Xəyalındakı qızla tanışlıq.

82 7 1
                                    

Səbirsizliklə gözlədiyim gün gəldi, səhər tezdən duraraq duş qəbul edib rəsmi geyindim- ağ köynək, qara şalvar və pencək. Güzgünün qarşısına keçərək barmaqlarımla saçlarımı düzəldərkən üzümdə mənasız gülümsəmə yaranmışdı..."sanki sevgilinlə görüşürsən Rasim, bu nə həyəcandı" deyərək qapıya tərəf keçib qara klassik ayaqqabılarımı və qara paltomu geyinib çölə çıxıb 4 nömrəli avtobusa minərək görüşün baş tutacağı məkana getdim...kitab nisbətən balaca idi deyə onu paltomun iç cibinə qoymuşdum və o itməsin deyə daim əlim orda idi....15 dəqiqə yol getdikdən sonra məkana çatdım, həyəcanla avtobusdan düşüb ora getdim, adam az idi, 15 ya 20 nəfər olardı...içəri daxil olub növbədə gözlədim...yazarı görmək üçün ayaq barmaqlarım ucunda dayanıb ona baxdım, hədsiz gözəl idi- uzun sarı saçları, rəngi gözləri daha da cəlb edici idi amma ona baxaraq sanki kitabdakı aşiq olduğum qadına xəyanət edirəmmiş kimi gəldi...nəhayət növbə mənə çatanda;
-Salam
Başı ilə salamlaşıb;
-Kitabı verin
Təəccüb dolu gözlə ona baxıb;
-Kitab? Kitab niyə?
Gülümsəyərək;
-İmza çəkmək üçün
Başımı qaşıyıb;
-Yox imza üçün bura gəlməmişəm, sualım var onu verəcəm
Qız sağıma baxaraq;
-Oxuyucular imza üçün gəlirlər, sizin sualınıza cavab vermək vaxt aparacaq siz mənə mail şəklində...
Sözü ağzında qoyaraq gülümsəyib; "Çox sağ olun"- deyərək ondan uzaqlaşdım
....
Qıcık olmuşdum o qadına, sualım cavabsız qaldı deyə də pis olmuşdum, cibimdən siqaret paçkasını çıxararaq yandırıb yaxınlıqda yerləşən kafeyə getdim...siqaret kötüyünü zibilə ataraq içəri daxil olub əyləşdim...əyləşən kimi cavan xanım yaxınlaşaraq;
-Xoş gəlmisiz, menu gətirim?
-Çox sağ olun, tünd çay və çiyələk mürəbbəsi gətirin zəhmət olmasa
Qız başı ilə yaxşı deyib uzaqlaşanda;
-Xanım...(arxaya çevrildi) zəhmət olmasa qələm və vərəq də gətirə bilərsiniz?
Gülümsəyərək;
-Yaxşı, gətirərəm
....
Çayım, mürəbbəm və vərəq, qələm gətirdikdə xanıma çox sağ ol deyib çayımdan bir xortum aldım...rəssam idim mən, uşaqlıqdan bu işə marağım var idi, vərəq və qələmi də kitabdakı qadının şəklini çəkəcəkdim, xəyalımdakı qadının...35-40 dəqiqə keçdikdən sonra arxamdan tanış səs gəldi;
-Oxşatmısınız bir az
Arxaya çevriləndə yazar xanımı gördüm, ona baxaraq;
-Kimi kimə?
Gülümsəyərək;
-Səmraya- kitabdakı qadına
-Nə bilirsiniz?
-Sadəcə təxmin, otura bilərəm?
Ayağa duraraq qabaqğımda stulu çəkib;
-Buyurun...
-Siz buyurun
Təəccüblü baxışımdan sonra;
-Sualınız, buyurun
-Hə...Səmra...siz Səmranı xəyal etmisiz ya real da var?
Gülümsəyərək;
-Tutaq dedim var, nə edəcəksiniz?
-Tanış olmaq istərəm
-Evli qadınla? Hətta uşağı olan qadınla?
-Mənim fikrim...
-Yox, xəyaldır o qadın
Başımı aşağı salıb çəkdiyim rəsmimə baxdım, 15 saniyə sükutdan sonra yazar;
-Baxın, siz düşünürsüz ki siz Səmranı sevirsiz düzdü? Və sizcə bu sevgidir..
-Deyil?
-Yox təbii ki, sizin ki heyranlıqdır, Səmranı qısqanmısız?
-Çox...
-Baxın bu sevgi deyil...siz onun xoşbəxtliyini qısqanırsız, onun sevgisini...sevgi bu deyil əsl sevgi sevdiyinin xoşbəxtliyi qısqanmaz, sevinər...
Haqlı idi o, mən sevgi yaşamamışdım deyə bixəbər idim...münasibətim olmuşdu amma sadəcə vaxt keçirmək üçün amma sevgim olmamışdı, qadınla bir az kitabdan danışdıqdan sonra o ayağa duraraq sağollaşıb getdi...10 dəqiqə oturduqdan sonra da hesabı ödəyib məndə çıxdım...

XəyalHikayelerin yaşadığı yer. Şimdi keşfedin