Başlanğıcdan Əvvəl

19 0 0
                                    

Tanrı Bab ən böyük və qüdrətli tanrı idi. Onun xidmətində 12 ədəd digər məqsədlərə xidmət edən tanrılar var idi. Bunlardan 6sı xeyir işlər üçün 6sı isə şər işlər üçün var idilər. Sıra ilə
eşq tanrısı Kenken, var dövlət tanrısı Euro, bəxt tanrısı Ekor, sağlamlıq tanrısı Medos, iş güc və bərəkət tanrısı Harper, sülh tanrısı Kumru- bunlar xeyir tanrıları, nifrət və qaranlıq tanrısı Naturo,
kasıbçılıq tanrısı Kopik, bəd uğur və şansızlıq tanrısı Reko, xəstəlik ruhlarının tanrısı Virus, avaraların tanrısı Beka, müharibə tanrısı Qadun. Bu tanrıları Bab , ona kömək etsinlər deyə 6 sını işıqdan digər 6 sını isə qaranlıqdan yaratmışdı. Birdə tanrıların və baş tanrı Babın tanrıçaları var idi. Tanrıçalar güc və qüdrətdə tanrılara çatırdılar, lakin səlahiyyətləri onlar qədər deyildi.Babın arvadı Retura, Kenkenin arvadı Şalil, Euronun arvadı Xatura, Ekorun arvadı Tamra, Medosun arvadı Hemşe, Harperin arvadı Akar, Kumrunun arvadı Şivam, Naturonun arvadı Samşal, Kopiyin arvadı Menat, Rekonun arvadı Badim, Virusun arvadı Smodnam, Bekanın arvadı Kuşşa, Qadunun arvadı Laşoham.
Tanrılar arvadları ilə xoşbəxt idilər. Eşq tanrısı Kenken bütün tanrıların arvadları ilə xoşbəxt olması üçün daim məşğul idi. Nifrət tanrısı isə özü baş tanrı olmaq istəyirdi və bütün tanrıların arasına nifaq saldı. Tanrılar və tanrıçalar bir biri ilə düşmən oldular. Bir müddət sonra baş Tanrı Bab bu vəziyyətə qəzəbləndi və tanrıları səma cisimlərinə çevirdi, hətta öz arvadı Returanı belə. Tanrı tanrılardan kainatı yaratdı. 3 xeyir və 3 şər tanrısından biz insanlar yaşa bildiyimiz dünyanı və digər gəzəgənləri, 3 xeyir tanrısından cənnəti və 3 şər tanrısından cəhənnəmi yaratdı.
Öz arvadı Returadan isə dünyanı yaratdı. Tanrı Bab tək qalmışdı və darıxırdı, yaratdıqlarına baxdı və bir düzənin lazım olduğunu anladı. İllər keçdi Returadan yaranmış dünyanın üstündə toz yığılmışdı və üzərinə yağışlar yağıb palçıq yaradırdı.
Bab palçığa dedi"Şolu emto dubah beşam" yəni yeni canlılar var olsun, o anda yeni tək hüceyrəli canlılar yarandı. Sonra Returanın üzərini yağışlar doldurdu və bütün tək hüceyrəlilər suda yaşamağa başladı. Quraqlıq gəldi. Tanrı bu dəfə dedi "Şolu emto bişah di xafu aşfar" tək hüceyrəli canlılardan daha mürəkkəb canlılar yarandı. Eyni zamanda Bab Tanrı ölümdən sonraki dünya üçündə mələkləri, cinləri və şeytanı yaratdı. Şeyatan və cinlərin bir qismi cəhənnəmin hakimi oldu. Mələklər isə cənnətdə Tanrıya ibadət edirdilər.
Tanrı özü özünü inkişaf etdirə bilən sistem qurmuşdu dünyadakı canlılar üçün. Lakin hələ insanı yaratmamışdı.
Sonra palçıqdan götürdü, ona şəkil verdi sonra isə öz nəfəsindən üfürdü beləliklə Adam və Lilithi yaratdı. Adam kişi Lilith isə qadın idi. Lilith bəşəriyyətin anası ola bilmədi çünki Bab onu Adama xidmətçi təyin etmək istəyəndə o buna razı olmadı və səhradan o tərəfə getdi. Tanrı bu vəziyyəti görüb Adama dərin yuxu verdi və Adam yuxuda olarkən onun qabırğasını çıxartı, qabırğadan Evanı düzəltdi. Eva Tanrıya qarşı gəlmədi və Adamın xidmətçisi olmağı qəbul etdi.
Beləcə Tanrı Bab bir çox Adamlar və Evalar yaratdı, hətta dünyanıb hər yerinə onlardan saldı. Onlara bilik verdi, ov ovlamağı öyrətdi. İnsanlar özləridə qida toplamaq üçün ağaçlar yetişdirdi. Tanrı dünyadakı işlərini bitirib öz məkanına çəkildi və dünyanın idarəsini ən birinci yaratdığl Adama verdi. Adamı tənbehləyib sadəcə bir ağaçın meyvəsini yeməyə icazə vermədi. O ağacın meyvəsi ölüm gətirəcəkdi.

Beşinci Səmavi Kitab-NYUSEHikayelerin yaşadığı yer. Şimdi keşfedin