Eşq..

63 6 0
                                    

Siqaret yandıraraq yazar xanımın dediklərini fikirləşdim, hər sözündə həqiqətən var idi...fikirli-fikirli yol getdikdən sonra saatın artıq gec olduğunu gördüm, çox tez keçmişdi bu gün, artıq saat 7 dir və hava qaralmışdı...kartımda 40 qəpik var idi, sabah basa-bas da karta pul vurmayım deyə dayanacaqdakı aparata kartımı qoyub 1 manat yükləmək istədim amma aparat işləmirdi, dərindən nəfəs alıb avtobusu gözlədim, sağ tərəfimdən qaçaraq gələn xanımı gördüm, cibindən kartı çıxarıb aparata qoyanda sakit səslə; "işləmir"-dedim, qız mənə baxaraq;
-Üzr istəyirəm, hansı avtobusa minəcəksiz?
-13 nömrə
Qız gülümsəyərək;
-Əla! Kartınızda pul varsa məni də keçirə bilərsiniz?
-Təbii ki
Cibindən 30 qəpik çıxarıb mənə uzadaraa;
-Buyurun
Əlimi cibimdən çıxartmadım, ona baxaraq;
-Ehtiyac yoxdu
-O zaman keçirməyin
Gülümsəyərək;
-Yaxşı
Qızın mənə tərs-tərs baxdığını gördüm, mənə asta səslə;
-Yaxşı keçirərsiniz
Gülümsədim, elə bu dəqiqə 13 nömrə gəldi, əslində mən 4 nömrəyə minəcəkdim və onda kart sistemi deyil, xanıma görə kiçik yalan danışdım...avtobus gələndə kartı vurub ona baxaraq; "buyurun"- dedim, içəri daxil olub başı ilə təşəkkür edərək arxada oturdu və mən avtobusdan düşəndə mənə təəccüblə baxdı, baxışları bunu deyirdi sanki "nə edirsən sən?!"....ona baxıb gülümsəyərək əlimlə sağollaşdım və dayanacaqda oturdum.
....
Xanım çox gözəl idi, Səmranın qara tipi idi sanki, qırmızı yanaqları, qara qısa saçları, geyim tərzi çox diqqətimi çəkdi, içimdə onu bir daha görmək hissi keçdi amma harda...

XəyalHikayelerin yaşadığı yer. Şimdi keşfedin