Qadağan Olunmuş Eşq

19 0 0
                                    

   Tanrı Bab öz gizli diyarına çəkiləndən sonra öz peyğəmbəri Adama böyük səlahiyyətlər vermişdi. Dünya da cənnət kimi idi. Hələ şər gəlib dünyaya çatmadığı üçün Adamlar və Evalar firavan yaşayır və ilbəil çoxalırdılar. Adam və Eva isə birinci yaradılmışlar olduğu üçün Tanrı Babın yer üzündəki olan cənnət krallığının təmsilçiləri idilər və müvafiq olaraq Adam kral Eva isə kraliça idi. Bu krallıq sülhü və xoşbəxtliyi təcəssüm edirdi. Ta ki , şər dünyaya gələnə qədər.
 Şeytan Adamın arvadı Evaya aşiq idi . O öz qaranlıq dünyasından Evanı izləyir və günü gündəndə ona dahada aşiq olurdu. Bilirdiki Eva onu heç vaxt sevməyəcək. Lakin Evanın Adamla birlikdə olmağıda və cənnət krallığında yaşamağı onu qıcıqlandırırdı. Şeytan yaraşıqlı idi və bir gün cənnət krallığına getməyi qərara aldı. Onun planı var idi. O qadağan olunmuş meyvədən Adama yedirib onu krallıqdan sürgün edəcəkdi və özü Adamın yerinə keçərək yeni kral olacaq , həmdə Eva ilə eşqini doyasıya yaşacaqdı.
    Şeytan ye üzünə ən müdrik halı ilə gəldi. O sırada Eva kral sarayının xidmətçiləri ilə birlikdə idi.
Adam isə krallıq divarlarından kənarda olan qadağan olan meyvə ağacına tamaşa edirdi. Bu zaman Şeytan ona yaxınlaşdı. Ağaç haqqında xoş fikirlər səsləndirdi. Eva uzaqdan yad birinin gəldiyini görüb ora tərəf baxırdı. Bu sırada bir mələk ona qadağan olunmuş ağaca tərəf getməyini və şeytanın planını ona açıqladı. O tez qadağan olunmuş meyvə ağacının yanına getdi. Şeytan adama verdiyi vədlər Adama təsir eləmişdi onun ən böyük vədi isə Adama Tanrı kimi olacaqsınız deməyi idi. Şeytan və kral Adam ağacın yanına çatanda Evanı gördülər. Eva əlində meyvə onları gözləyirdi. Şeytan vəziyyəti başa düşüb o meyvəni  Evanın yox Adamın yeməli olduğunu söylədi.  Eva razılaşdı və meyvəni Adama verdi , Adam bir dişlək alandan sonra Eva cənnət krallığından birlikdə qovulmağı nəzərə alaraq öz eşqinə sadiq qaldı və özüdə ağacdan bir meyvə qopardaraq yedi. O bilirdi ki, Adamı fikrindən döndürə bilməyəcək , o belə etdiki eşqinə sadiq qalsın. 
 Şeytan kor peşman və arzusu puç olmuş şəkildə öz məskəninə qayıtdı.



Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jul 22, 2022 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Beşinci Səmavi Kitab-NYUSEHikayelerin yaşadığı yer. Şimdi keşfedin