Tozlu,dar və qaranlıq küçələrdən keçərək ətrafıma baxırdım.Dayanacaqlarda,skamyalarda yatan evsizlər soyuqdan donmaqlarına baxmayaraq ifadəsiz bir şəkildə yatırdılar.Ayaq saxladım.Ətrafımda ki bu insanlara baxdım.
Sonra isə təzədən yoluma qoyuldum.Bakının çirkli və eybəcər sifəti idi bu mənzərə.Televizorda görünən kimi deyil idi hər şey.Şəhərin mərkəzi ilə digər künc bucağı eyni deyildi.Bəli,Bakı saxta Las Vegasa bənzəyirdi.Amma bulvar və tarqovu tərəfdən çəkdikdə.Əgər başqa hissələrini gəzsəniz Bakının,heç də mərkəzindəki mənzərə ilə rastlaşmayacaqsınız.
Saat 7 olmuşdu artıq.Ancaq hələ də Günəşi görmək olmurdu.Zəif,xarab küçə işıqları sönməmiş,yanıb sönməyə davam edirdi.Avtobuslar yavaş yavaş görünürdü.Küçələri təmizləyən xalalar da oyanmışdılar.Mədəniyyətsiz insanların çirkləndirdiyi küçələri süpürməyə başlamışlardı artıq.
Ətrafımda yaranan canlılığa baxmayaraq,özümü boş hiss edirdim.Sanki bu şəhər boşaldılmışdı və mən gecikib bomboş şəhərdə tək qalmışdım.
Babamla dəfələrcə keçdiyim küçələrdən keçərkən qəhərin məni təmamilə bürüdüyün hiss edirdim.Bir yerdə çöküb ağlamaq istəyirdim ancaq özümü məcbur etsəmdə bacarmırdım ağlamağı.Gözümə dolan yaşlar heç vaxt yanağım boyunca diyirlənməmişdi.
Heç vaxt deməyim düzgün deyil.14 yaşımdan sonra.Babamla yaşamağa başladıqdan sonra.
Anamın çılçıraqdan asılan bədənini gördüyüm gündən sonra ağlamaq,hissetmək kimi bir çox duyğumu itirmişdim.Gözlərin içinə də buna görə baxa bilmirdim.Bərəlmiş gözlər ağlıma gəlirdi.
Sıxılmış halda nəfəsimi bayıra verdim.Heç vaxt üstümdən ata bilməyəcəktim bu xatirələri.Dünyanın mənimlə qəsd-qərəzi var deyəsən.Çünkü ailə üzvlərimi əlimdən əcəlləriylə almırdı.Və mənə belə ağır yüklər yükləyirdi.
Hansı ara gəldiyimi bilmədiyim tanış küçəyə girdim.Digər evlərin üzvləri uşaqlarını,yoldaşlarını işə,məktəbə yola salırdı.Mən isə hələ evə indi gəlirdim.
Qonşuların arxamca nələr düşündüyünü və ya dediklərini təxmini bilirdim.Gecə quşuydum onlara görə mən.Amma insanların düşündüklərini çoxda vecimə almayan biri olaraq gülüb keçirdim.Özüm özümü bilirdim mən,kiminsə mənim haqqımda nə düşünüb düşünmədiyi məni maraqlandırmırdı.Hətta biraz daha dərinə ensəm,bunu deyə bilərəm ki özləri və uşaqları eynən düşündükləri şeylərdən idilər.Yalandan namuslarını,daha doğrusu bədənlərini təmiz saxlamaqla tərbiyəli olduqlarını düşünürlər ancaq düşüncə fahişələri olduqlarını anlamırdılar.
Böyük dəmir darvazanı açıb həyətə daxil oldum.Mərmər döşəməli həyətdə ayaqqabılarım sükutu pozurdu.Evə girib pilləkənləri 2-2 3-3 qalxmağa başladım.İkinci mərtəbəyə gəldikdə ağ qapılı yeganə otağa girdim.Kitab rəflərindən başqa sırf sənəd rəfimiz var idi ,hansı ki babamın mənə nəsihətindəki sandığı açmaq üçün açar da buradaydı.
Sandıqda nələr olduğunu təxmini bilirdim.Amma məni maraqlandıran əsas evlərin sənədləri idi.Nə qədər ev varsa hamısını satacaqdım.Babam nəsihətnaməsini mənə 18 yaşım olduqdan vermişdi.Bütün var yoxunu mənə,bircə doğma rayonunda ki bağ evini dayımoğlu Araza nəsihət etmişdi.
Açarı götürüb babamın otağına keçdim.Üzərindəki rəhmətlik anamla nənəmin toxuduğu 2 qədimi şalı götürüb səliqə ilə bir kənara qoydum və ehtiyatla sandığın kilidini açtım.
Sandığı açdıqda ən üstdə ki ilk 2 dəftəri götürdüm.Qalın dəftərlər idilər.Qırmızının üzərində "Ayna balama", yaşılın üzərində isə "Araz balama" yazılmışdı kiril əlifbasıyla.