Masmavi səmanın bəmbəyaz buludları altında susqun bir gün keçirirdim. Səma bu günün özəlliyini fısıldarmışcasına füsunkar idi.. Gözlərimi ətrafımın səs-küyünə qarşı yumub dərin bir nəfəs aldım.
Göz qapaqlarım üsulca açılanda birdən-birə susdu dünya, saat onun simasında dayandı sanki.. Bir şəhzadə təmsili məğrurca dayanmışdı qarşımda. Gülürdü, hər qəhqəhəsində gülüşünün sehri qəlbimə tökülürdü. İstəmsizcə gülümsədim. Bu qədər gözəl gülüş yox idi həyatda. Dünyanın ən gözəl rəssamları belə çəkə bilməz bu gülüşü.. Usta şairlər belə izah edə bilməz.. Sözlər kifayətsiz qalar, cümlələrə sığmaz bir gülüşü var.. Şeirləri qısqandırar. Tam bu an, gülüşünü izlədiyim hər saniyə qəlbimi parçalayan, məni dəfələrlə öldürən sevgi onun gülüşündən qəlbimə axırdı. Zəhər kimi yayıldı vücuduma.. O güldükcə ruhumda çiçəklər açıldı sanki.. Mavi kəpənəklər qarışdı mənliyimə.. Niyə və kimə güldüyünü bilmədən izlədim gülüşünü. Və mən o gülüşə aşiq oldum.. İlk dəfə öldüm gülüşündə.. Mən onu izlərkən o keçdi yanımdan yavaş-yavaş.. Addımları özü qədər məğrur idi.. Gözləri yanındakı qızın saçlarını oxşadı.. Amma dəymədi gözlərimə gözləri.. Bəlkə də, dəysəydi, gözlərimdəki sevgiyə məhkum edildiyini anlayardı..
O gün oturdum pəncərənin kənarına, qələmimi aldım əlimə. Kağızın üzərində hərəkət etdirdim qələmimi.. Şəkil çəkdim, nə çəkdiyimi bilmədən.. Sonra bir baxdım, onu çəkmişəm.. Qələmimə qədər işləmişdi.
Sonra onu hər görəndə demək istədiklərim boğazımda düyünlənib hıçqırıqlarıma çevrildi.
"Dayan, aparma qəlbimi. Onsuz yaşaya bilmərəm mən. Bəlkə də, sənə əmanət etməməliydim onu. Bəlkə də, heç aşiq olmamış kimi keçib getməli idim səndən. Edə bilmədim, bacarmadım. Özündən keçdi qəlbim, yenə də səndən vazkeçmədi.." deyə danışdım hər gün içimdən onla... Evdən cəsarətimi toplayaraq çıxdığım hər gün susdum qarşısında. Bir salam belə verə bilməzkən ona, bu sözləri onun baxışları altında demək, nəticələri ilə razılaşmaqdan qorxdum..
Hər səmanı izləyəndə ona nə qədər ehtiyacımın olduğunu bir daha anladım. Hər dəfə eyni cümləni fısıldadım üsulca..
" Kaş gözlərinin dəydiyi səma mən olaydım, Kaş səmam sən olaydın.."