Başlanğıc.

135 7 1
                                    

Uzun müddət bir kitab üzərində qalmışdım, sanki ondan asılı vəziyyətdə idim, normal olaraq oxuduğum kitabları 2 günə bitirirdim amma bu kitab...bu kitab fərqli idi, çünki aşiq olmuşdum... yox qadına ya da kitaba yox...hər ikisi- kitabdakı qadına aşiq olmuşdum, kitabda onun cümlələrini dəfələrcə oxuyurdum və xəyalımda möhtəşəm görüntüyə sahib bir qadın kimi təsvir etmişdim...kitabın sonunda bu qadın evləndi və bir qızı olaraq xoşbəxt sonlu bitdi...qadının sevgisini, sevənini qısqanırdım, hər oxuduqca əsəbləşir kitabı qırağa atırdım... sonra içində onun olduğunu xatırlayıb atdığım yerdən götürürdüm. Bunu dostlarıma danışanda məni dəli və ya paranoyak sanırdılar bəlkə də elədir amma aşiq olmuşdum...bir gün dostlarımla bu mövzunu danışanda Rüfət adlı dostum;
-Rasim, bəlkə o qız həqiqi dünyada var? Yazarlar çox vaxt real həyatdan yazırlar...
Ona baxaraq;
-Elə şey ola bilər?
Dostlarım hamısı gülərək məzə ilə;
-Qardaşım, sən ən yaxşısı get həkimə..
... Onlarda biraz çay içib oturduqdan sonra  evə gedərkən Rüfətin sözlərini beynimdə fırlayırdım. Və beləliklə, internetə girib kitabı araşdırdım. Bu kitabın yazarı hər ayın 25-i imza günü keçirirmiş və mən ora gedərək yazardan o qadını soruşa bilərdim...Çox həyəcanlı şəkildə gözlərimi 5-6 saniyə yumduqdan sonra tavana baxıb öz-özümə danışırdım.
"Gələn ayın 25-i imza günü olacaq.  Ora gedib mən həqiqətən var olan qadınamı, yoxsa boş xəyalamı aşiq olduğumu öyrənəcəm."

XəyalHikayelerin yaşadığı yer. Şimdi keşfedin