i know the stars will start to fade

49 4 7
                                    

Təngənəfəs halda pilləkənləri enməyi bitirib yolu qaçaraq keçdim.Küləyin inad ilə kapşonumu endirməyə çalışmasına baxmayaraq möhkəm bir şəkildə tuttum və yenə qaçmağa başladım.

Gecənin dördündə aldığım xəbərin doğruluğuna inanmaq istəmirdim.Ayaqlarım,ciyərlərim istefa etsədə dayanmayacaqdım.Dünyada yeganə  yaxınım olan babamı itirə bilməzdim mən.

Hissiyatsız bir insan olaraq nə gözüm dolur,nə də kövrəlirdim.Daxilimdə yaşayan bədheybətlər nə qədər bağıra,çığıra ağlamaq istəsə də bacarmırdım mən.

Bakının qədimi və dar küçələrini keçib,nəhayət babamın işlədiyi balaca ofisə çatdım.Beynim mən istəmədən ayaqlarıma dayanmaq komandasını verdi təcili tibbi yardım və polis maşınlarını gördükdə.Başımdan qaynar sular töküldü elə bil vedrələrlə."Xeyr,baba yaxşıdı,özünü ələ al."
Gözlərimi ovuşduraraq təzədən hadisə yerinə baxdım.Nə olub bitdiyini anlamaq üçün ilərləməyə çalışdım.

Amma sadəcə çalışdım.Çünkü beynim görəcəyim və eşidəcəyim şeylərə hazır deyildi.Buna görə ayaqlarımı sürüyə sürüyə yeriyirdim.

Polis maşınlarının yanına çatdıqda tanıdığım bir simayla üz üzə gəldim.İçəri keçməyə cəhd etsəm də icazə vermədi."Salam qızım.Bağışla səni gecənin bu vaxtı tələsik gətirdik.Və bağışla içəri keçə bilməzsən."
Soyuqqanlılıqla başımı eybi yoxdur mənasında salladım.Qurumuş dodaqlarımı dilimlə isladıb soruşdum:"Burada nə baş verib belə Samir əmi? Baba haradadır?"

"Bunu sənə necə deməliyəm bilmirəm...Ancaq babanı qətlə yetiribdirlər." Eşitdiklərimlə yerimdə bir anlıq dondum.İçimdə ki varlıqların qışqır,bağırları bir anlıq qulaqlarımda cingildədi.Ancaq yenə özümü ələ aldım.

Bu cür xəbərləri çox almışdım mən,elə deyil mi?Həmişə soyuqqanlılıqla qəbullanmışdım,elə deyil mi?

"Kim edib,bilirsiniz mi?"-deyə hisslərdən məhrum bir səslə soruşdum.Samir əminin mənə birtəhər baxdığını anlaya bilirdim.Baxışlarında ki "Bu necə bir insandır?" sualını oxuya bilirdim.

"Bıçağı analizə göndərəcəyik.Ondan sonra məlum olacaqdır."-deyə cavab verdi sualıma.Başımı yaxşı anlamında salladım.Yerə dikili olan baxışlarımı qaldırıb balaca xırdavat ofisinə yönəltdim.Orada mənim 62 yaşlı babam qətlə yetirilmişdi.Ancaq mən nə ağlayırdım,nə qışqırırdım,nə kövrəlirdim.Sadəcə donuq nəzərlimi dikmişdim.

"Babamın cəsədi haradadır?"-başqa bir sual yönəltdim Samir əmiyə."Son dəfə babamı görmək haqqım olmalıdır mənim."-qaşqabaqlı baxışlarımı Samir əmiyə yetirib ciddi və tox bir səslə danışdım.

"Hal hazırda təcili tibbi yardım maşının içindədir.Gedib bax,sonra morga göndəriləcək."Cavab vermədən addımlarımı tibbi yardım maşınına yönəltdim.Bu dünyada ki son ailə üzvümü də itirmişdim.Ən azından sağollaşmalı,eşitməsə,duymasa belə haqqını halal etməsini istəməliydim.

14 yaşımdan mənə həm ana,həm ata olmuşdu babam.Bacı,qardaş,dost,xala,dayı-bir sözlə hər şeyim olmuşdu babam mənə.İndi isə o da bu dünyadan köçdü,mən bu zəhrimar xarabaxanada tək başıma qaldım.Həm də öz əcəliylə getmədi,kiminsə onun var-dövlətinə göz dikməsi ucbatından getdi.

İntiqam alacaqdım.Amma bu travmadan da sağ çıxdıqdan sonra.

Təcili tibb maşının taybatay açıq qapılarının qabağına gəldikdə bir anlıq dayandım.Babam mənə həmişə başımı aşağı dikmədən gəzməli olduğumu deyirdi.Kapşonkamı endirməli,baxışlarımı insanlara yönəldməli olduğumu.Mən isə həmişə öz bildiyimi edirdim.Kapşonkasız demək olar ki bayıra çıxmır,insanlarla mümküncə göz təması qurmamağa çalışırdım.Üzünün hər hansısa bir hissəsinə baxa bilərdim ama gözlərə yox.

Bu dəfə kapşonumu endirib,tibb bacılarının gözlərinə baxdım."Şəxsin yaxınısınızmı xanım?"-tibb bacılarından cavanı soruşdu.Başımı utana sıxıla yellədim:"Olar iki dəqiqəliyinə tək qalım babamla?"Tibb bacıları xəfif bir gülümsəməylə başlarını yellədilər.Maşından düşərkən baş sağlığı verib maşından biraz uzaqlaşdılar.

Gözlərimi yumaraq dərin bir nəfəs aldım.Dırmaşıb içəri girdim.Örtüyü qaldırmadan babamın bir əlini ovcumun içinə aldım.Sığallaya sığallaya alçaq bir səslə:"Bağışla baba,sənə laiq nəvə ola bilmədim.Amma yenə də haqqını halal et,sən olmasan nə edərdim bilmirəm..."-dedim.Titrəyən səsimi düzəltmək məqsədi ilə boğazımı təmizlədim:"Yaxşı bir hüquqşünas olacağam,söz verirəm.Azərbaycanda ədalət sistemi yaradacağam,bəlkə ölkənin başına da keçərəm hətta.Azərbaycanı görmək istədiyin kimi edəcəyəm...Başqa bir ölkəyə getməyəcəyəm söz verirəm sənə."Qəhərdən boğulduğumu hiss edirdim,ancaq yenə bir yanım boş qalmışdı,hıçqıra bilmirdi,ağlaya bilmirdi.

"İntiqamını da alacağam,mən sənin kimi ürəyiyumuşaq deyiləm bilirsən.Məni.."-bulanıqlaşan görüşümü düzəltmək məqsədi ilə gözlərimi möhkəm yumdum:"Yuxarıdan izlə.Yuxularıma gir,tək buraxma."

Son sözlərimi dedikdən sonra ayağa qalxdım və kapşonumu başıma yenidən çəkdim.Maşından düşüb tibb bacılarıyla sağollaşdım.

Samir əmiylə də başımla sağollaşaraq Bakının işıqlanan vaxtı küçələrinə qarışdım.

İllərdir hördüyüm divarların arxasında ki balaca,həssas qızın tək qalmağa ehtiyacı var idi.

elə beləHikayelerin yaşadığı yer. Şimdi keşfedin