2.

21 3 0
                                    

Yeni bir günə onun xəyalı ilə açarkən gözlərimi səmanın ecazkarlığında ulduzların fısıltısı gəldi ağlıma.. Bir kitabda oxumuşdum : " Ulduzlar əsla yalan söyləməz və sən həyəcanını əsla gizləyə bilməzsən. "
Beynimdə dönən ulduzlar ruhumdakı qaranlıqları qovalarkən hekayəmin harasında olduğumu axtarmağa başlamışdım. Amma indi harada olduğunu bilməyən bir qəhrəman və nə yazdığını bilməyən bir yazaram. Sadəcə yazıram. Beynimdə uçuşan pəriləri bir qəhrəman kimi mürəkkəblərimdə canlandırarkən, xəyallarımdan doğulan şəhzadələr ruhuma aid krallar üçün yanırdılar kitablarımda..
Hər gün daha çox sevirdim onu, o isə hər gün daha çox nifrət edirdi mənə.. Sevgi zəhərinin qəlbinə harada və necə dolacağını bilmir insan, kimin gözlərində öləcəyini təxmin edə bilmir. Mən də mənə nifrət edən bir qəlbin sevgisində boğulurdum. Kiçik bir qız ölürdü ruhumda hər gün. O qızın yaşama tutunmasına kömək edən tək bir ümid var idi : onun gəlmə ümidi.. Və bu ümid əsla tükənməyəcək, çünki o tükənərsə, kiçik qız da tükənəcək. Ona görə də, ümidlərimi bir ulduzuma yükləyib onun qəlbinə həbs etdim. Qəlbində ümidlərimlə dolu ulduzlarımı daşıyır, fərqində olmadan.
Bir gün çıxıb qarşısına sevgimdən danışsam, "Niyə mən?" deyər mi, görəsən? Ya da toxunsa bu sətirlərə "Necə sevə bilib məni bu qədər?" deyə sorğulayar mı özünü? Amma məncə, bomboş baxar gözlərimə, sevginin nə olduğunu bilməyən bir qəlbə təəccüblü gələr danışdıqlarım və nağıl dinlərmişcəsinə dinləyər məni.. Mən də yanına oturub uzun-uzun danışaram sevgimdən. Ona onun özündən danışaram əvvəlcə, sonra da izah edərəm onu sevməyin necə bir hiss olduğunu..
"Sən olmaq uçuruma gedən bir həyatı yaxansından tutub xilas etmək kimidir. Sən olmaq soyuq bir qış günündə Günəşin verdiyi istilik kimidir. Sən olmaq sevgini bir baxışda tapmaq və o sevgiyə aşiq olmaqdır. Sən olmaq bir mələyə bağlanıb, onun qanadlarında yatmağı xəyal etmək, Günəşin gəlmədiyi ölkəyə qəfil gəlib qaranlığı aydınlığa çevirmək deməkdir. Sən olmaq həyat, səhra istiliyinə həyat verən bir su damlası olmaqdır. Hə, bir də sənə aşiq olmaq var. Səni sevmək bir əsərin son sətirlərini yazmaqdır. Səni sevmək hər şeyi fəda edib sadəcə sənin gözlərini istəmək kimidir. Səni sevmək bütün yalanların içindəki tək doğru, bütün doğruların içindəki ən şirin həqiqətdir. Yaz yağışı kimisən həyatımda. Nə isladırsan, nə də üşüdürsən. Amma önəmli olan məndəki sən yox, səndəki məndir. İstər sev, istər sevmə məni. Dərd deyil, mütləq sevginin qarşılığı olmalıdır deyə bir şey yoxdu, nə də olsa, sevdiyim mahnılar da mənim üçün yazılmayıb. " deyərəm ona və üzündəki şirin təəccübü ruhuma işləmiş sevgi ilə izləyərəm.
Əvvəlcə, qəlbimdəki özünü sevər, sonra ruhumdakı sevgini. Və bəlkə bir gün də, sadəcə məni. Amma cəsarətsiz qəlbim onu görəndə sadəcə susa bilir.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 10, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

27Where stories live. Discover now