Salamlar:)
Ümid varam ki bölüm gözlədiyiniz kimi olar.
Düzünü demək lazımdırsa artıq üstündə ciddi dura bilmirəm. Bəlkə də bitirəndən sonra düzənləyərəm. Bəlkə heç toxunlaram. Əvvəlki kimi diqqət etmirəm. Başqa kitablarla məşğulam.Xoş oxumalar:)
***
Hayalleri katletme konusunda uzmanlığı vardı.
-John Green-Gənc qız anasının əlində tutduğu donlara baxdı. Donlardan biri qısa, dar və qara bir don idi, üstünün uzun, ulduzlu tülü var idi. Elə həmin tüldən uzun qolları və boynu. Digəri isə qırmızı ipəkdən sadə bir don idi.
"Ehtiyac deyil." Dedi. "Evdə donum var, yenisi ehtiyac deyil. "
"Elə demə, qızım. Bax, Alpay gəldi səni alış verişə götürməyə. Heç nə almadan qayıtsan nə düşünər?"
"Ana, səbrimlə oynama. Dedim ki, ehtiyac deyil. Mən səmimi şəkildə yox deyəcəkdim, sən özün ortaya atıldın. Məni heç nə almağa məcbur etmə." Qapıya doğru addım atanda ağlına bir şey gəldi və geri döndü. "Evlənən ailələr deyil, bizik. Bir iş tutanda və ya tutmaq istəyəndə bizim də fikrimizi alın və bizi heç nəyə məcbur etmiyin. Yoxsa həqiqətən pis şeylər olacaq." Sözünü dedi. Nə Alpayı, nə anasını gözlədi. Anasının və ya kənardan başqa birinin nə düşündüyü vecinə deyildi. Öz qərarlarına hörmətlə yanaşmaqlarını istəyirdi sadəcə, amma onun fikrindən başqa hamının fikri nəzərə alınırdı.
Uzun müddət küçələrdə dövrə vurdu. Bir neçə mağazaya girdi. Fikri hər hansı bir şey almaq deyildi. Sadəcə zehnini ələ keçirən düşüncələri özündən uzaqlaşdırmaq istəyirdi. İstəmədiyi bir işin içində olması yetmirmiş kimi bir də istəmədiyi şeyləri etməyə məcbur edilirdi. Söhbəti bir yerə qoymaq lazım idi artıq. Ya tamamilə ailələrə bağlı olaraq onların dediyini edəcəkdi, ya da istədiklərini tələb edəcəkdi. Bu yolda isə ona yalnız Alpay kömək edə bilərdi. Fikir və təklif ondan gəlmişdi nə də olsa. Bu yolda Fəzanı dəstəkləməyə məcbur idi.
Bir divara söykəndi. İstəksiz şəkildə telefonunu cibindən çıxardı və Alpaya zəng vurdu. İkinci çalışda telefon açıldı.
"Alo." Arxadan maşın səsi gəlirdi.
"Anam mənim zəng etdiyimi görməyibsə bildirmə. "
"Yaxşı. Nə oldu?"
"Alpay." Dedi. Səsi ağlamaqlı çıxmışdı "Bunlar, bu baş verənlər mənim üçün həddən artıq iləridi. Biz nəsə etməliyik." Bir müddət sadəcə maşının səsi eşidildi.
"Səncə ən yaxşısı nədir?"
"Bəlkə onları qabağımıza alıb danışaq? Bilirsən ki, ananın əməliyatı 2 ay sonradır və artıq onlar bizim evliliyimiz üçün hər şeyi hazırlayıblar, bir ay içində hər şeyi bitirnək istəyirlər. Mən bunu istəmirəm. Bilirəm, anan xoşbəxt olsun istəyirsən, lakin mən öz həyatımı da düşünərək hərəkət etməliyəm. "
"Yaxşı. Bəs nə vaxt?"
"Elə bu axşam. Onları topla, gəlim, öz fikirlərimizi bildirək." Telefonu söndürdü. Nə olursa olsun heç bir insana görə öz həyatını, xəyallarını fəda edəcək deyildi. Başqasının istəklərinə görə həyatını kifayət qədər qəlibə salmışdı. İndi isə o qəlibi qırıb içindən çıxmaq vaxtı idi.
***
"Bizimlə belə ciddi şəkildə danışmaq istədiyiniz məsələ nədir?" Alpayın atası səssizliyi pozdu. Alpay ilə Fəza buraya gəlməmişdən əvvəl bir neçə dəfə deyəcəklərini təkrar etmişdilər. İndi isə səssizlik gərginliyə səbəb olurdu. Gərginlik isə dillərini udmaqlarına.
İkisinin də qəlbi oldu idi. Yen ədə üz üzə danışmaq, zehinlərindəki senaryonu dilə tökmək asan deyildi.
"Bizim haqqımızda." Dedi Alpay.
"Necə yəni?" Fəzanın anası sözə atıldı bu dəfə. Fəza və Alpay bir birlərinə baxdılar.
"Biz düşünürük ki, siz hər şeyi çox tələsiyə gətirirsiniz."
"Tələsik? Elə olsa da hər şeyin ən yaxşısının olması üçün çalışacağıq. Siz narahat olmayın." Bu dəfə danışan Fəzanın atası idi.
"Buna heç şübhə yoxdur. Ancaq biz bundan bəhs etmirik. Biz düşünürük ki, evlilik üçün çox tezdir. Biz daha yeni üzük taxdıq və bizə vaxt lazımdır. "
"Fəza, qızım. Sən artık 2 ildən çoxdur ki, buradasan. Alpayı tanımaq üçün kifayət qədər vaxtın olmadı mı?" Alpayın atası təəccüblə danışdı.
"Burada yaşamışam, bəli. Ancaq bu daima Alpayla görüşmüşəm demək deyil. Ailəm ona güvənməyimi istədi deyə güvəndim. Ancaq burada olduğum müddətdə küçədə belə qarşılaşmamışıq. Sadəcə varlığından xəbərdar idim."
"Ailən sənə güvən dedi, indi də evlən deyir."
"Ancaq bu bizim həyatımızdır. Evlən dediyiniz üçün Fəza evlənməyə məcbur deyil. Bizə vaxt lazımdır. Bir birimizi tanımaq və anlamaq üçün. Xahiş edirik biz özümüzü hazır hiss edənə qədər bizim üstümüzə gəlməyin və ya bizi hər hansı bir şeyə məcbur etməyin. Biz azad fərdlər olaraq öz qərarlarımızı heç bir təzyiq olmadan verməliyik ki quracağımız ailənin təməli sağlam olsun." Hamı səssizliklə Fəza və Alpayın qərarını təstiqlədi. Bir daha onlarım həyatlarına qarışmayacaqlarına dair də söz verdilər .
Həm Alpay, həm də Fəza rahatladıqlarını hissetdilər. Bu oyunu oynamağı onlar seçmişdilər, bu oyunu özləri yaratmışdılar, öz iradlarını bildirdilər, öz qaydalarını da qoydular. İçdən içə sadəcə hər şeyin belə davam etməsini istədilər.
ŞİMDİ OKUDUĞUN
HERMES'İN UŞAQLARI [Bitdi]
FantasiaOyuna xoş gəldiniz. Qaydalar asandır. 1- qəbul et 2- oxu 3- tətbiq et Unutma ki tətbiq etməyəndə başına gələcəklərə oyun cavabdeh deyil. Oyunu qəbul edirsiz ? a)hə* b)yox Bizi seçdiyiniz üçün təşəkkürlər.