İlk mərhələ- intihar oyunu

367 35 99
                                    

 Amma bəzən yaşamaq, intihar etməkdən daha çox cəsarət tələb edir.

-Albert Camus-

 Yazın ilk günləri yağış ilə gəlmişti. Damlalar heç dayanmadan özlərini pəncərəyə atır, göy gurultusu isə yağış damlalarına alqış tuturduu. Həftəsonunu evdə keçirməyə məhkum olan qızlar yağış kəsdikdən sonra  nə edəcəklərini düşünürdülər. Heç bir universitet tələbəsi həftəsonunu evdə keçirməyi istəməzdi.

 Artıq hamı oyanmış, səhər yeməyi yeyilmişdi. Geridə toplanması vacib olan qablar qalmışdı. Fəza iş cədvəlinə göz gəzdirəndən sonra telefonunu bir kənara buraxıb masanı toplamağa başlayanda, dostu Məleykə də köynəyinin qollarını yuxarı doğru qırışdırıb qabları yumağa başladı.

"Bu gün harasa getmək fikrin var?" Qabları yuyan Məleykə artıq masanı silməyə başlamış olan Fəzaya yönləndirdi sualını. 

"Bilmirəm, bəlkə kafeyə gedək? Uzun müddətdir ki, her yerə çıxmırıq dərs ucbatından." Məleykə başını yelləyərək dostunu təstiqlədi. 

 Sadəcə qabların bir-birinə dəyməsi və su səsi idi qaranlıq səssizliyi pozan. Bir müddət sonra bu səsə yeni bir səs daha qoşuldu. Fəzanın telefonunun səsi. 

Gənc qız telefonu əlinə alıb telefonun ekranında gəzdirdi baxışlarını. Ekranda açma düyməsindən başqa heç nə olmaması onu heyrətə gətirmişti. Ancaq vecinə almadı. Telefonu köhnə olduğu üçün sadəcə texniki problem olaraq gördü və zəng edənin atası olduğunu ehtimal edərək  yaşıl düyməni yuxarı doğru sürüşdürdü.

 "Salam, Abdullayeva Fəza. " robot səsinə bənzəyən səs Fəzanın qulaqlarına toxunanda Fəza qəlbinin titrədiyini hissetdi. 

"Salam, bəli mənəm. Kiminlə görüşürəm." Qəlbinə həpsetməyə çalışdığı qorxusu özünü üzə çıxardaraq səsini titrətmişdi. 

"Mən Hermes.  Sizə bir xəbər gətirmişəm." Hermes adı Fəzanın düşüncələri arasında qısa müddətli səyahət etməsinə səbəb oldu. 3 ay əvvəl qoşulmuş olduğu oyunu xatırladı. Oyuna qoşulandan sonra sonra Hermes adı ona maraqlı gəldiyi üçün bu adı araşdırmışdı. Əldə etdiyi məlumatlara görə Hermes Zeus'un elçisi imiş. 

Düşüncələrinə qalxan tutaraq " Buyurun. " deyə cavab verdi.

"Oyuna oyunçu alımı tamamlandı və oyunçular arasında çəkiliş oldu. Siz oyun daxilində qalan  oyunçulardan birisiniz. Oyunu oynamaq istədiyinizi səsli şəkildə təstiq etməyinizi xahiş edirəm."

"Oyun nə haqqındadır?"cavab gecikmədi, lakin bu gözlədiyi cavab olmadı.

" Oyunu oynamaq istədiyinizi səsli şəkildə təstiq etməyinizi xahiş edirəm. "

" Oyun nə haqqındadır bilmirəm axı. "

" Oyunu oynamaq istədiyinizi səsli şəkildə təstiq etməyinizi xahiş edirəm. " Sözlər hər dəfəsində eyni, sabit tonda səsləndiyi üçün avtomatik mesaj olabiləcəcyini düşündü. Hə və ya yox deyənə qədər də təkrarlanmağa davam edəcəyini bilirdi. Ona görə də 

" Bəli, oynamaq istəyirəm. "

" Əla, bir azdan ilk oyunçu başlayacaq, sizi canlı yayın linki göndərərək xəbərdar edəceyik. "  Telefonun söndüyünə dair səs beyninə telefonu qullağından çəkməsi üçün siqnal göndərirdi, Fəza isə inadla telefon qulağında baş verənləri düşünürdü. Qoşulduğu hər nə idisə onu içdən içə narahat edirdi. Özünə verəbiləcəyi tək təsəlli oyundan götürəcəyi pul ilə edəbiləcəkləri idi. Bəlkə bir xarici ölkəyə gedərdi, bəlkə həmişə istədiyi kimi bir kitab mağazası açardı, bəlkə həmişə almaq istədiyi o kameranı alardı...

HERMES'İN UŞAQLARI [Bitdi]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin