Sol Yanım

66 7 1
                                    

Bir qadına sevgini hədiyyə etmək. İnsanoğlu bir qadına nə cür sevgi bəxş edə bilərsən? Necə deyim yaraşığından,pulundan savayı.. Bir qadına toxunmadan necə aşiq ola bilərsən ruhunu ələ kecirməkdən bəhs edirəm. Xoşbəxtlik axtararkən birini xoşbəxt etməkdən söhbət açiram. Özünün xoşbəxtliyindən savayı birinin xoşbəxtliyi üçün nələri fəda edərsən?"O qız mənim, bu qız sənin" demədən bir qaydayla aşiq ola bilərsən? Özünü düşünmədən birini düşünə bilməyi bacarmaqdır bu sevginin açarı. Məhz bir qadının yerinə özünü qoya bilməkdir bu yolun əvvəli. Bir qadına toxunmadan aşiq olmağı bacara bilməkdən danışıram. Uzaqdan sevməyin mümkünsüz olduğunu kompüter arxasından sevdiyi ilə göz yaşı tökən gəncin varlığı ilə inkar edə bilmək mümkündür? Sən bu yolda nə yıxılan nə geridə qalan olmalısan. Məhz bu yolun önündə hər zaman dayanmalı qadınını gözləməlisən. Bu gün o yolun başlanğıcı, səhər onun sol yanı.

Sol YanımHikayelerin yaşadığı yer. Şimdi keşfedin