İkinci Mərhələ- Alma desəm çıx, armud desəm çıxma

98 23 19
                                    

 Salamlar təkrardan:)

Medya:  Until the Robbin Breaks- One way or another

Bu gün kitabımız bəzi kateqoriyalarda birincidir.

Detektif #1

Eşq #1

Kitablar #1

* * *



Yaxşı bir oyunun, son sözə ihtiyacı yoxdur. 

                                                                     -Shakespeare-

"İkinci mərhələ haqqında məlumat verilib?" Çay stəkanını fikirli şəkildə döndürdü barmaqları arasında. Başını sağa-sola yellədi. Oyunun oynandığı yeri ziyarət edəndən bəri həyatına qara bulud çökmüşdü sanki. Həyatını daha çox evməyə başlamışdı, ötə tərəfdən həyatını necə təhlükəyə atdığını, özünü mənasız bir oyun üçün necə xərclədiyini düşünürdü.

"2 həftə keçib. Hələ xəbər yoxdu. Alpaydan intihar hadisəsi barədə xəbər aldım. Yəni bacısı ölən qızdan. " Dərin bir nəfəs aldı və baxışlarını Məleykə ilə Canan arasında dolaşdırdı. "Oyundan polisə bəhs edib. Ancaq oyun barədə heç nə tapa bilməyiblər. Nə link göndərilən mesaj, nə zənglər, nə sayt."

"Sayt yoxa çıxıb?" Məleykə qollarını masanın üzərində birləşdirərək daha da yaxınlaşdı Fəzaya.

"Yoxa çıxmıyıb, girib baxdım. Ancaq polislər tapa bilmir."

"Sən aparıb göstərsən?" Çiyinlərini çəkdi.

"Oyuna daxil olan qızın bacısı intihar etdi. Mənim başıma nələr gələcək bilmək istəmirəm."

"Hə, deməsən yaxşıdı. "Canan Fəzanı təstiqlədi. "Həqiqətən ağlına gəlmir kiməsə nə isə etdiyin?"

"O kimə nə edə bilər ki? Savadsızın biridi." Fəza bu cümlə qarşısında gözlərini süzdürdü.

"Sənə də salam, Murad. Təşəkkürlər. Mən çox yaxşıyam. Sən necəsən.?"

"Biz duraq gedək. Dərsə gecikirik." Qızlar durub gedəndən sonra Murad Qarşıma oturdu.

"Sağol, mən də yaxşıyam, savadsız. Niyə bikefsən?" Hər zaman etdiyi hərəkəti təkrar etdi, çiyinlərini çəkdi.

"Bir oyuna qoşulmuşam. İndi də çıxa bilmirəm."

"Mavi balinaya qoşulmamısan ki?" masaya qoyduğu çayından bir udum aldı. "Sən dərsə girməyən biri deyildin. Səni dərsdən belə kənarlaşdırıbsa ciddi məsələdir, yəqin."

"Mavi balina deyil. Özümə zərər verməyimi tələb etmir. "

"Bəs nədir?" Fəza, oturduğu yerdə dikləşdi. 

"Bilmirəm. Hər oyunçunun öz oyunu var." Telefonuna gələn mesajla baxışlarını ekranda gəzdirdi. 

"Budur, ikinci oyun." Adın və hər hansı bir nömrənin  yazılı olmadığı mesaj qutusuna daxil oldu.

Yeni mesaj:

Oyun 10 dəqiqə içində başlayır. Bütün oyunçular hazır olsun.

 Mesaj qutusunu tərk etməsi ilə mesajın silinməsi bir oldu. 

"Bax. Geridə heç bir iz buraxmamağı yaxşı bacarır oyun sahibi."  Səssiz keçən 10 dəqiqə tamam olan kimi səssizə alınmış telefon titrəməyə başladı. Ekranında sadəcə açma düyməsi olan telefonu əlinə aldı və ayağa qalxdı. "Mən gedim qoşulum. Oyun bitsin görüşərik. "

HERMES'İN UŞAQLARI [Bitdi]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin