Salam. Təkrar xoş gəlmişsiniz.
Bu bölümü mənə hər şəkildə öz dəstəyini göstərən və hekayəmi öz dilimdə yazmağıma baxmayaraq oxuyan dostum Ümmühan Baki'yə ithaf edirəm
Medyada: The Score- Revolution.
Ümid varam bölümü sevərsiniz
* * * *
Ölüm korkusunu aşmadıkça insan için özgürlük yoktur.
Ama intihar ile değil.
Bu korkuyu aşmak için kendini bırakmamak gerekir.
Hiç burukluk duymadan, korkmadan ölebilmeli.
-Albert Camus-
Yerlə göy birləşmişdi sanki. Göydən yerə enən hər damla ipi xatırladırdı. Bəlkə də onlardan tutaraq buludlara dırmanmaq belə mümkün olardı. Küçələr, meydanlar, mağazalar hamısı yağışın səsində boğulmuşdu. Küçələrdə heç kim yaşamırmış kimi psixologiyanı pozabiləcək səssizlik var idi.
Səssizlikdə boğulan küçələrdə tək bir insan görünürdü. Bir əlində qara çətiri, digər əli cibində küçələrdə dolaşan bir gənc qız. Hər addımı yoldakı suları sıçladaraq islaq səslər çıxaran bir qız
Pəncərədən yağış mənzərəsini izləyən insanlar ona dəli kimi baxırdı. Hansı ağıllı bu yağışda çölə çıxardı ki? Bəlkə də onu başa düşmək üçün onun qədər dəli olmalı idilər. Ya da nə ilə üz-üzə olduğunu bilməyəcək qədər itmiş...
Budur, o küçə.
Addımları yavaşladı. Təciliyardım maşını surətlə yanından keçib gedəndə üzərinə sıçrayacaq çirkli sudan çətirini qalxan tutaraq qaçdı. Yağışı vecinə almadan çətirini bağladı və küçəyə daxil oldu.
Ağlaşma səsləri, qışqıranlar, pəncərə və balkonlardan səssizcə başverənləri seyr edənlər...
Tək bir balkon boş idi. Canlı yayının açıldığını təxmin etdiyi o balkon.
Ağlayışları geridə buraxaraq qarşı binaya doğru qaçdı. tez içəri girib üzərini silkələdi.
Buraya niyə gəldiyini, kim üçün gəldiyini belə bilmirdi. Anın həyəcanı ilə verdiyi qərardan artıq o qədər də əmin deyildi, ancaq gəlmişdi. Çöldəki qiyaməti xatırlatan mənzərəyə baxmayaraq buraya gəlmək adına o qiyamətin içinə daxil olmuştu. Yanlış da olsa bir seçim etmişdi və seçiminin arxasında sonuna qədər durmalı idi.
"Qızım, kimə baxmışdın?" İslanmış paltosunu çıxardı. Ona təəccüblə baxan yaşlı adamı görəndə gülümsədi.
"Dayı, mən jurnalistika tələbəsiyəm. Bir qəzet üçün çalışıram. Hadisələrlə əlaqəli məlumat toplamağa gəlmişdim. Ancaq ailəni narahat etmək istəmədim. Dedim bəlkə bu binadan görmüş olan olar."
"Hansı hadisə?" Fəza baş barmağı ilə arxasını işarət etdi.
"Qarşı binadakı intihar."
Yaşlı adam pilləkənlərdən enib bir addım kənara çəkildi. "Buyur, qızım. Keç." Birinci mərtəbədə çöl qapının açılıb örtüldüyünü eşitdiyi an dərin nəfəs aldı. Dediyi yalana rahatca inanmağı bacardığı üçün rahatlamışdı, ancaq bu dəfə də titrəyirdi. Soyuqdan, yoxsa həyəcandan olduğunu anlamadan titrəyirdi. İçtən içə də qorxurdu. Onunla, orada qarşılaşmaqdan qorxurdu. Getməmiş olmasından qorxurdu. Əslində qorxduğu şeyin tam olaraq nə olduğunu özü də bilmirdi. Çünki nə ilə qarşılaşacağını bilmirdi.
ŞİMDİ OKUDUĞUN
HERMES'İN UŞAQLARI [Bitdi]
FantasyOyuna xoş gəldiniz. Qaydalar asandır. 1- qəbul et 2- oxu 3- tətbiq et Unutma ki tətbiq etməyəndə başına gələcəklərə oyun cavabdeh deyil. Oyunu qəbul edirsiz ? a)hə* b)yox Bizi seçdiyiniz üçün təşəkkürlər.