"Sıfırdan həyat ağ kətan tablo kimidir.Sənin o tabloya vuracağın naxışlar və rənglər sənin yaşadıqlarından və həyatına daxil etdiyin insanlardan asılıdır.Tanrı həyatını əsərə çevirmək üçün sənə "fırça" verir.Rənglərin o tabloda yerləşməsi sənin qərar və ağlından keçən düşüncələrdən asılıdır...." dedi John.Onun dediyi cümlələr,ondan müsahibə alan jurnalisti düşünməyə məcbur etmişdi.Son dərəcə diqqətlə hər kəs onu heyranlıqla dinləyirdi.Belə bacarıqlı rəssamın,düşündürücü cümlələri hər kəsi heyran etmişdi.
John bu sərgisində nədənsə fəlsəfiyyata üstünlük vermişdi.Bu özünü çəkdiyi şəkillərdə və verdiyi müsahibədə özünü göstərmişdi.Onun üçün həyat birinci Tanrıdan,sonra isə həyatı dərk etməkdən başlayırdı.Buna görə də hər zaman o tablolarında əsər yaratmaqla kifayətlənməyib,daima şüuraltı mesaj verməyə çalışırdı əsərlərində.
Sərgisinə böyük maraq göstərən şəxslərin çox olması onu sevindirirdi.Bu həqiqətəndə onun və daima yanında olan Annanın uğuru idi.
-Mən sənə inanırdım,bu zirvəyə gələcəyini bilirdim.-gülümsənərək John'a fərəhlə düşüncələrini bildirdi
-Əlbəttə,bu ikimizin..-John anidən eşidilən güllə səsinə tərəf döndü.Bir anda hər kəs panikaya düşüb,təşviş içində qaçmağa başladı.Sərgi salonunun mühafizəsi nədənsə hərəkətə keçməmişdi.Qara geyimli və üzü görünməyən bir neçə nəfər sərgidəki şəxsləri hədəfə alıb,silahla atəş açırdı.
John Anna ilə arxa otaqdakı şkafın içində gizlənmişdilər.Anna həyəcandan əsirdi..