Böyük, göy, qırmızı, ağ işıqlı plakat.Böyük bir bina.İçində yatan ölülər,xəstələr,çəkilən ahlar,doğulan uşaqlar.
Xəstəxanalar qəribə tikililər idi mənimçün.Həm dünyaya yeni gələnlər burada gəlirdi,həm də o biri dünyaya gedənlər buradan gedirdilər.İnsanları həm sevindirir,kədərləndirirdi bu bina.
Bəlkə mən hər şeyə çox məna yükləyən və ya hər şeyi dərindən düşünən biri idim,amma belə idi.Bu bina çox dəhşətli bir bina idi.Heç kim bunu dana bilməz.
Babamın cəsədinin saxlanıldığı xəstəxanın qarşısında ki parkda,saat gecənin üçündə,bir skamyada oturub bunları fikirləşirdim.Hələ də babamın gedişini qəbullana bilmirdim.Bu binanın morgunda dinməzcənə birdə durmayacaq şəkildə yatdığını qəbullana bilmirdim.Hardansa çıxacağını,məni qucaqlayacağını,balaca uşaq kimi əlimi tutub yolu keçirəcəyini sanırdım.
Öyrəşə bilmirdim babasızlığa.Anamın yoxluğuna öyrəşə bilmədiyim kimi.
Gözlərimi möhkəm yumub başımı əllərimin içimə aldım.Gicgahlarımı ovuşdurub soyuqdan axan burnumu çəkdim,başımı qaldırıb yanımda ki torbaya baxdım.
Salam köhnə vərdişim.Sənin üçün darıxdığım deyilə bilməz,amma başımı qarışdırmağım üçün lazımsan.Tarix təkrarlanır.
Əlimə balaca torbanı alıb salladım.Cibimdən turbuçkanı çıxarıp paketi açdım və turbuçkanın bir ucunu ağ tozun içinə,digər ucunu isə burnuma dayadım.Gözlərimi yumub digər əlimdə boş burnumu sıxdım və dərin bir nəfəs çəkdim.
İlk çəkişimdən sonra məni öskürək tutdu amma özümü sıxıb öskürəyimi saxladım.İkinci bir nəfəs çəkib turbuçkanı da paketi də bağlayıb təzədən cibimə qoydum.
Ayağa qalxıb kapşonumu başıma təzədən çəkdim.Bir neçə ildən sonra təzədən narkotikə başlamağı fikirləşmirdim,indi də audəçisi olmağı düşünmürəm amma fikrimi dağıtmaq üçün istifadə etməliyəm.
Qəribə bir paradoks içində idim.Narkotik sevmirdim,amma istifadə edirdim.
Öz halıma acınacaqlı bir halda güldüm.İki üç şurupu əksik,özünü qəsdə meyilli əziyin biri idim.Özümə yazığım gəlmirdi,ətrafımda ki insanlara yazığım gəlirdi.Mənə qalsa özümü öldürməyim iki dəqiqəlik bir şey idi,ancaq babamı,Arazı,hətta Lauranı düşündüyümdən etməmiş idim.
İndi də Arazla Laura qalmışdı.
Arazın 26 yaşı olmasına baxmayaraq 6 yaşında ki uşaqdan fərqi yox idi.Hər şeyə ağlaya bilər,hər yalana qana bilən biri idi.Ürəyində kin yox idi,ona pislik edən insana belə mərhəmətlə yanaşırdı.Elə buna görədir ki ürəyinin təmizliyi üzünə vurmuşdu.
Bu cürə saf olmağına baxmayaraq işlərində qabağa gedə bilmişdi.Heç bir hiyləgərlik etmədən həmdə.Gözəl dövlətimdə halbuki hiylə olmadan heç bir şeydə qabağa getmək olmazdı.
Buna görə də Arazın Allahın sevimli bəndələrindən olduğu nəticəsinə gələ bilərdim.Daha doğrusu Allah ona ürəyinə görə davranırdı.
Arazın yerinə xoşbəxt idim.Bu iş,ətraf onun halal haqqı idi.
O qədər hissiyatsız və hərdəmxəyal birinə dönmüşdüm ki yağmağa başlayan xəfif yağışı hiss etməmişdim.Sadəcə başqa bir düşüncəyə qərq olacağım an hiss edə bilmişdim.
Addımlarımı daha da yavaşıdıb yağışdan biraz zövq almağa özümü köklədim.Yağış yağırdı deyə bayırda olan kişi və oğlanlar addımlarını sürətləndirmişdilər.Bu da mənim işimə gəlirdi,rahat və tək yağışın altında otura bilərdim.
Yağışı sevirdim çünkü mənə elə gəlirdi ki yağış yağdıqda məndə ağlayırdım.Buludlar mənim əvəzimə ağlayırdılar.Şimşək çaxdıqda elə bil məndə şimşəklə birlikdə hıçqırırdım,çığırırdım.
Cibimdə titrəməyə başlayan telefonumla birlikdə dik atıldım.
"Sənin mən...Bismillah."-deyinə deyinə telefonu cibimdən çıxartdım.Ekranda görünın adla təəccübləndim.Laura bu vaxtı məni nə üçün axtarırdı?
"Alo?"-nəsə istifadə elədiyimin başa düşülməməsi üçün olduqca özümü sıxaraq danışdım."Maya malışka(mənim balam),yaxşısan?Qulağıma pis şeylər gəlib çatıb."
"Hə,yaxşıyam maya serdtse(mənim ürəyim).Qayıbları yazdılar müəllimlər?"-deyə mövzunu danışmaq istəmədiyimi anlayacağı bir sual yönəltdim:"Da(hə),amma dedilər ki əgər gəlməyəcəksə,kak nazıvayetsa(adı nədir)"-qarşıdan gələn barmaq şıqqıldatma səsləriylə başa düşdüm ki tərcüməsini tapa bilmir.Üzümdə asılı olmadan əmələ gələn təbəssümlə:"Hmm,dondurum?"-deyə kömək etdim."Hə,ondan edəsən.Qayıbların çox olsa smestırın kəsir olacaq baştan ayaqa."-nəsə deməyimə icazə vermədən:"Sən dondursan məndə donduracaqam."-axırıncı cümləsi ilə qaşlarım qalxdı:"Nə üçün?Starıstasan sən həm.""Mənə nə,mənim lyubovnitsam(sevgilim) dərsə gəlməyəcəksə nə işim var o üniversitetdə.Həm də onsuz eta dub (bu taxtabaş) John müəllim gələn ilə gedir,dözə bilmərəm bu ilin axırına qədər.Birdə mən kursumu bitirməmişəm.Onu da dondurduğum vaxtda bitirərəm həm." Rus olduğunu ələ verən özünə məxsus ləhçəsindən və John müəllimə olan nifrətindən özümü tuta bilmiyib yüngülcə güldüm.Həmişə ki Laura."Məsləhət sizindir xanım.Nəysə gecən xeyrə qalsın."
"DAYAN!Bağlama hələ...Özünə yaxşı bax oldumu?Başın açılsa görüşək həmdə."-görməsə də başımı yelləyib:"Yaxşı sobaka(it).Səndə özündən muğayat ol.Get vaxtında yat.Gecən xeyrə qalsın."
"Spakoyniy noçi,dura(gecən xeyrə qalsın,axmaq)."
Zəngi sonlandırıb telefonu təzədən cibimə qoydum.Yavaşıyan yağışa görə ayağa qalxıb evin yolunu tutmağa başladım.Evə gedə gedə ürəyimə səpilən sevgi toxumlarının təsirindəndir deyə zənn etdiyim düşüncələrimin içində təzədən boğulmağa başladım.
Lauranı mən musiqi məktəbindən tanıyırdım.Uşaqlıqdan tanıdığım biridi.Ancaq heç vaxt özümə dost görməmişdim onu,həmişə musiqi məktəbində ki yola getdiyim qız olmuşdu mənim üçün.Biraz böyüdüktən sonra isə ikimizdə ailəmizin təqidlərinə görə hüququ seçmiş və təsadüfən belə olsa eyni üniversitetə qəbul olmuşduq.Nə qədər yaxın saymasam da yaxın idik belə fikirləşdikdə.Yaxın olmasaydıq birlikdə xəyallar qurmazdıq.Və ya qatıldığımız,üzvü olduğumuz klublar eyni olmazdı.
Sadəcə mən həmişə özümə qapılı biri olduğumdan ətrafımda ki heç kimi yaxınım olaraq görmür,heç kimə güvənmirdim.
Daha doğrusu hələ də eləyəm.Amma artıq ətrafımda ki insanların dəyərini bilməli idim fikrimcə.Ən azından onların yanında maskamı bir qırağa atmalıyam.
Məsələn Laura və Araz.Onlarla daha çox gülməli, və ya daha çox sirlərimi,düşüncələrimi paylaşmalıyam.Yanımda qalanlar onlar olduqlarından artıq onlara bel bağlamıyam.
Bu düşüncələrimin narkotik sorulduqdan sonra uçub getməməsini ümid etdim.Bəlkə də biraz dəyişməyimin vaxtı gəlmiş idi.
bu da keçid bölümü olsun.yenə boş və mənasız bir bölüm zöaıözçf
ESTÁS LEYENDO
elə belə
Historia Cortadüz deyirsən,mən hissiyatsızam.bəs sən? məndən güya fərqlisən?