2.3 Lur

15 4 0
                                    

Flamma meşəlik ərazini keçdikdən sonra bir neçə həftə öncə püskürüb, Alonso və digərlərinin cilalanmış daşları tapmasına səbəb olan vulkanın yanına çatdı. Mağara Alov püskürən dağın dibində idi, amma bunu hər kəs görə bilməzdi.

An Avarque ummon to Ashar asang Flamma

(Mən Avarkların dostu, şeytanların lideri Flamma)

Flamma Avark dilindəki bu sözləri deyən kimi, dağda hərəkətlənmə başladı. İnsanlardan kimsə burada olsaydı “Dağ üstümüzə gəlir” deyib ora-bura qaçardı. Alov dağı get-gedə yüksəlirdi, yüksəldikcə dağın dibindəki torpaq və daş qalıntıları ora-bura səpələndi. Təxminən bir metr yüksəldikdən  sonra mağara ortaya çıxdı. Mağaranın, genişliyi kök insanın sığa biləcəyi ağzında iki Avark göründü. Mavi saqqallı, balacaboy və təkgözlü bu varlıqlar hərəkət etmədən dimdik dayanmışdılar. Lap Tanrı belə olsan, bu irqin qarşısında təzim etmədən keçməyə icazə verilmirdi.

-Laer(Salam), - Flamma əsəbi-əsəbi təzim edib, avarkları salamladı.

Avarklar cavab vermədən əllərindəki nizəni mağaranın girişindəki divara vurdular. Qapqaranlıq mağara bir anda işıqlandı. Mavi və qırmızı işıqlar sonsuzluğa doğru uzanan bu keçidi bir az daha qeyri-müəyyən etmişdi. Flamma yavaş addımlarla avarklara yaxınlaşdı. Mağaraya girən kimi dağda yenidən hərəkətlənmə baş verdi* . Artıq üçü də yerin altındaydılar. Ortaya çökən səssizliyi pozan avarkların ayaq tappıltıları idi. Flamma isə içəridə süzə biləcək genişliyin olduğun görüb ayaqlarını yerdən kəsmişdi. Mağaranın divarları  və döşəməsi torpaq qalıntılarından ya da hansısa süxurlardan yox, aqat daşlarından təşkil olunmuşdu. “Avark mədəniyyəti insanlar və şeytanları çoxdan geridə qoyub” deyə Flamma öz-özünə düşünürdü.  Mavi, firuzəyi, yaşıl, qırmızı bəzən də bütün rənglərin öz içində bir-birilə qarışdığı daşlar hər addımbaşı düzülmüşdü. Flamma irəlilədikcə işıqların da bu daşlardan çıxdığını gördü. Sadəcə daşların düzülməsi  o qədər incəliklə edilmişdi ki, avarklar üçün müqəddəs olan mavi və qırmızı işıqlar daha çox üstün idi. İçəridə irəlilədikcə isə bütün işıqlar bir-birlərilə sevişirmiş kimi birləşib, ayrılırdılar. Mağaranın sağ və sol divarlarında aqat daşlarından əlavə hər on metrdən bir güzgülər də vardı. Güzgülərin yanından keçəndə təkcə avarkların əksi görünürdü. Özü isə orada yoxmuş kimi idi. İnsanlar bu dövrdə əsasən sudakı əkslərinə baxaraq bəzənib düzənirdilər. Daha sonra isə metal lövhələri cilalamağa başladılar və bundan yaranan əşyalara özgör adını verdilər. Avarklar isə bu məsələdə də insan sivilizasiyasın qabaqlamışdılar. Geniş, yekə, hamar güzgülər aqat daşları ilə bərabər bütün mağara boyunca yerləşdirilmişdi. Bu Flammanın mağaradan ilk keçişi deyildi, daha öncə də bura gəlmişdi. Avarkların dünyasını ələ keçirməyə çalışan cin irqini Küllər dünyasına göndərdikdən sonra Avark kralı Lur , Flamma ilə görüşmək istəmişdi. Hardasa iki yüz il öncə, şeytan irqinin bu qədər güclü olmadığı zamanlarda Flamma mağaradan keçib Lurun hüzuruna çıxmışdı. O vaxt mağarada nə aqat daşları vardı, nə də bu formalı güzgülər. Bütün mağara mavi tüklərlə əhatə olunmuşdu. Flamma avarklarla bərabər irəlilədikcə Lurun qocalıb qocalmadığın düşündü. Keçid isə bitmək bilmirdi. Mağaraya girəndən insan dünyasındakı zamanla burdakı zaman ayrı iki çizgi üzrə hərəkət edirdi. Alonsonun evində saat olsa idi, oradakı şeytanlar hələ bir dəqiqənin belə keçmədiyin görərdilər. Burada isə dəqiqələr yağışdan sonra məcrasından çıxıb daşan çay kimi axıb gedirdi. Flamma daşların ahənginə tab gətirə bilməyib əli ilə toxunmaq istədi. Elə əlini uzadırdı ki, öndə gedən avarklardan biri dönüb nizəsini Flammaya tərəf uzatdı:

-Har.

Bu Avark dilində olmaz demək idi. Flammanın mağaranın xaricindəki bütün əzəməti bu keçidə girəndən bəri yerlə bir olmuşdu. Yerin altına çökən təkcə bu mağara deyildi, Flammanın liderliyi də mağara ilə bərabər yerin altında idi. Nəhayət, qarşılarına keçidin sonunu göstərən güzgülü qapı çıxdı. Avarklar Flammadan uçaraq yox, addımlayaraq qapıdan keçməsini tələb etdilər. Flamma donquldana-donquldana zəminə endi.  Güzgülü qapı Lurun otağına açıldı.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Aug 01, 2020 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

GÜZGÜHikayelerin yaşadığı yer. Şimdi keşfedin