki,ev işlərini də çatdıracam.
-Əgər hansısa işi etməsən özündən küs və olacaqlara indidən hazırlaş.Eşitdin məni??
-Bə ..bəli
Ev işlərini görüb otağıma qalxdım.Yuxum gəlmirdi.Açıb albomu atamla anamın şəkillərinə baxdım.Qəhərləndim.Artıq yaşamaq istəmirdim.Ümidimi itirmişdim.Ölmək arzusu ilə yaşayırdım.Anamla atamın birgə şəklini sinəmə sıxıb göz yaşı içində yuxuya getdim.
Həyatım eyni axarla gedirdi.Səhər durub evi yığışdırırdım.Yemək hazırlayırdım.Qabları yuyurdum.Dərsə gedirdim.Qayıdırdım evə.Ögey anam hər gün məni tənqid etməkdən bezmirdi.Mən isə susub işimi görürdüm.Boğulurdum.Yaşayan ölü idim.
Bu minvalla böyüdüm.Artıq məktəbi də bitirdim.Yeganə olaraq özümü rahat və xoşbəxt hiss etdiyim yer məhs məktəb idi.İndi o da yox idi.Ögey anam da bu ərəfədə evlənmişdi.Uşağı da olmuşdu.Yəqin ki,həmin kişi ilə.Gözləri mənə atamı tapdığım gün məni maşına qoyub gətirən şəxsin gözlərini xatırladırdı.Alnı da məhs elə idi.Mənlə hər ikisi kobud davranırdı.İnsan necə öldürdüyü adamın evində belə rahat ola bilər.Mən deyə də bilmirdim ki,qatildi.Çünki,sadəcə eşitmişdim.Atamı isə o vəziyyətdə görmüşdüm.Kim mənə inanacaqdı??Heç kim.
Bu iki qatil cütlüyün uşağı da olmuşdu.Ona da mən baxırdım.Gecəm də yuxum olmurdu.Mənə uşağını verib yatırdılar.Uşaq isə gecələri yatmırdı.Ayaqlarımı hiss etmirdim uşağı yelləməkdən.Taqətim tükənmişdi.Hərdən atamın, anamln qəbrinə ziyarətə gedirdim.Doyunca dərdimi onlara danışırdım,ağlayırdım.Düzdü onlar nəsə demirdilər.Ancaq mən danışırdım.Sonra qayıdanda yolum məktəbdən keçirdi.Ürəyimdən musiqi otağımızı görmək keçdi.Bir az da piano...İçəri girdim düz musiqi otağına keçdim.Pianoya toxundum.Hər toxunuşda özümə rahatlıq tapırdım.Musiqinin notları ürəyimdəki acıları,əzabları bir bir dilə gətirirdi.Sanki danışırdı heca heca hərfbəhərf...Burda çox qalmaq olmazdı.Ögey anam əsəbləşəcəkdi.Tez evə tərəf qaçdım.Qapıya çatanda eşitdiklərim:
-Onu ərə verməliyik.Başımızdan rədd eləməliyik.
-Axı ev işlərini kim edəcək.Bəs uşağıma kim baxacaq??
-narahat olma hamsını həll etmişəm.O varlı bir qocaya gedəcək.Bizə də pul verəcək bunun qarşılığı.
-Kim??
-Həmin qoca bildin.
-bunun ev işimə nə dəxlisi??
-Nə ev işi ay arvad ??Anlamırsan?Biz indi varlı olacayıq.Qulluqçu tutacam.
-Birdən qız razı olmadı???
-Ağzı nədi razı da olmasın.Pulu artıq kişi verib mənə.
Bütün bunlar nə demək idi??İndi həyatım daha da betər idi.Bilmirdim bunlardan canımı qurtardığıma sevinim,ya qoca kişi ilə evləndiyimə üzülüm??Yenə bu gözlər doldu.Əlimdən nəsə gəlmirdi,ancaq ağlayırdım.Bu dəfə isə dayanmaq olmazdı.Onlar həyatımı alt üst etmişdilər.Yetər!!Daha səbrim tükəndi!!Daha icazə vermərəm öz barmaqlarına oynatsınlar həyatımı.
Bir neçə dəqiqədən sonra içəri girdim.Amma,eşitdiklərimi bildirmədim.Sanki,heç nə olmamış kimi öz işimi gördüm.Amma,beynimdə plan cızırdım.Indi mən öz planımı yürüdəcəm.Hardansa qüvvə gəlmişdi mənə.

        NOTLAR ÜZƏRİNDƏ YARANAN SEVGİ...Место, где живут истории. Откройте их для себя