Gülnur.

47 3 0
                                    

1 həftə keçmişdi artıq amma hələ də qarşılaşmamışdıq biz....buna rəğmən hər dəfə xəyalımdakı- Səmranın şəklini cibimdə gəzdirirdim...bazar günü kursa gedərdən ürəyimdə bir hiss varmış kimi Gənclikdə düşdüm...bazar günü və səhər olduğundan Gənclik metrosunda adam barmaqla sayacaq qədər az idi...iri addımlarımla "SOS" tərəfə gedəndə onun sağ oturacağında həmin qadının oturduğunu gördüm, yaxınlaşıb gülümsəyərək;
-Dedim axı Bakı balaca şəhərdir
Qulağından nauşniki çıxarıb;
-Oxudum verdiyiniz kitabı, və?
Cibimdən kağızı çıxararaq;
-Buyur
Kağıza 5-6 saniyə baxdıqdan sonra;
-Bu kimdi? Mən?
-Saçı qısa və yanaqları bir az iri olsa ola bilərdi amma bu Səmradır
Gülümsəyərək;
-Məni görməmişdən əvvəl çəkmişdiniz bunu?
-Bəli
-Və məni Səmraya oxşatdınız deyə verdiniz bu kitabı
-Bəli elədi ki var
Gülümsəyərək çantasında kitab çıxarıb;
-Al sizdə bunu oxuyun
Gülümsəyib;
-Bəs...?
Sözü ağzımda qoyaraq;
-Bakı balaca şəhərdir bəy
Kitabı götürərək qıza baxdım;
-Adın...adınız necə oldu?
-"Sən"lə danışa bilərsən, "siz" lə danışanda qıcık oluram
Gülümsəyərək;
-Adın necə oldu?
-Gülnur Ağayeva
-Gülnur Ağayeva, gözəl
Verdiyim kitabı mənə uzadaraq;
-Al, çox gözəl kitab idi
-Qalsın səndə, xatirə kimi
-O zaman şəkli də ver
Gülümsəyərək;
-Buyur, nəysə mən gedim artıq, kitaba görə də çox sağol
Gülümsəyərək;
-Buyur
...
Gülnurun adımı soruşmamağı əslində xoşuma gəlmişdi və bu kitabı niyə verdiyi də həddindən artıq maraqlı gəlmişdi...

XəyalHikayelerin yaşadığı yer. Şimdi keşfedin