✴Ögey ana✴

44 2 0
                                    

Atam artıq çatdıra bilmirdi

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

Atam artıq çatdıra bilmirdi.Ev işi,mən,öz işi və s.Və evlənməyə qərar verdi.Məhləmizdən bir dul qadınla evləndilər.Mən artıq iki yaşındaydım.Bu minvalla böyüdüm və beş yaşıma gəldim.Ögey anam mənlə çox kobud rəftar edirdi.Atam evə gələndə isə mehriban davranırdı mənlə.
       Sizə düşüncələrimdən və arzularımdan danışım bir az.Həmişə anamı düşünərdim.Şəklinə baxa ağlayırdım.Anamın ölümündə özümü günahlandırırdım.Ögey anamın mənə belə kobud rəftarını anlaya bilmirdim.Arzularım isə çox deyildi.Piano çalmağı sevirdim və istəyirdim məşhur pianoçu olum. Bu sevginin yaranmağında atamın rolu böyükdü.Beş yaşım olanda atam doğum günümdə mənə kiçik oyuncaq piano hədiyyə etmişdi.Və mənim ən sevimli oyuncağım idi.Məktəbdə də musiqi otağımız vardı.Ən sevdiyim dərs demək olardı.Hətda bunu müəlliməmizdə atama deyərdi.Musiqi otağımızda pianinonun olması məni daha çox sevindirirdi.Hər tənəffüsdə gəlib burda çalmağa başlayırdım.Hətta bir gün dərsə buna görə gecikmişdim.Hamı məni evdə olduğumu ya başıma iş gəldiyini düşündülər.Mən isə əslində tez gəlmişdim məktəbə.Lakin musiqi otağında pianonun notlarında xəyallara dala qalmışdım.Düşən desəm nə çaldığımı özüm də bilmirdim.Çünki necə çalmağı öyrənməmişdim.Sadəcə çalırdım.Musiqinin səsinə müəlliməm otağa girdi:
-Biz gözəlimizi axtarırıq.Sən demə o bizlə eyni binadadı.Sadəcə özünü musiqiyə verib.
-Müəllimə...Salam .,mən ayağa durub cəld başımı aşağı endirdim.Nə deyəcəyimi bilmirdim.Sadəcə -Bağışlayın ,deyib susdum.
-Qızım utanma.Axı utanacaq nəsə etməmisən.Sadəcə piano xəstəsisən.,gülümsəyərək dedi.Və əlavə etdi:- Bu qədər istəyin varsa  ardınca get mən sənə dəstək olacam.Sabahdan musiqi müəlliminlə danışıb sənə vaxt ayırmağını xahiş edəcəm.
       Bunları mənə deyən direktorumuz idi və bizə coğrafiya dərsini deyirdi.Mən sevincimdən nə edəcəyimi bilmirdim.O qədər xoşbəxt idim ki...Sinifə qayıtdım.Sabah isə artıq məni maraqlı gün gözləyirdi.
       Evə gəldiyimdə atama şam yeməyində bu şad xəbəri verdim:
-Ata,bilirsən sabahdan müəlliməm mənə piano çalmağı öyrədəcək.
-Gözəl qızım mən buna sevindim.,məni bərk bərk qucaqladı.Gözlərindən yaş axmağa başladı.Mən isə göz yaşlarını əlimlə silib atamın sinəsinə sığındım.
  Ögey anam qəzəbli halda bizi süzürdü.Və bu baxışlarla bizə üzünü tutub:
-Bəsdi hər şeyi bu qədər şişirdib nostaljiyə çevirdiyiniz.Bu evin işində mənə kim kömək edəcək??Qızın indi evdə tapılmaz bundan sonra.!
  Atam yerindən əsəbi qalxaraq :
- Başa düşmürəm sənə məktəbdə oxuyan qız necə kömək edəcək???Mənim qızım yeri gəlsə sənə kömək edir.Səni bu evə ona analıq etmək üçün gətirdim!!Sən isə..
-noldu dondun sözlər da gəlmir.Bilirəm onsuz mən sənə heç bir şey ifadə etmirəm!!
-Məncə sən ağın çıxartdın.!!Sənə əvvəlcədən xəbərdarlıq etmişdim.Sən bilirdin qızım var.Indi dəyişən nədi sən axı niyə belə danışırsan??Sən niyə qızımın arzusuna dırnaq arası yanaşırsan.
     Mən gözyaşları içində atamı qucaqladım:
-İstəyirsən mən müəlliməmə deyim çatdıra bilmirəm.Getməyim.
-Elə şey olar qızım.Yox.O sənin ardınca.İmkan vermərəm kimsə buna mane olsun.Sən məşhur pianoçu olacaqsan.
     Səhəri gün atamla bərabər evdən çıxdıq.Mən dərsə gəldim.Günortadan sonra isə piano  dərslərini keçirdim.Evə qayıdanda ögey anam acıqlı mənə baxdı.Atam evdə yoxdu.Şam yeməyini tək yedim.Ögey anam qabları yumuğa evi süpürməyi silməyi tapşırdı.Mən bütün qabları yudum.Dəhşət yuxum gəlirdi.Amma gərək hamsını edim.Bütün işləri qurtarlb yerimə girdim və nə vaxt yatdığımı heç bilmədim.Atam işdən gec gəldi.Mən o vaxt yatmışdım.Ehmalca qapını açıb mənə baxdığını,yanağımı öpüb üstümü örtdüyümü ancaq səhər atam danışanda bildim.Atam çox vaxt qəmgin olurdu.Bəzən o gecələri yatmırdı.Onu da deyim ki,məni də gecə quşu adlandırmaq olar.Çünki,gecələri kitab oxuyardlm və pəncərədən göy üzünə baxaraq düşüncələrə dalardım.Bəzən gecələri belə yemək səyahətinə çıxardım.Qorxmayın bu bayıra çıxmaq deyildi yəni soyuducudan nəsə alıb yeyirdim.Və bir gün eyni hal baş verdi.Bərk acmışdım.Qapını açıb pilləkənlə aşağı düşürdüm ki,atamı gördüm.Atam anamın şəklinə baxıb ağlayırdı.Yaxınına gedə bilmədim.Və otağıma geri qayıtdım.Mənə atam anamdan çox danışardı.Demək olar ki,hər gün.Bütün anamla olan münasibətləri artıq əzbər bilirdim.Onların sevgisinə pərəstiş edirdim.Amma çox üzülürdüm.Çünki,anam aramızda yoxdu.Mən bunları yalnız atamdan deyil anamdan da eşitmək istəyirdim.Ən böyük arzum anamla atamı bərabər olduğunu görməkdir.Amma bu gerçək olmayan bir xəyal idi.Özümü belə bu xəyalın arzu olduğuna və gerçəkləşəcəyinə inandırmışdım...
      Səhər atamı yorğun gördüm.Bu gün atamla anamın evləndiyi gün idi.Atamla ananın bütün özəl günlərini bilirdim.Bu gün yenə də səhər yeməyini yeyib birlikdə evdən çıxdıq.Məktəbə çatdığımda atam məni bərk qucaqladı yenə də göz yaşlarını gördüm.Atamı bərk bərk qucaqladım.Gözümlə onu ötürdüm.Ondan ayrılmaq istəmirdim.Gözümü yoldan çəkmək istəmirdim.Gözlərim dolmuşdu.Gözlərimdən yaş sel kimi axdı.Halım pisləşdi və huşumu itirdim.Gözümü açanda özümü sinif otağımda gördüm.Müəllimlərim ,sinif yoldaşlarım ətrafa sarılmışdı.Artıq bir az yaxşılaşmışdım.Amma müəlliməm:
-Bu gün evə getməlisən.Halını yaxşı görmürəm.Yenə də pisləşə bilər.Məncə səni evə ötürək və bir az dincəl.
    Mən nəsə danışa bilmirdim.Sözlərim keyimişdi sanki...Məni maşınla evə kimi gətirdilər.Gərək evə heç gəlməzdim...İçəri girdim.Yuxarıdan səslər eşitdim.Səslərdən biri tanışdı.Bu ögey anam idi.Digəri kişi səsi idi.Demək olar ki,mən burda hər kəsi tanımırdım.Çünki,ancaq dərsə gedəndə bayıra çıxırdım onda da atam aparırdı.Qayıdanda isə bizim məktəb avtobusu ilə qayıdırdım.Pilləkənlə yuxarı öz otağıma qalxırdım.Birdən danışıqları aydın eşitdim:
-Hər şey istədiyimiz kimi olacaq.Bütün pullar bizim olacaq.O qıza heç nə düşməyəcək.
  Bu sözləri deyən kişi idi.Birdən ögey anamın səsini eşitdim:
-Birdən bizdən xəbər tutsalar.Etdiyimizi bilsələr.Nə edəcəyik??
-Sən unutdun onla niyə evlədniyini və şərtimizi bilirdin.Heç kim heç nə bilməyəcək.Artıq onun məsələsini həll etmişik.O meşədədi köhnə bir daxmada əli qolu bağlı.Bizə heç nə edə bilməyəcək.Onsuz bu gün onun ölüm günü olacaq.
  Bu sözlər məni sanki içimdən vurdu.Mən nə edəcəyimi bilmirdim.Atamı bu gün öldürəcəkdilər.Mən hara gedim?Qaçaraq meşə yoluna getdim.Taqətim tükənirdi.Yorulurdum.Amma dayana bilməzdim.Atamı öldürəcəkdilər.Amma gözümə daxma deyilən bi şey görünmürdü.Var gücümlə qaçdım.
     Niyə bütün bunlara başıma gəlirdi.Axı niyə??Göz yaşları içində gözüm dumanlanmışdı.Dumandan yolu aydın seçə bilmirdim.Ayaqlarım sözümə qulaq asmırdı.Amma dayanmamalıydım atamı xilas etməliydim.Mən indi də atamı itirə bilməzdim.

      
        

        NOTLAR ÜZƏRİNDƏ YARANAN SEVGİ...Место, где живут истории. Откройте их для себя