BASQIN (3.Bölüm)

29 5 3
                                    

   Börübay dostları Tuna və Talayla obaya daxil olurlar.Atası Qara Toqan otağının önündə durmuşdur.Arxasından Qarabay çıxır.Börübay işin nə yerdə olduğunu anlar.Sakit və başını önə əymiş kimi atasına yaxınlaşır.Atasının da gözlərindən atəş qığılcımlanır.Üzündə isə qəzəb qarışıq nifrət.Börübay başı aşağı gəlib atasının önündə durar:

-Ata!...

Atası bir anda gülümsər.Əllərini çiyninə qoyub Börübayı yüngülcə silkələr:

-Afərin sənə oğul!Bax əsil mənim oğlum kimi davranmısan.Ulusun üçün gözüqorxmaz birisən.Amma bu cür təhlükəli işlərdə özünlə çox alp götür.

Börübay şaşqın başını qaldırır:

-Ata,çox sağ ol.Qorxurdum ki,məni tənbeh edib cəzalandırasan.Əslində biz kiçik birliyi hədəf almışdıq.Arxadakı birliyi gözləmirdik.

-Görürsən oğul?Bu sənə artıq dərs olmalıdır ki,gələn dəfə belə səhv etməyəsən.

Bu zaman Qarabay dəli kimi onları seyr edir.Atasının bu hərəkətini gözləmirdi:

-Ata,necə yəni Börübay düz mü hərəkət etmişdir?Az qala özüylə başqalarını da həlak edirdi.O bir suçludur!

Atası qəzəblə Qarabaya çevrilir:

-Bəs sən belə bir savaş etməyə ürək edərmiydin?Səndə o cürət var mı?

-Ata məsələ etməkdə deyil.Sonrakı səhvlərin altında əzilməkdir.

-Bəs siz qardaşlar hansı günəsiniz?Qardaşlar bir-birlərinin səhvini suç görməli deyil,o səhvləri əl birliyi ilə həll etməlidir.Bu qədər.Bunu tana et qulağına!Başqa söz eşitmək istəmirəm.Dağılışın!

Bu vaxt bir alp qaçaraq gəlib diz vurub Qara Toqana deyir:

-Bəyim,oyratlar!Doğudan axın edər.Başlarındakı Elbəy (indiki polkovnik rütbəsinə uyğundur) Adaydır.

Qara Toqan qəzəblənib özündən çıxar:

-Necə oyratlar axın edir?Kimdir onlar ki,mənim obama axın edə.Göstərəcəm onlara!Tez bütün əli pusat tutan hər kəs yaraqlanıb planlaşdırılmış mövqelərini tutsunlar.Katunlar ox-yaylarla savaşsınlar.Son Qıpçaq əri yıxılanda pusat çəkərlər!Tez!

Börübay alp gedən kimi atasının qabağını kəsər:

-Ata,izn ver yoldaşlarımla obanın güney yolunu nəzartə götürək.Onlardan hər şey gözləmək olar.Güneydən keçsələr bizi araya sala bilərlər.

-Düzdür oğul!Get.Amma yenə az getməyin.Qarabay,iki qardaş olan alplarını-Saday və Asayı al Börübayla get!Qardaşını tək qoyma!

Qarabay sanki ürəklə əlini sinəsinə sıxaraq:

-Baş üstə,ata!Gözün dalda qalmasın!

-Siz güneyə.Qalanları doğuda toplanın!

Oba səssiz idi.Oyratlar görünsə belə.Əlbəttə ki,oyratlar uşaq deyildi və hansısa pusqunun olduğunu bilirdi.Ancaq hansı tərəfdən gələcəkdi Türklər?Bu düşüncələrlə obaya girmişdilər ki,vıyıltı ilə bir ox gəlib əsgəri yıxdı.Ardınca da fasiləsiz və saysız oxlar.Oyratlar atdan enib qalxanlarla müdafiəyə keçdilər.Oxların çarəsizliyin görən Qıpçaqlar pusat çəkib ağır addımlarla irəli çıxdılar.Qara Toqan öndə gedərək bağırdı:

-Bu sizin yanlışın idi ki,Türklərə sataşdınız.Cəzanızı çəkəcəksiniz.Saldırın arslanlarım!Heç kimi sağ buraxmayın!Aday çıx qarşıma!

SON SÜBAY-2:FARS QANIDonde viven las historias. Descúbrelo ahora