#3

31 1 0
                                    

  Londonun bütün xəbər qazet və proqramları bu olaydan bəhs edən başlıqlardan ibarət məqalələr hazırlayırdılar.Baş verən xaoslar sayəsində demək olar ki,John və onun əsərləri artıq əvvəlkindən daha çox tanınmış etmişdi.
   İnsanlar fərqli fərziyyələr irəli sürürdü.Hətta silahlı qarşıdurmanı John'ın "gündəmə" gəlməsi üçün təşkil etdiyini düşünənlərdə mövcud idi.Və bu tip fərziyyələr ona psixaloji cəhətdən təsir etmişdi.Bilinməz səbəbdən Anna'nın yoxluğu ona qəribə şəkildə təsir etmişdi.Telefonlara cavab vermir,mesajlara baxmır,əvvəlki ev ünvanındakı döyülən qapını da açmırdı və ya orda yaşamırdı.Çünki,günlərlə hər axşam John o pəncərəni izləyirdi və məhz o evdən işıq yanmırdı.Bu qədər xaosun içində Annanı axtarması özünə də qəribə gəlirdi.Sanki,bu günə qədər olduğu yuxu, sərgini keçirdiyi gecə bitmişdi.Amma,içində sakitlik höküm sürürdü.Axışına buraxmış kimi,sakitcə yaşayırdı.Soyuqqanlılığını qorusa belə onun ən yaxın dostu və sirdaşı Annanın naməlumluğu yeni şəkil çəkməsinə belə mane olurdu.Çünki,fikri,düşüncələri Anna'da fokuslanmışdı.
   Anidən tanımadığı nömrədən gələn zəng içdiyi ekspressonu yarıda qoymasına səbəb oldu:
-Alo?..
-Salam John Bəy.
-Salam,buyrun.?
-Mən polis-araşdırmacı Stephan.Yəqin ki,bilirsini..(John sözünü kəsərək)
-Mənim bu işdə heç bir vaistəçiliyim yoxdur.Bəli,hadisə mənim sərgim zamanı baş verdi.Lakin,özümdə xəbərsiz idim.Və bunları dəfələrlə sizin polis əməkdaşlarınıza demişəm.Bu məsələ ilə əlaqəli məni narahat etməyin..
-Cənab John siz belə cavab verməklə bütün şüphələri üzərinizə çəkirsiniz.Biraz təmkinli yanaşın.
   John artıq Stephana əhəmiyyətsiz şəkildə dəstəyi asmışdı.Diqqəti istəmədiyi şəkildə özünə cəlb etdiyinidə bilirdi.Bəlkə də,aqibəti xoş olmayacaqdı.Lakin olanlar,başına gələnlər onun günahı deyildi.Günahsız şəkildə,günahsız rolunu vermişdi ona Tanrı.Eyni zamanda da həyatındakı önəmli insandan xəbərsiz qalmışdı.Hər zaman soyuqqanlılığını qoruduğundan Anna'nın dəyərini düşünməyən John,onun yoxluğunda dəyərini anlamağa başlamışdı.Tanrı onu aciz insan etmişdi.Çəkdiyi şəkillər,imza atdığı əsərlər,emalatxanası,rənglər,quaşlar,fırçalar hər şey ona aldadıcı gəlirdi.Çəkdiyi rəsimləri istəmsizcə tünd rəngdə boyayırdı.İç dünyasını kətan tabloya köçürürdü sanki.Bəlkə də,çəkdiyi rəsimlərə öz dünyasını əlavə etdiyindən hər kəs heyran qalırdı..

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Nov 19, 2018 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

...Donde viven las historias. Descúbrelo ahora