2.1 İlk qapılar

39 8 13
                                    

Əslində hər şey çox öncədən başlamışdı. Tanrı insanı yaratmazdan öncə bir neçə başqa irqlər yaratdı. İlk öncə yaratdığı bütün irqləri bir dünyada cəmləməyə çalışsa da aralarında dağıdıcı müharibələrin çıxdığını görüb hər birini fərqli dünyalara göndərdi. Təkcə, şeytan irqi bu qanuna qarşı gəlib olduğu yerdən əl çəkmədi və insanlarla bərabər yaşamağa başladı. Şeytan irqi çox qısqanc idi. İnsanların bu qədər rəğbət görməsini həzm edə bilmirdilər. Ən yaxşı dünya, ən yaxşı təbiət, ən yaxşı nemətlər məhz insanlar üçün idi. Avark diyarı ilə insan yurdunun arasındakı qapını da şeytanlar açdı.  Hələ insanların indiki qədər inkişaf etmədiyi zamanlarda İtaliyanın şimalında ilk qapı yaradıldı. Şeytan irqinin başçısı Flammanın əmri ilə lava qalıntılarının cilalanması ilə şeytanlar  başlanğıc üçün zəif  amma sonradan gücləndiriləcək girişləri açdılar. İnsan irqi buna “güzgü” dedi. 

O zamanlar lavanın axıb quruduqdan sonra altında dəyərli daşlar olduğuna inanan insanlar vulkan püskürüb bitdikdən sonra yaxınlaşıb həmin yerləri qazırdılar. Yenə də belə bir gün idi. Üzərində ipəkdən dizlərinə qədər gələn paltar, saçı saqqalına qarışmış  Alonso ondan bir az daha səliqəli oğlu Ezekiel ilə lava yığınına tərəf addımlayırdı. Flammanın əmri ilə hazırlanmış girişlər lava yığınına qalxan cığır boyunca səpələnmişdilər. Alonso dodaqaltı mırıldana-mırıldana gedirdi ki, birdən ayağına nəsə dəydiyini hiss elədi. Gözünü sol ayağının dibinə zilləyib əyilərək yerdə olan parlaq daşı götürdü.
-Ata, o nədir elə?, - Ezekiel elə də yaxşı olmayan romalı ləhcəsi ilə soruşdu.
Alonso oğlunu eşitsə də, cavab verə bilmədi. Əlindəki daşı tanrılardan hansısa birinin lütfü olaraq görürdü. Lava axıntıları quruyub, soyuduqdan sonra kömürümsü rəng alırdılar. Bu daşın isə bir tərəfi şüşədən parlaq, digər tərəfi isə kömürdən də qara idi.  Alonso daşı bir neçə dəfə o üz bu üzünə çevirdikdən sonra əlindəki qamışdan hazırlanma çantaya atdı. Oğluna tərəf döndükdə oğlunun sual dolu baxışlarla ona baxdığını gördü.
-Bayaq gördüyün bu daş , neçə ildir axtarıb tapa bilmədiyimiz, bizi varlı edəcək şeydir, - Alonsonun bunları deyərkən dodaqları qulaqlarına qədər dartılmışdı. Xəyal etdikcə daha çox gülümsəyirdi.

Ezekiel başını önə əyib heç nə demədi. On bir yaşlı uşağın varlılıq ya da kasıblıq çox da vecinə olmazdı. Ona görə də atasının nə demək istədiyin başa düşməmişdi.

Həmin gün Alonso oğlu ilə daha beş ədəd varlanacağı daşlardan tapdı. Təkcə Alonso yox İtaliyanın şimalında yaşayan bir çox ailə o daşlardan tapmışdı və sabah qiymətli daşların satıldığı bazarda hamı cilalanmış lava qalıntısı ilə gələcəkdi. Alonso sevincli halda geri dönürdü.  Cığırla evə doğru dönərkən çantadakı daşlar bir-birinə dəyib özünəməxsus səsləri çıxarırdılar. Alonsoya bu səslər uşaq vaxtı anasının qulağına oxuduğu melodiyalar kimi şirin gəlirdi.

Naomi ev təmizliyin edib qapının ağzında əri ilə oğlunu gözləyirdi. Bir həftə öncə püskürən vulkan özü ilə çox canlar alıb götürmüşdü , amma bütün bunlara baxmayaraq Piatra qəsəbəsindəki xalq vulkanları sevirdi. Vulkan onlar üçün az da olsa qazanc mənbəyi idi. Qiymətli daşlardan ziyadə elə qurumuş lava axıntısı da bazarda yaxşı qiymətə satılırdı. Piatrada yaşamaq uğrunda mübarizə iki yolla gedirdi; ya əziyyət çəkib mədənlərdə, lava qalıntılarında işləməli ya da arvadını hansısa varlı təbəqədən olan birinə bir neçə günlük satmalı idin. Naominin çox gözəl olduğunu bilən Alonso ikinci ehtimalın olduğu anda onu itirəcəyindən əmin idi.

Alonso nəhayət oğlu ilə birlikdə evlərinə çatdı. Naominin onları qapıda gözlədiyini görüb, addımını bir az daha yeyinləşdirdi. Ezekiel isə atasına ayaq uydurmağa çalışırdı. O gülümsədikcə “yəqin nəsə yaxşı şeydir” deyib gülümsəyir, o addımı sürətləndirdikcə Ezekiel də eynisini edirdi. Nəhayət çatdılar. Alonso əlindəki torbanı yuxarı qaldırıb Naomini hipnoz edərmişcəsinə gülümsəyərək gözünün qabağında sağa sola yellədirdi. Daha sonra torbanı yerə qoyub qucaqlaşdılar. Naomi Ezekieli də qucaqladıqdan sonra başını sığallaya-sığallaya içəri keçdilər.

Alonso gülümsəyib Naomini qucaqladığı vaxt, evlərinin arxasındakı ağaclıqda da  qara cübbəli sadəcə qıpqırmızı iki gözü görünən biri sevinə-sevinə Flammanın yanına getməyə hazırlaşırdı. İlk öncə sağ ayağı üstə 3-4 dəfə tullanıb, daha sonra göydə süzülməyə başladı.

-Torbadakılar nədir? Naomi Alonsonun üzündən öpüb soruşdu.

-Nə olduğun bilmirəm, amma ilk gördüyümdə çox qiymətli olduğuna əmin oldum. Lava axıntılarındakı boz, hisli daşlardan deyildi çox parlaqdır, çox , - Alonso stuldan qalxıb torbaya tərəf getdi. Əlini salıb ordakı daşlardan birin götürdü:

-Bu, Naomi, bizim həyatımızı kökündən dəyişəcək, kökündən. Əlimdəki daş zibilə qalmış kasıblıqdan qurtarılacaq açardır,- Alonso danışdıqca həyəcanlanır, həyəcanlandıqca gülümsəyir, gülümsədikcə daha çox danışırdı.

Naomi susub sadəcə ərinə baxırdı.  Öz-özünə “Alonso qızıl sandığı piriti tapdığında belə həyəcanlı deyildi, qızıl bilib sevinmişdi, amma bu dərəcə ehtiraslı danışmamışdı”  deyə düşünürdü. Ancaq bunu Alonsoya bildirmədi. Neçə aylıq əzab dolu günlərdən sonra onu belə sevincli görmək çox xoş gəlirdi. Alonsoya yaxınlaşıb başını sinəsinə sıxıb qucaqladı.

Gecə Ezekiel də yatdıqdan sonra Alonso Naomiyə bir az daha yaxınlaşdı. Sabahı, əllərinə gələcək pulu, saray kimi olacaq yeni evlərini düşündükcə içindəki xoş duyğular ereksiya ilə geri dönürdü. Həmin gecə lap cavanlıqlarında - elə bu evin arxasındakı ucu bucağı olmayan meşəlikdə sevişdikləri kimi sevişdilər. Artıq yorğunluq ehtirası ələ keçirdikdən sonra ikisi də yuxuya getdi. Evin ətrafını qara cübbəli və qırmızı gözlü varlıqlar-şeytanlar mühasirəyə almışdı. Təkcə bu ev yox, həmin girişləri tapan 10-a yaxın evlərə gedilib lazımı işlər görülməli idi. Flamma bunu daşların tapılma sırasına uyğun olaraq edirdi. İlk kim tapdısa hədəf onun evi daha sonra isə sıradakı gəlirdi. Flamma şeytan qələbəliyinin arasından süzülüb qapıya yaxınlaşdı. Arxa sıralardan bir şeytan sakitliyi pozdu.

-Üzr istəyirəm, hökmdarım, biz hər yerdən girə bildiyimiz halda niyə qapının qabağında gözləyirik?

Digərlərindən daha balaca, sol ayağı olmayan biri önə çıxdı. Bu bayaq evi izləyən Zeqrat idi - Şeytan irqinin Magnus adlanan ordusundakı ən gənc əsgər. Flamma bir ayağı olmayan bu varlığın daha cəld və daha hiyləgər olduğu üçün orduya yazılmasına icazə vermişdi. Flamma üzünü çevirmədən cavabladı:

-Zeqraaaattt, Zeqraaatt,- səsi göy gurultusunun əks-sədası kimi idi, -  Delakrioksun  oğlu. Atan ölmədən öncə sənə şeytan irqinin qayda-qanunun öyrətməyib deyəsən. Bizi cinlərdən fərqləndirən şey nədir bilirsənmi? Biz ağıllıyıq. Bu ağlımıza görə də onlara qalib gəldik. Avark qapısının açılması üçün biz özümüz də qapılardan istifadə etməliyik.

Zeqrat baş əyib, üzr istədikdən sonra yerinə qayıtdı.

Flamma başını qaldırıb ayın formasına baxdı, artıq vaxt gəlib çatmışdı. Qapını açmağa çalışdı, bağlı idi. Gülümsəyərək qapının içindən keçib evə girdi. Daşların qoxusu burnunu qıcıqlandırırdı.

GÜZGÜHikayelerin yaşadığı yer. Şimdi keşfedin