Çox yaxında..

24 2 0
                                    

Ana...
Yazar: Nazlı Qafarlı..
Paylaşdı: Gültən Mirizadə
Pralog.

Yataĝın üstünə sərilmiş bəyaz gəlinliyi izləyirdi gözləri... Bu mu olacaqdı sonu.. Ovucları arasından heç buraxmadıĝı köynəyə çevrildi baxışları.. Körpəsinin ona ehtiyyacı vardı.. Hər şey onun üçün idi..
Titrəyən  barmaqları paltarının düymələrinə getdi.. Açılan hər düymə ilə bir damla süzülürdü gözlərindən... Çarəsizlik çox aĝır gəlirdi qəlbinə.. Ayaqlarının üzərinə enən paltarları izləyən gözlərində acı donmuşdu.. Bu acı bir ömürlük gözlərində qalacaqdı..
Ölümünə sevdiyi adamı buraxıb başqasına getmək... Qəlbi buna necə dözəcəkdi?..
Zərif barmaqları bəyaz tüllərə toxundu.. Həmişə xəyalını qurmuşdu.. Amma xəyalında Sultan bəy olmuşdu.
"Bizim qismətimiz də ayrılıq yazılmışdı... Və biz bunu dəyişə bilmədik.. "
Dedi içindən... Insan yaşarkən kəfən geyinməzdi axı.. Onun kəfəni saĝ ikən geyindirilmişdi üzərinə..
Göz yaşları idi artıq tək yoldaşı.. Sevdiyi adamla ən gözəl anlarını keçirdiyi otaqda başqa birinə getmək üçün hazırlanırdı..
Insan qəlbinə bu qədər acı çox deyildi mi?..
Qapının açılması ilə gözlərini yumdu.. Cəllad gəlmişdi.. Və onu edama aparacaqdı

Ana.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin