✴ Zülmətdən qaçış✴

24 2 2
                                    

    Qaranlığın ömrü az olar

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

    Qaranlığın ömrü az olar.Gündüz olar,günəş çıxar və qaranlıq günəşin şəfəqləri altında məhv olub gedər.Belə bir gün məni gözləyirdi.Artıq zülm çəkdiyim və hər şeyə dözdüyüm bəsdir.İndi öz istəklərimin arxasıyla getməliydim.Bunun üçün isə güclü olmalıydım.
     Öz otağıma çəkildim işimi bitirər bitirməz.Plan cızırdım.Beynimdə ancaq düşünürdüm.Gecə məni qorxutmazdı.Bu günə qədər o qədər zülmlər gördüm ki,gecənin qaranlığında qaçsam nə itərəcəm ki??Iki qat paltarımı götürdüm və hər kəs yatdıqdan sonra gecə ikidə evdən çıxdım.Küçə qaranlıqdı,yolum isə uzun.Düşüncələrə dalıb,özümdə cəsarət tapıb yoluma davam etdim.Hara gedəcəyimi özüm də bilmirdim.Yorulanda yolun qırağındakı daşlarda otururdum.Arada çıxarıb anamla atamın şəklinə baxırdım.Göz yaşlarım dayanmaq bilmirdi...
    Demək olardı yolun çox hissəsini getmişdim.Arxamdan iki nəfərin kölgəsini gördüm.Qorxumdan arxama baxmaq istəmirdim.Birdən səsləndilər:
-Ey gözəlçə,evdən qaçmısan?Köməyə ehtiyacln var haahah!!
    Qaçmağa başladım.Onlar da arxamca gəlirdilər.Biri qabaqdan biri isə arxamdan yolumu kəsdi.Nə edəcəyimi bilmirdim.Çığırdım:
--Buraxın gedim.Əl çəkin.
    Var gücümlə çığırırdım:
-Kömək edin...
Birdən kimsə:
-Qızı rahat buraxın!
Arxama döndüm.Arxamda bir oğlan dayanmışdı.Bu iki oğlandan bir üç addımlıq uzaqlıqda.Oğlanlar isə onun sözünə əhəmiyyət verməyib məni tutdular.Çığırmağa başladım.əlimdəki çanta yerə düşdü.Oğlan məni xilas etmək üçün irəli atıldı.Hər ikisini var gücü ilə vurdu.Mən isə quruyub dayanmışdım.Piyan idilər bir az ona görə də müqavimət də göstərə bilmədilər.Oğlan isə mənə doğru yaxınlaşdı:
-Yaxsınız?Sizə nəsə eləmədilər?
--Bəl..bəli ,dilim doıaşaraq dedim.
-Bu gecə vaxtı hara gedirsiz?Həm də tək?
--Mən..Mən bilmirəm.Amma burdan uzaqıaşmalıyam.
-Kimdənsə qaçırsız?
-aha
--Kimdən?Əgər mümkünsə bilmək istərdim.
-Deyə bilmərəm.
-Amma sizə köməyim dəyə bilərdi
   Düzdü mədəni və ailəcənabdı.Həm də məni xilas etmişdi.Amma mən onu hələ tanımıram.Necə güvənə bilərdim ki?
-Mən...Mən getməliyəm.Çox sağolun xilas etdiniz məni.Indi isə yoluma davam etməliyəm.
   Yerə düşmüş çantamı götürdüm.Bu vaxtın qadın səsi gəldi:
--Artur Artur
Yanımdakı oğlan səsə cavab olaraq:
-Bəli Xala eşidirəm.
-Məndən xəbərsiz yola düşmə.
   Bu sözləri arxamdan eşidirdim.Çünki mən kiçik addımlarla yeriyirdim.Birdən kimsə arxamca qaçıb gəldi.Qabağımı kəsdi.Bu o idi məni xilas edən həmin oğlan.Deyəsən adı da Artur olmalıdı.Əlimdəki çantanı götürdü və:
-Mən sizi buraxmayacam bu qaranlıqda.
Mən əlindəm götürdüyü çantanı çəkməyə başladım.O qədər bərk tutmuşdu ki...Amma mən götürməliydim.Yenə cəhd etdim.Çantanı əlimlə öz tərəfimə çəkəndə qüvvəm yetmədiyindən əlim boşaldı və arxa üstü gedirdim ki,oğlan belnimdən tutub saxladı.O,necə belə cəld yetişdi.Bir müddət baxışdıq.Və mən tez qamətimi düzəldib çəkildim.Oğlan isə:
-Çox inadkarsınız., dedi
Utandım.Başımı əydim.Və  yenə dilləndi:
-Həm də utancaqsız.Amma inadkarlığınız bəsdi.Onu da deyim ki,mən də daha çox inadkaram və səni tək bu yolla getməyinə göz yummaram.Onsuz mən də yola düşürəm.Maşınlayam.Və səndə mənimlə gələcəksən.
-Yo..yoxx Olmazz.
-İnadçl bəsdi.Yolda təhlükə çoxdu.Olmaz.
   Bilirdim ki ondan qurtuluş yoxdu.Həm də həyatımı qurtarmışdı.Ən azlndan güvənmək olardı.Ya da ki nə olar olar.Əyləşdim maşınına.Və əlavə etdi:
-Qaçmağa cəhd göstərmə.Xalama dəyib gələcəm.
Gülümsüdüm...
  Beş dəqiqə keçmədi ki,gəldi.Yola düşdük.Amma hara gedəcəyimi bilmirdim.Yol boyu susduq.Bərk yuxum gəlirdi.Yol yorğunuydum.Həm də gecə vaxtı yola düşmüşdüm.Piyada yeridim.Yuxuya getdim.Gözlərimi açanda özümü otaqda gördüm.Artıq səhər olmuşdu.Əynimdəki paltarla uzanmışdım.Axı mən maşında idim.Yemək iyi dəydi burnuma.Axı yol boyu heç nə yeməmişəm.Otaqdan çıxdım. Oğlan mətbəxdəydi.Hmm maraqlıdı.Yemək bişirirdi.Üzünü çevirəndə onu izləyən görüb məni -inadçımız acıbmı ? -, dedi
Mən bir azcıq gülümsündüm və başımı ehmalca əydim.Axı mənə nə olmuşdu.Özümdə deyildim sanki.Əvvəla məni xilas edir.Sonra yolumu kəsib sorğusuz sualsız əlimdəkini çantanı alır.Sonra inadçı kimi məni buraxmayacağınl deyir.Və mən də maşınına minirəm çarəsizlikdən.Sonra da evində peyda oluram...Hər şey qəribə idi.Mən ona güvənməkdə düzgünmü edirəm.Ögey anamdan,onun ərindən qurtuldum.Amma bu da başıma bəla olmasa yaxşıdı.Ən əsası indi məni qoca kişiyə ərə  verən yoxdu.Mətbəxə tərəf  yollandım:
-Bilmirəm necə sual verim.Dünən mən maşında sizlə.. indi evdə..
-Qırıq danışma. -,ehmalca gülmsünüb dedi və davam etdi,-Yəqin maraqlıdı sənə necə oldu ki,maşından yatağa düşdün.Belə ki,yolda sən yuxuya getdin.Mən də oyatmağa cəhd etmədim.Və səni otağa apardım.Qorxma başqa heç nə olmadı,inadçı.--,və gülümsündü yenə.
    Mən nə deyəcəyimi bilmirdim.
-Yeməyim dadına baxacaqsan? Yoxsa məcbur edərək yedizdirim onu da?
Gülümsündüm.Oğlanın çox qəribə aurası vardı.Ya da mənə nəsə olmuşdu.Beynimdəki sualları oxuyurdu.Cavabını da verirdi.Mənə isə susmaq qalırdı.Cavabının qarşısında isə ancaq susurdum.Mənə nəsə olub.O məni dondurub ya da ki...heç özümdə bilmirəm.Özümə  gəlməliyəm.Nəhayət əyləşdik masa arxaslna.Ən sevdiyimdən bişirmişdi,blinçiklər.
-İnadçı bəlkə dadına baxasan?
-Tamam.
  Çox dadlı idi.Gülümsəyərək:
-Çox dadlı bişirmisiniz.
  dedim.
-Nuş olsun.Adınızı bilmək olar?
-An...Anjeli.
-Çox gözəl adınız var.Mən isə Artur.
     Gülümsündük...



       

  
   

 
    

        NOTLAR ÜZƏRİNDƏ YARANAN SEVGİ...Место, где живут истории. Откройте их для себя