Tanışlıq.

56 5 0
                                    

4 nömrə gəldikdə arxada əyləşib paltomun iç cibimdən kitabı çıxartdım, təkrar oxumaq üçün yox, sevdiyim cümlələri qeyd etmək üçün çıxarmışdım. Yolda vaxtım getsin deyə etdm bunu, çünki sevmirdim yola baxmağı. Tıxac olduğundan 30 dəqiqə sonra ünvana çatdım...Evə qalxaraq işığı yandırıb mətbəxə keçdim, soyuducudan dünən bişirdiyim yeməyi qızdırmağa qoyub öz otağıma keçdim- paltarımı dəyişmək üçün... Nədənsiz şəkildə ağlıma dayanacaqdakı qızın siması gəlirdi və "o zaman minmirəm" sözünü xatırlayıb axmaqca gülümsəyirdim...Yeməyimi yedikdən sonra yatmağa keçdim və günüm belə həm mənalı, həm də mənasız keçdi...
....
Səhər saat 8 idi oyanmışdım. Kursum isə saat 11 də başlayırdı. Erkən qalxmışdım. Səhər yeməyi yemədiyim üçün deyə evdə boş-boş gəzməkdənsə, çölə çıxıb hava alıb gəzməyi seçdim..Əl-üzümü yuyub rahat geyim geyərək çölə çıxdım...Paçkamda bir siqaret qalmışdı deyə marketə girib XS alıb çıxdım. Qarşıda park var idi, ora doğru addımladım...Siqaret çəkərək kitabdakı sevdiyim cümlələri seçirdim, amma saatın 09:30 olduğunu fərqinə vardım. Kursum Nərimanovda idi, mən isə Əcəmidə qalırdım. Ona görə də cəld metroya düşdüm.Həzi Aslanov istiqamətində gedən qatara mindim. 28 may stansiyasına çatanda dayanacaqdakı qadın qatara mindi.
Təsadüfən bir-birimizə eyni anda baxanda, ona gülümsəyərək başımla salam verdim və sanki bunu başqasına xəyanət edərmiş kimi mənə baxaraq yanıma gəldi..
-Niyə dünən elə elədiniz?
Dediyini eşitdim amma;
-Metronun səsindən eşitmirəm nə deyirsiniz?
Maraqlı gəldi nə edəcəyi və o ərinməyib Gəncliyə çatanda qolumdan astaca tutaraq məni düşürtdü, metronun getməyini gözləyəndə gözlərimə baxaraq;
-Deyirəm ki dünən niyə elə elədiniz?
Ona baxıb;
-Mən 13 nömrəyə yox, 4 nömrəyə minirdim və orda kart sistemi yoxdur.
-Nə bildiniz mən 13 nömrə ilə gedəcəm?
Ona gülümsəyib;
-Çünki oradan keçən tək kart sistemli olan avtobus 13'dür.
Aramızdakı 15 saniyə sükutu pozub;
-Sizdən 30 qəpiyimi geri istəmiyəcəm amma...
-Amma nə?
-Təklifim var.
Qız qaşını çataraq;
-Təbii ki yox, mən elə...
Gülərək;
-Bir dinlə (iç cibimdən kitabı çıxararaq) sadəcə bunu al və oxu.
Qız kitaba baxaraq;
-Səbəb?
-Səbəbini oxuduqdan sonra deyəcəm?
-Harada?
Gülümsəyərək;
-Bakı balaca şəhərdir, qarşılaşacıq əlbəttə.
Qatar gəlib dayandıqda;
-Minirsiniz?
-Yox, elə burda düşəcəkdim
Başımla sağollaşıb metroya mindim, Nərimanova qədər səbəbsiz gülüş var idi simamda...

XəyalHikayelerin yaşadığı yer. Şimdi keşfedin