"Araz,şikəstsən sən?"-qabağımda duran qarmaqarışıqlığa baxdım təzədən.26 yaşında bir uşaqla məşğul olurdum.
"Yox,deyiləm.Ayağım xalçaya ilişdi.Son qutulardı bax,tez yığacam."-qıpqırmızı bir şəkildə ayağa qalxıb dağıtdığı qutuları təzədən yığmağa başlamışdı.İstəmsizcə üzümdə əmələ gələn təbəssümlə öz otağıma qayıtdım.Mənə lazım olan şeyləri yığmışdım.Bircə evin satılmağı qalmışdı.Birdə mənim özümə balaca bir ev tapmağım var idi.
"Aynaa!"-Arazın məni çağırması ilə otağımdan çıxıb yanına keçdim:"Eşidirəm?"Araz qaşları çatma bir halda telefona zillənmişdi:"Nə olub?"-yanına gedib məndə telefona baxdım.
"Bu oğraş edib.BİLİRDİM MƏN!" Təzədən məni bürüyən əsəblə qıpqırmızı oldum və telefonu Arazın əlindən çəkib aldım.Mesaj atan nömrəni düşünmədən yığdım və öz otağıma keçdim.Arxamca gələn Araza:"Evdə yığılacaqlar qutardı.Get əynini geyin,bu əclafla görüşməyə gedəcəyik."-dedim və özümdə əynimə paltomu keçirdim.
Qulağımda çalan nömrə ilk zəngimdə açmadı.Amma mən inadla,durmadan yığırdım.Açmadığına görə telefonu söndürüb iki dəqiqəliyinə özümü ələ almağa çalışdım.
Əsəbdən qudururdum.İt kimi qudururdum.
Yazdığı mesajı açıb təzədən oxudum:"Babanız da onsuz bir gün gedəcəkdi.O kaftarı bu cəhənnəmdən qurtardım,mənə təşəkkür borclusunuz.Aynaya da salamlarımı çatdır. x_X."
"Mən sənə salamlarımı çatdıracam indi,KÜÇÜK! Ay Allah,havalanıram deyəsən MƏN."-nömrəni təzədən yığıb telefonu çiynimlə qulağım arasına sıxışdırdım.
Həqiqətən havalanırdım.Sanki dünya qaralmışdı mənim üçün.Beynim böyük bir tufanla döyüşürdü sanki.
"Hmm,alo,Araz?"-telefondan gələn səslə yerimdə dik atıldım və refleks olaraq ayağa qalxdım:"Həmid,sənə söz verirəm,səni özüm basdıracam.Özüdə o yekəqarın atanla BİRLİKDƏ!"-axıra yaxın özümü ələ ala bilmədim və qışqırdım.Əsəbdən titrəyən çənəmi və əllərimi idarə edə bilmirdim.
"Sakit olun,xanım.Sizə qışqırmaq yaraşmır.Və həddinizi bilin."-soyuqqanlı bir səslə danışırdı və bu məni güldürürdü.Dəli kimi gülməyə başladıqda hansı ara gəldiyini bilmədiyim Araz telefonu əlimdən almağa çalışdı.
Arazın əlini itəliyib kinayə ilə danışdım:"Sən də həddini aşdın,Həmid,bilirsəndə? Mən həddini aşanlara dərslərini verirəm."-onun damarına basdığımı bilirdim buna görə ona cavab vermə haqqı vermədim və təzədən danışdım:"Cəsarətin varsa,gəl görüşək.Amma əgər qorxub gəlməyəcəksənsə burada artıq əlavə də danışma."
"Səndən və ya Arazdan qorxan var səncə,xanım qız? Sizə atacağım yerə gəlin.Təbii ki qorxmursuzsa."-güya məni qıcıqlandırmağa çalışırdı.Məndə istədiyini vermədən:"Əlbəttə gələcəyik.Ehtiyatlı ol,şərəfsiz."-deyə qarşılıq verdim.
Telefonu onun cavabını gözləmədən üzünə söndürdüm və yatağımın üstünə atdım.Qanım qaynayırdı,bir şeyləri qırıb tökmək istəyirdim.Yer ayağımın altında sürüşürdü,əsəbdən başım fırlanırdı.Beynimə qan sızmışdı,kiməsə,nəyəsə zərər verməli idim.
"Adres atdı.Gedək?"-Arazın tox səsi ilə asılqandan asılı vişnə rəngi şərfimi götürdüm və başımı salladım."Sən düş,mən gəlirəm qapıları bağlıyım."Araz heç nə demədən otaqdan çıxdı.Mən isə şərfimi boğazıma bağlıyıb,paltomun zəncirbəndini yuxarıya çəkdim.Paltonun kapşonunu başıma keçirdim və otaqdan çıxdım.Artıq əbədi sükuta qərq olmuş babamın otağına girdim və yatağının sandıqcasında saxladığı balaca xəncəri götürdüm.
KAMU SEDANG MEMBACA
elə belə
Cerita Pendekdüz deyirsən,mən hissiyatsızam.bəs sən? məndən güya fərqlisən?