Bəy alaçığının önündə toplanmış budun görünür.İçlərində ağlaşan qadınlar,qızlar,üzlərini yaran kişilərin hay-küyü,fəryadı göylərə ucalırdı. Az sonra Alaçığın qapısı açılır.İlk öncə Qara Toqan bəy,arxasınca sağ və sol tərəflərdə Turxan bəy,Qarabay,Börünay və Artuq dayanmışdı.Hər kəs Qara Toqanı görəndə susur. Qara Toqan əhali sakit olmağa çağırar kimi əllərini qaldırar:
-Ulusum!Dərdiniz böyükdür.Bilirəm.Bu gün bu oba əsəndirsə sizin sayənizdədir.İtirdiyiniz alp ərən yaxınlarınız sayəsində.Yılmayın!Öcümüz alınmışdır.Qan yerdə qalmadı.Yaxınlarınız ataları ilə qovuşmuşdur.Acınızı dindirin!
Bunu deyib dönüb içəri keçir.Digərləri də keçir.Qara Toqan yerinə keçib əyləşir.Digərlərinə də əli ilə əyləşməyi göstərir.Hər kəs əyləşən kimi Qara Toqan dillənir:
-Turxan bəy.Vəziyyət nə yerdədir?Ölənlər yaralılar nə qədərdir?
-Bəy!iyirmi alp uçmağa varmışdır.Alçaqlar daha çox alaçıqlara girib qadın-uşaqları öldürmüşdür.Yaralılar da çoxdur.Elə alplarımız vardır ki,bəlkə bir daha pusatlana bilməyəcəkdir.
Qara Toqan başını bulayıb dillənir:
-Turxan bəy,edəcək bir şey yoxdur.Biz Türklərik.Savaş bizim işimiz.Düzdür katunlar və uşaqları biz öldürməsək də bizimkilərə qıyırlar.Bu savaşın ədalətsiz yanıdır.Yaralıları tez bir zamanda sağalt.Toparlanmaq lazımdır
Turxan bəy əlini sinəsinin üstünə qoyar:
-Buyruq sənindir bəy!
Qara Toqan üzünü çevirir böyük oğlu Qarabaya:
-Oğlum,səndən nə xəbər var?Obada başqa nə olub bitir?
Qarabay qaşlarını çatmış halda gözaltı Börübayla Artuqa baxır.Sonra atasına dönüb:
-Ata obada çox pis olaylar olur.
Qara Toqanın qaşları çatılır,üzünü zəhm alır:
-Necə yəni?Necə pis olaylar?
-Ata,oğlun Artuq Ötükənə getmək istər.Obanın parçalanmasını istər.
Qara Toqan bir az sakit olmuş kimi baxar:
-Bu artıq duyduğum məsələdir.
-Ata,oğlun Börübay da obadan getmək istər.Deyir buralarda qalıb Göytürk dövlətinə dəstək olaq.
Qara Toqan təkrar qaşlarını çatıb gözaltı Börübaya baxar.Sonra Qarabaya baxır:
-Bəs sən nə düşünürsən?Sən obanı hara aparmaq istərsən?
Qarabay suçluymuş kimi gözlərini yerə dikər:
-Xeyr,ata!Mənim elə bir düşümcəm yoxdur.Sən hara istərsən mən də ora gedəcəm.
Bu sözlərdən sonra Qara Toqan Artuq və Börübaya baxır:
-Bu obanın bəyi mənəm. Mən icazə vermədən heç kim obanı tərk edə bilməz!
Artuq qəzəblənir:
-Ata,biz Türkük!Törəmizdə yazılmayıb öz dövlətimizə arxa çevirək!Mən gedəcəm!
Börübay da sakit dura bilmir:
-Ata,bu yerlər bizim yaylaq-qışlaq məskənlərimiz ola bilər.Buradan Göytürklərə dəstək verməyimiz bizi daha yüksək ad-sana çatdıracaq.Göytürk dövlətinin ən möhkəm dayaqlarından ola bilərik.Mən də gedəcəm.Mənimlə getmək istəyənlərlə!
YOU ARE READING
SON SÜBAY-2:FARS QANI
Historical Fictionİndi isə daha keçmişə gedəcəyik.Sarıbörklü obasının Dördlər(Durutlar) boyundan ayrılıb Doğuya və Güneyə enməsindən danışılacaq.Güneyə enən Börübay Batı Göytürklərin xidmətinə girər və 3 dəfə patlak verən Türk-Fars savaşlarında iştirak edər.