Nağılların gerçək olmayan tərəflərinin olması onların gerçək olmadığı anlamına gəlməz. İnsanların da gerçək olmayan tərəfləri vardır. Amma insanlar gerçəkdirlər. Nağıllar da bir nöqtədən sonra gerçəkləşərlər. Bizim gerçəkliyimiz sehrli bir nağıl.. Bəs mənim nağılım hansıdı? Mən harasındayam bu hekayənin? Şəhzadəyə aşiq sıradan biri mi? Yoxsa bir gözəl sevgiyə boyun əyəcək şəhzadə mi? Şəhzadənin gözlərindəki zəhərlə ölümü mü qəbul edəcəkdim, yoxsa məni sevən birinin qəlbimdəki zəhərlə ölməsinə göz mü yumacaqdım?
Gözlərimi yumub gecənin səssiz qaranlığında ulduzların fısıldamasını dinlədim. Mənə mükəmməl bir sevgi hekayəsi fısıldayırdılar.. Hüzur dolu... Savaş, acı dolu, dopdolu bir hekayə...
Dərindən ah çəkib divara yaslandım... Məni necə bir sevgi gözləyirdi? Şairlərin misralarındakı ruhla mı sevəcəkdim? Yoxsa öz romanını yazacaq fərqli və özəl bir ruhla mı? Bəlkə də, məni çox sevən bir ruhla yaşamağı seçərək asan yola qaçacaqdım..