Düşüncələr Burulğanı (1.Bölüm)

58 9 0
                                    


VI əsrin ortaları.Xəzər və Aral dənizlərinin arası,quzey torpaqları.Böyük bir köç salmış Türk boyu görülür.Boyun bir ucu bir təpədə başlar ta çay yatağına kimi.

Bu boy Kuman-Qıpçaqların Dördlər boyudur.Onlar da Böyük Hun İmperiyası süqut edəndən sonra sərgərdan qalmış Türk boylarından biri idi.Vəhşi yaşam yaşam sürən monqolsoylu tayfalarının sıxışdırmaları,talanları ucbatından batıya yol alan Türk boylarından biri idilər.Əsasən də Rouran Jujanlarının etdikləri vəhşiliklər qan dondurucu idi.

Bir atlının sürətlə obaya daxil olub düz bəy çadırının önünə sürdü.Üzündə gülümsələr görünən bu gənc uzun sarı saçlı,sarxıq (hilal) bığlı,20dən çox yaşı görsənir.Atdan düşüb çadırın qapısını açar-açmaz dilləndi:

-Ata,gözün aydın!Bozqırda Türk dövləti yaranmışdır!

Ancaq içəridə bir sükut vardır.İçəridə atasından başqa iki şəxsin də olduğunu görür.Atası Qara Toqan bəy dillənir:

-Oğul Artuq,öncə izn alınar.İçəridə qonaqlarımız vardır.

Artuq səhvini anlar və diz vuraraq:

-Bağışlayın,bəyim!Qonaqlarımızın olduğunu bilmədim.

Qara Toqan bəy əli ilə yer göstərir və Artuq yerinə keçəndə deyər:

-Bu Qurdbölgəli boyundan Günçək bəydir (Şaraqa bəyin Ulu babası).Bu isə Yediobadan Basar bəydir.-Artuq salamlar-Artuq,bu qutlu soraqdır.Haradan duydun?

-Ata,soqdianalı tacirdən.Aşina öndəri Bumın xan Jujan Anaxuanı məğlub edib xaqan olmuşdur.Ötükəndə dövlət qurmuş,göy boyalı,börü simgəli bayrağı göylərə qaldırmışdır.Ata,biz də qayıdaq Ötükənə!Öz Ulusumuz uğruna savaşaq və öl..

Qara Toqan bəy imkan vermir:

-Artuq!Bizim yolumuz bəllidir!İdil çayının ötəsindəki çöllər!Günbatan ölkələr yenidən Türk qılıncının dadmağa hazırdır.Bizim yolumuz Ulduz xanın,Atilla xanın ardından getməkdir.

-Ata,Atillanın öldüyü yüz il oldu.Dövləti çoxdan məhv oldu.

-Oğul,bu Türk Ulusu var olduqca yüzlərlə Atilla,yüzlərlə dövlət quracaqdır!

Qonaqlardan Günçək bəy araya girir:

-Artuq,vaxt birlik vaxtıdır.Biz buraya gəlmişik ki,boylar arasında birlik qurub elə irəlləyək.Biz birlikdə güclüyük.Günbatan ölkələr birliyimizdən qorxur.

Basar bəy də qatılır:

-Oğul,geriyə dönmək olmaz.Bu qədər yol qət etdik.Həm də bu dövlətin nə qədər güclü olduğunu,nə qədər dözüm gətirəcəyi bəlli deyil.Ancaq qabaqda qutlu yaşam bizləri gözləyir.

Artuq qəzəblənir:

-Əgər,sən,mən,digər Türklər dəstək verməzsə əlbəttə uzun zaman dözüm gətirməz!Biz onlarla olsaq gücümüzə güc qatacağıq!-Ayağa qalxar-Ata,icazənlə,sözüm bitmişdir.Otağı tərk etmək istərəm!

Toqan bəy başı ilə razılıq bildirər.Artuq bəy çölə çıxar.

Çölə çıxanda qardaşı Börübayla qarşılaşır.Börübay qardaşını əsəbi görür.Sarı börkünü çıxarıb sürətlə yanından keçmək istərkən Börübay qolundan tutar:

-Nə olub,qardaş?At təpmiş danaya oxşayırsan.

-Heç!Daha nə olsun?!Doğuda Türk dövləti qurulmuş.Özü də zülümkar Jujanları yıxaraq.Atam isə digər boylarla Günbatana getmək istər!

-Necə yəni?Öz dövlətimizə dəstək olmayacağıq?

-Mən dedim Ötükənə gedək.Ancaq atam və qonaqları olan qurdbölgəlilər və yediobalılar Günbatan ölkələri qapmaq(fəth etmək) istərlər.

-Ötükənə mi?Məncə elə uzağa getməyə ehtiyac yoxdur.Sadəcə güneyə-Seyhun çayı yaxanlarına enmək bəs edər.Onsuz da buraları qapacaqlar.Biz də onalara burada dəstək...

-Atamla siz eyni ağıldasız.Mən deyirəm Ötükənə başkəndə gedib ordusuna əsgər sübay verib Ulusumuza yararlı olaq.Həm haradan bilirsən Bumın xaqan batıya axın edəcək.

-Sənin xəbərin yoxdur.Bumın və İstəmi qardaşları aralarında razılığa gəliblər.Ordu ikiyə ayrılacaq və batıya ikisindən biri axın edəcək.Axı mən anlamıram.Hamımız-Dördlər,Yedioba,Dokuzoba gedək Ötükənə.Bəs bu yerlərdə Göytürklərə kim yardımcı olsun?

-Mənə nə!Mən dedim ki,Ötükənə gedəcəm.Bu qədər.Gerisi mənlik deyil.

Deyib uzaqlaşır.Bu vaxt bir qız gülüşü səsi gəlir.Daha çox alaycı bir gülüş idi.Arxaya dönüb azca qıyıq gözləri ilə ətrafı süzdü.Börübay arxaya dalğalanan az uzun saçı və yana atdığı iki hörüyü,Sarxıq bığ və altdodağından başlayan və çənəsində keçi saqqalı kimi qısa və ensiz saqqalı var idi.Sarı sifəti və göygözləri kəskin ifadələr alardı.

Bir az süzəndən sonra çadırın arxasında gizlənən qızı gördü:

-Elana,səni görürəm.Nəyə gülürsən?

El-ana qırmızı,iki hörüklü saçları,yaşıl gözlü,almacıq sümükləri azca qabarıq,hərdən çinli qızlar kimi gözlərinə sürmə çəkər,Dördlər obasında ən gözəl qız olardı.Elana gizləndiyi yerdən çıxar:

-Börübay.Niyə heç kim səni anlamır.Yola getmir?Problem səndədi yoxsa insanlarda?Bir deyil,iki deyil.Neçəsi ilə yola getmirsən.

-Sənə nə?Bəlkə mənim düşüncələrim onların düşüncəsinə əksdir deyə ola bilər mi?Sən qızsan,kişi işlərini bilməzsən.

-Bahh...Sənin hələ ağlın var ki,düşüncələrin də ola?-yenə alaycı gülüşlər.

-Sən gül,gül!Sabah İdil çayını keçəndə boğulub öləndə deyəcəm.Ay qız bax sən də bir ağıllı.Deyirəm Ötükəndə Türk dövləti qurulub.Jujanlara sarsıdıcı zərbə vurulub zülmü bitib.Daha batıya getməyin nə adı var?Ya da bir də Ötükənə qayıtmaqda?Burada qalsaq və dəstək olsaq bizə yararlı torpaqlar bağışlanar.Obamızı qurar rahat yaşarıq.Səhv mi deyirəm?

Elana yenə gülür:

-Bayaqdan deyirdin kişi işinə qarışma?İndi məndən məsləhət alırsan?

-Ehh Elana!Sən də mənə lağlağı edirsənsə...

Elana da pis olur:

-A!..Börübay?Noldu?Zarafat edirdim.

-Elana,mən ciddiyəm.Atam,qardaşlarım gəlməsə də mənimlə eyni fikirdə olanlarla güneyə enəcəm.Artıq varlığımı göstərməliyəm.

Elana yaxın gəlib əlini Börübayın çiyninə qoyar:

-Mən səninləyəm,Börübayım!Hara getsən səninlə gələcəm.

Börübay təəccüblənir:

-Elana?Axı atan Turxan bəy atamın ən yaxın adamıdır.O da böyük ehtimalla batıya gedəcək.Bəs onda da?

-Hə!-Börübayı qucaqlar-Məni buraxma,Börübay!Sənsiz yaşaya bilməm!Al götür getdiyin yerə!

-Buraxmayacam Elanam!Sən ki,mənə belə bağlısan,səni buraxmam.Sən mənə bu hərəkətinlə güc verirsən.Mən bunu edəcəm.

SON SÜBAY-2:FARS QANIWo Geschichten leben. Entdecke jetzt