Əziz oxucu, burdan səni görə bilməsəm də əmin ol ki, ən xoş duyğularla salamlayıram. Hekayələrdən bəzilər qısa, bəziləri isə uzun olacaq. Oxuduqdan sonra rəy yazmağı və qiymətləndirməyi unutma. Sənin fikirlərin mənim üçün çox önəmlidir.
Hörmətlə: Şəhram Sadıqzadə-Güzgülər ilk dəfə Misirdə istifadə olunub. O zamanlar ruhun yansıması kimi düşünürdülər. Güzgüyə baxırsan və gördüyün şey sənin oradakı əksin yox, məhz ruhundur.
-Professor, bəs bu nə zaman inkar olundu? ,- Rəşid sakitliyi pozacaq ilk sualı verdi.
Professor kürsüsündən ayrılıb auditoriyaya tərəf gəldi. Əllərini döşündə birləşdirib Rəşidi daha sonra isə bütün auditoriyanı süzdü. Doğru sözləri seçərək cavablamaq istəyirdi. Metafizika təhlükəli sahə idi bir dəfə səhv etdinsə bunun ardı da gələcək.
-Əslində inkar olunmadı. Şamanlar var olduqca bu öz təsdiqliyini qoruyacaq. ,- Professor yenidən slaydlara dönərək davam etdi. Növbəti slaydda üstü örtülmüş meyidin üzərində tərs çevrilmiş güzgü vardı.
-Türkiyənin Anadolu bölgəsində hələ də bu adət qalır. Elmin inkişaf etməsi metafizikanın yox olması deyil. Ölən insanların üzərinə səbəbini bilməsələr belə tərs çevrilmiş güzgü qoyurlar. Bu ruhu ilə birləşməsi üçündür.
Artıq auditoriyanın diqqəti əvvəlkindən daha çox cəmlənmişdi. Digər dərslərdə zalı az qala dağıdan tələbələr indi ölü kimi dərsə qulaq asırdılar. Professor slaydı çevirərək yenidən auditoriyaya döndü. Bu dəfə əlində güzgü tutub tonqalın başında duran şaman vardı.
-Öncələr insanlar o biri dünyadakı yansımalarına baxmaq üçün parlaq şeylərə, göllərə, hovuzlara baxarlarmış. Əgər baxdıqları yerdə dalğalanma və ya titrəmə varsa bu fəlakət anlamına gəlirmiş. Buna görə də Qədim Misir və Yunanıstanda qırılmaz metal aynalar hazırlanırdı, beləcə o biri tərəfdəki görüntülərinin pozulmamasını qarantiyə alırlarmış, - Professor bunu deyib susdu. Dərsin müddəti bitmişdi.Rəşid həmin gün ancaq bu mülahizələri düşünürdü. Vaxtilə metafizikanı çox araşdırmışdı və ixtisas fənni olmamasına baxmayaraq o patokdan başqa birinin əvəzinə girmişdi. Girməsinə səbəb hər gecə güzgü ilə bağlı yuxular görməsi idi. "Yəqin ki, yuxudur" deyirdi öz-özünə.
Gecə yatağında uzanarkən gözlərini tavana dikib özünü hər şeyin təkrarlanmasına hazırlayırdı. Ailəsi rayona hansısa bilmədiyi qohumun üzrünə getmişdilər. Dərsləri olduğu üçün də Rəşid evdə tək qalmışdı. Öz-özünə "Avarkın dediklərin edəcəm, iynəni götürəcəm, hər şey bitəcək" deyirdi. Əslində bütün bunlar evdə gecə boyu tək olacaq birini qorxutmalı idi amma Rəşid zərrə qədər qorxu hiss etmirdi. Öncəki gecə yuxusunda üzünü xatırlamadığı bir avark bu təlimatları vermişdi ona. Hər şeyin bitməsi üçün bunları etməli idi.
Bir gün öncə...
Rəşid yorğun halda evə gəlib birbaşa otağına getdi. Bir neçə gündür ki, normal halda yata bilmirdi. Yatdığını düşünürdü amma gecə boyu gördüyü yuxular ucbatından bütün gün yatmamış kimi əzgin idi. Ən maraqlısı da oyandığı zaman çarpayısında yox, otağındakı güzgünün qarşısında uzanması idi. Bu dəfə də otağına çəkilib bütün bunlar haqqında araşdırmağa başladı. Qarşısına çıxan bütün mənbələr ya rem yuxusundan, ya tez-ləng yuxu fazalarından ya da hansısa beyin problemlərindən danışırdı. Üç saatlıq araşdırmadan sonra axşamtərəfi kompüterini bağlamadan yerinə uzandı. Göz qapaqları çəki daşlarının ağırlığını alıb qalxmağa imkan vermirdi. Yavaş-yavaş qapaqlar bağlandı. Rəşid artıq yatmışdı. Saatın neçə olduğunu bilmədiyi bir vaxtda, birdən bədənində bir hərəkətlənmə başladı. Gözlərini açdığını xatırlamırdı amma torlu da olsa qarşısındakıları görə bilirdi. Otağındakı şkaf güzgüsü ilə üzbəüz dayanmışdı. Yan tərəfdəki kompüter yuxu rejiminə salmışdı özünü. Çarpayıda isə bilmədiyi bir cisim uzanmışdı. O hissəni qaraltı kimi görsə də önəmsəmədi. Addım-addım, yavaş-yavaş güzgüyə yaxınlaşırdı. Güzgüyə yaxınlaşdıqca otağı, yan tərəfdəki kompüteri daha da bulanıqlaşırdı. "Boşluğa doğru gedirəm" deyə düşündü. Düşündüyü kimi də oldu, artıq otağında deyildi. Bayaqkından daha ayıq olsa da hələ də bir çox şey bulanıq idi. Bulanıqlıq aydınlanınca balaca evləri gördü. Bura hara idisə çox qaranlıq və keçmişdən qalma bir yer idi. Balaca daxmalar, bol ağaclar və hansısa sənaye fabrikinin iyi də yox idi. Qorxusuz və sakit vəziyyətdə ağacların arası ilə gəzirdi. Başını qaldırıb səmaya baxdı. Göy üzü onu qorxudan ilk şey idi. Qırmızımtıl rəngdə və mavi ulduzlarla bəzənmiş halda sanki yerə axacaqmış kimi başının üzərində idi. Bura necə gəldiyi və haradan gəldiyini xatırlamırdı amma bütün yolların kənarlarında güzgülər olması ona nəsə deməyə çalışırdı. Bir az da getdikdən sonra işığı yanan bir daxma gördü. İşıq sarı yox düm ağ idi. Əslində insanın gözünü kor etməli idi amma burda elə də mənfi təsir etmirdi. Ağ işıqlı daxmaya yaxınlaşıb qapısını döydü. "Yəqin ki, biri çıxıb harada olduğumu izah edəcək" düşüncəsi ilə göy üzünün fərqli olması fikrini içində basdırıb, qorxmamağa çalışırdı. Uzaqda heyvan nərildədi. Qapını daha sürətli döyürdü. Nəhayət beşinci cəhdində qapı açıldı. Uzun mavi saqqallı, balacaboy, tək gözlü varlıq qarşısında dayanmışdı. Bu varlıq avark irqindən idi. Rəşid avarkı görən kimi yerindəcə donub qaldı. Əlləri və ayaqları əsdiyindən sabit formada dayana bilmirdi, ən sonda dizi üstə çöküb var gücü ilə qışqırmağa başladı:
-Məəəən hardayaaaamm?
Avark gülümsəyib Rəşidə yaxınlaşdı. Rəşidin oturmuş halı belə varlıqdan hündür idi.
-Rəşid, mən səni uzun zamandır gözləyirəm.
-Mm...əə..nni? Olanlara anlam verə bilmədiyi üçün dili topuq vurmağa başlamışdı.
-Hə, səni.
-Si.ii.z mm..ə..əni hardan tanıyırsız?
-Sən uzun zamandır ki, buralara gəlirsən. Avark bir az arxaya çəkilib əlini uzaqlıqdakı ağaclara sarı uzadıb davam elədi:
-Hər dəfə gələndə bu evlərə yaxınlaşmırdın. Ağacların arasında dolaşıb gedirdin və mən hər dəfə sənin gəlişini gözləyirdim. Nə zaman gəlirdinsə, ilk dəfə gəlmiş kimi davranıb qayıdırdın.
Rəşid işıq görmüş dovşan kimi boş gözlərlə avarka baxırdı. Bu uzun baxışmağı və səssizliyi yenə də avark böldü:
-Gəl, keçək evə, orada hər şeyi izah edərəm.
Rəşid başqa bir əlac olmadığını görüb daxmaya girdi. Bayaq eşitdiyi heyvan səsi indi daha yaxından gəlirdi. "Ümidvaram heyvandır" deyə düşündü.
Rəşid daxmaya girdikdən sonra çöldən balaca olduğunu görünsə də içəridən çox geniş olduğunu hiss etdi. Hər şey isə ağaclardan, otlardan hazırlanma təbii idi. Hətta peç və üzərində çaydan da vardı. Odundan hazırlanma fərqli bir çaydan idi amma deyəsən yola vermək olardı. Rəşidin çaydana maraqla baxdığını görən avark gülümsəyərək izah etdi:
-Buradakı bir çox şeyi bizə insanlar öyrətdi. Elə bu çaydanı da, bu peçi də.
-İnsanlar? Rəşid yavaş-yavaş özünə gəlirdi.
-Güzgülər kəşf olunduqdan sonra sizin aləmdən bizim aləmə keçidlər açıldı. Fərqli-fərqli keçidlər. Kimisi varlı olmaq üçün gəldi, kimisi də sənin kimi nə olduğunu bilmədən. Bu keçidlər gecələr açılıb, səhərlər bağlanırdı.
Avark çay tökə-tökə, bir tərəfdən də qarışıq da olsa izahını verirdi.
Rəşid hələ ki, nəsə başa düşməmişdi.
-Bunu əvvəldən izah edə bilərsən? Mən necə gəlmişəm? Ümumən bundan əvvəl necə gəlirdim? Rəşid tətikdən əlini çəkməyən döyüşçü kimi suallarını yağdırırdı.
Avark balaca əlləri ilə masadan tutub qalxaraq üzərində oturdu və yenidən gülümsəyərək danışmağa başladı:
ŞİMDİ OKUDUĞUN
GÜZGÜ
FantasiaTəkcə bir irqin varlığın düşünürdük: İnsanlar. Ancaq bu böyüklükdəki kainatda tək olmağımız necə mümkündür? Bəzi dünyalar gizlənildi, bəziləri yox edildi, bəziləri isə var və var olmaqda davam edəcək. Mən onlardan birindəyəm. Burdayam amma bura məx...