✴Oxşar həyat✴

22 2 1
                                    

       Həyatım sürprizlərlə doluydu

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

       Həyatım sürprizlərlə doluydu.Amma,bütün sürprizlər mənə kədər gətirmişdi.Yəqin gözəlini axıra saxlayır.Nağıllarda və filmlərdəki kimi əvvəli kədər,qüssə,əzab əziyyət,sonu isə xoşbəxtlik,sevinc.Amma,mən belə bir sonumu gözləmirəm.Çünki,anamı atamı itirmişəm.Onlarsız nə sevinc??Kim mənə atam kimi qayğı göstərə biləcək?Heç kim.Artıq həyatda hər şeydən üz döndərmişdim.Bu həyatda ancaq acıları dadmışdım...
       Biz Arturla səhər yeməyini bitirdik.Mən stolu yığışdırmağa ona köməklik edirdim.Birdən üzümü çevirəndə qonaq otağındakl pianinoya gözüm dəydi.Özüm tez ona yetirdim.Üstündə sertifikatlar və divarda foto şəkilləri gördüm.Hamsı Arturun adına idi.Şəkillər isə medalla  birlikdə çəkilmişdi.Şəkillərdə çox qalmadlm və əllərimi tez pianinonun notlarına verdim.Və ən sevdiyim musiqini notlarda ifa etdim.Bunu müəlliməm öyrətmişdi.Çox sevirdim.Romeo və  Juliyettaya həsr olunmuş musiqi idi.Artıq musiqinin içinə girmişdim.Hər notu yaşayırdım.Qapı döyüldü.Sadəcə bu səs məni musiqi aləmindən qaytara bildi.Və qarşımda gözlərini mənə zilləyərək gülümsəyib baxan onu gördüm.Cümlələrimiz qurumuşdu.Sadəcə baxışırdıq.Qapı döyüntüsü bu baxışlara son qoydu.Artur mənə otağı göstərərək:
-Səni görməsinlər.İstəmirəm indi açıqlama verim.Zamanla öyrənərlər.
Mən kəlmə kəsmədən otağa keçdim.Artur isə qapını açmağa tələsdi.Mən pəncərəyə keçdim.Dünyanın seyrinə çıxdım.Bayırda yağış yağırdı.İnsanlar çətirli,çətirsiz,bəziləri sadəcə pencəyini başına qoyaraq qaçışırdılar.Yağışı çox sevirdim.Uşaqlıqdan yağışın altında islanmağı sevirdim.Bəzən sadəcə pəncərədə durub yağışın damcılarının yaratdığı musiqi ahəngini dinləyirdim.Dinlədikcə rahatlıq tapırdım sanki...Birdən bağırtı səsini eşitdim.Səs evdən gəlirdi.Qapının aralığından baxmağa çalışdım.Bu Artur idi.Mən tanışılığımdan bəri onu həmişə səmimi və gülərüzlü görmüşdüm.O,həm bağırır,həm də ağlayırdı.Yanındakı müsyö onu sakitləşdirməyə çalışırdı.Amma,Artur sakitləşmək bilmirdi.Və əsəbi halda:
-Çıx!!Get!!
  Müsyö heç nə deməyib çıxdı.Qapını bağladı.Mən otaqdan çıxdım və ona yaxınlaşdım.Artur dizlərini yerə çökmüşdü və ağlayırdı.Danışmağa başladım:
-Artur...Sənə nə olub?
Cavab olmadı bir müddət.Mən yenidən sual verməyə qorxurdum.Amma,o,ayağa qalxdı və üzünü pianoya tutdu.Mənə tərəf dönərək:
-Mən indi bütünlüklə təkəm -,dedi
  Nə deyəcəyimi bilmirdim.Susurdum.Çünki,bu sözün qarşısında aciz idim.Özüm belə təkliyimlə necə mübarizə aparmağı bilmirdim.Amma,ona təkliyin nə olduğunu və yalnız onun bu dünyada tək qalmadığını demək istədim.Və dilləndim:
-Bilirsən,əslində mən də təkəm.Təkliyin nə olduğunu bilirəm.Nə qədər çətin olduğunu da.
-Mənə həyatından danış.Səni dinləmək istəyirəm.
  Mən bütün həyatımı ona nağıl etdim.Hər cümləmi deyəndə gözlərimdən yaş axırdı.Artur isə sadəcə dinləmirdi,eyni anda sanki həyatımı yaşamış kimi, mənlə bərabər bu həyat yolunu birgə addımlamış kimi gözləri dolurdu.Ögey anamdan və onun atamı necə planla öldürdüyünü danışanda gözlərində qəzəbi görürdüm.Və ən son əzabımı danışdım.Məni pula görə qoca kişiyə satdıqlarını.Lakin,bunun baş verməməsi üçün gecəliklə yola düşdüyümün və onlardan qaçdığımı danışdım.Birdən ,o,mənə yaxlnlaşdı və əllərimi ovcuna alaraq:
- səni buraxmayacam.Onlara imkan vermərəm sənə yenə nəsə etsinlər.
   Mən donub qalmışdım.Nə deyəcəyimi bilmirdim.Mənə nə oldğunu anlaya bilmirdim.Əllərimi çəkdim.O,isə gözlərini gözümə dikmişdi.Gözündən yaş sel kimi axdı.Və dedi:
-Əslində təklikdə həyatımız oxşardı.Həyatda çəkdiyimiz əzablar belə.Amma,fərqimiz bilirsən nədi?Atam bizi anamla tək qoyub getdi.Biz anamla  nə qədər acılar çəkdik.Anam bu dərdlərə dözə bilmədi və ağır xəstəlik keçirdi.Mən uşaq yaşımda işləməyə başladım.Mənə dəstək olan o.... -cümləsini yarlmçıq saxladı.Ağlamağa başladı.Yumruqla divarı vurdu.
-Sakitləş-dedim və qolunu tutdum.
Yenə baxışdıq.Səssizcə.Uzun müddətlik sakitlikdən sonra  davam etdi:
-İndi dünyasını dəyişən müəllimim olmasaydı həyatımda mən indi məşhur pianoçu olmazdım...Lakin artıq onu da itirdim.
     O sözünü bitirər bitirməz mənə sarıldı.Mən onu itələyə bilmədim.O isə sarılıb sadəcə ağlayırdı.Mən onu sakitləşdirməyə çalışırdım.Güclü olmağını dedim.Divana tərəf daşıdım.Divanda əyləşdi.Bədəni sanki ölmüşdü.Mən isə mətbəxə gedib onun üçün kofe hazırlamağa başladım.Qayıdıb divanda yatdığını gördüm.Üstünü örtdüm.Özüm isə kresloda əyləşib onun üzünə baxırdım.Həyatımızı düşündüm.Çəkdiyimiz əzabları.Amma,o,hər şeyi qısa danışmışdı.Və eləcə yuxuya getdim...
 

Вы достигли последнюю опубликованную часть.

⏰ Недавно обновлено: Aug 21, 2018 ⏰

Добавте эту историю в библиотеку и получите уведомление, когда следующия часть будет доступна!

        NOTLAR ÜZƏRİNDƏ YARANAN SEVGİ...Место, где живут истории. Откройте их для себя