1~ "QƏFƏSİN İÇİNDƏKİ"

16 3 2
                                    

Hərkəsə salam. Mən Azərbaycanlıyam bu hekayəni türk dilində də yaza bilərdim ancaq Azərbaycan dilində başladığım üçün belə də davam etdirmək istədim. İnşAllah hərbiriniz üçün xoş olar.. Bu hekayə mənim ilk hekayəmdir.. Əgər səhvim olsa yorumlara yazmağı unutmayın....

           "Qəfəsin içindəki"

~Biri var imiş, biri yox imiş. Qəfəsin içində bir quş yaşayırmış. Bu quş dünyanın sadəcə buradan ibarət olduğunu zənn edirmiş... Bilmirmiş qəfəsin qapısının olduğunu... Oradan çıxa biləcəyini... Amma bəlkə də özünü aldadırmış "bilmirəm" deyərək bəlkə də çox yaxşı bilirmiş o qapının yolunu hətta nə qədər vaxtdır açıq olduğunu...
Bəlkə də qorxurmuş tanımadığı səhərin günəşindən, gecənin ayından,səmanin mavisindən, küləyin səsindən, dünyanın özündən... Sadəcə özünə aid olan bu dünyada qalmaq istəyirmiş bəlkə də... ~

"Niyə....deyərək başlayacam bugün...
Bu sualı özümə bəlkə də artıq milyonuncu dəfə idi verirdim.
Niyəəəə?
Niyə mən? Niyə sən? Niyə biz? Niyə həyat? Niyə Dünya? Niyə ya rəbbim?
Niyə qruplaşdırma? Niyə bir ayrımcılıq? Niyə ölüm? Niyə gəldim bu lənət yerə? Niyə yanınızda saxlamadınız məni təmiz ikən? Niyə qoydunuz gəlib görəm dünyanın bu çirkin üzünü? Niyə yaşattınız məni? Niyə öldürmədiniz məni?
Niyə məni bu 2 haqqın içində qoyursunuz? "Təmiz getmisiniz təmiz gəlin" deyirsiniz ya rəbbim bəs NİYƏ, NİYƏ bizə-bu aciz qullarına, sevgi deyə bir duyğu bəxş edirsiniz?Niyə mən sevgiyə nifrət etməliyəm?
Bilmirəm bəlkə də digər qulların bu hiss üçün sizə təşəkkür edirlər. Ancaq mən edə bilmirəm. O qədər böyük bir yükdür ki, hətta onu görməmiş, ona toxunmamış,onu belimə almamış bilirəm necə ağır olduğunu... Rəbbim mənə daşıya biləcəyim bir yük verin... Mən güclü deyiləm... Mən zəifəm həm də o qədər zəifəm ki, o qədər qorxağam ki ağlamaqdan da qorxuram... Göz yaşlarım içimə içimə axır. Ancaq orada yox olmur, daha da böyüyür... Sizdən yardım istəyirəm!!!
Siz demisiniz məndən yardım istəyin ki verim. .. İstəyirəm ya Rəbbim... Yardım et mənə vermə bu ağır yükü mənə.... "
Gözümdən düşən bu lənət yaşlar o qədər çox idi ki, bitmək tükənmək bilmirdi. Hirslə əlimi qaldırıb üzümü sildim...Səssizcə əlimdəki dəftərimi qatlayıb qoltuğumun arasına alıb, qaldığım otağa doğru iləriləməyə başladım.. İçimdə o qədər nifrət var idi ki mən bəlkə də sevgini, sevilməyi, sevməyi özümə yaraşdırmırdım...
Sözləri hələ də qulağımda idi...
"Əsnad, bilirsən bir kitabda nə oxumuşdum?" Duruşumu pozmayaraq başıaşağı halda...
"Nə? " demişdim
Üzümə, gözümə bir dəfə belə dəyməyən o gözlər ilk dəfə mən tərəfə dönmüşdü. Sanki gülümsədiyini bəlli etmək üçün kiçik bir səs tonuyla gülümsündü sonra isə " 'İnsanlar bir-birini seçmirlər. Çünki onlar bir-biriləri üçün yaradılır və həyat bir gün onları mütləq qarşılaşdıracaqdır'. Əvvəl bunları oxuyanda mənə o qədər də mənalı gəlmirdi amma indi düşünürəm, deyəsən düzdür çünki elə olmasa idi həyat bizi qarşılaşdırmazdı,elə deyil mi?"deyə soruşmuşdu ümid dolu olduğunu düşündüyüm gözlərlə mənə baxaraq sonra davam etdi "Bəlkə də sən də mənim qədərimsən?" Gözlərim dəhşətlə açılarkən dönmüşdü başım istər-istəz ümid dolu par-par parıldayan və düşündüyümdən daha gözəl olan gözlərinə. İlk dəfə gözüm gözünə dəymişdi və o qədər gözəl baxırdı ki... Allahım bağışla.. Məndən belə bir hərəkət gözləmədiyi onun üzündən də bəlli olmuşdu. Ümid dolu olan gözlərinin içinə biraz da heyrət qaçmışdı. Gözlərimi çəkmişdim, çantamı alıb eləcə, sadəcə qaçmağa çalışırdım..
Çünki bu sözlər mənim üçün çox idi.Çünki mən bu sözləri necə qazanmışdım bilmirdim. Və ən əsası mən o qədər sevgisizliyə alışmışdım ki sevgi deyilən bu hisdən çox qorxurdum. Onun yükünü qaldıra bilməməkdən onun altında əzilməkdən çox qorxurdum. Mən bu səhvə illər əvvəl bir dəfə düşmüşdüm və bunun bədəlini hələ də ödəyirəm. O gün özümə söz vermişdim bir də heç kimi sevməyəcəm bir də heç kimə bağlanmayacaqdım. Və heçkimin də məni sevməsinə məni tanımasına imkan verməyəcəkdim. O anlar yadıma düşdükcə dəli kimi olurdum... Yalvarışlarım, qışqırışmalar, "Getmə" deyərək hayqırışlarım... Mənim sevgimi,hislərimi,yalnızlığımı heçə sayaraq getmişdi.. Məni bir başıma qoyaraq getmişdi... Nəyə görə başqalarının anası öz uşaqları uğruna ölümə gedərkən mənim anam məni ölümə tərk etmişdi... Tək səbəb qaçdığı adamın məni istəməməsi idi? Bəs anam, bəs ana dediyim atamı itirdikdən sonra bütün sevgimlə ona bağlandığım tək dəstəyim məni heç mi sevmirdi? Sadəcə 7 yaşım var idi bu soyuq, kimsəsiz hər nöqtəsi kədərə boyanmış insanlar yurduna gələndə. 7 yaşımda bir anda böyümüşdüm. Hal-hazırda 17 yaşım var idi yəni tam olaraq 10 il idi ki bu yalnızlığı ruhuma ilik-ilik işləyən yerdə yaşayırdım ancaq nə bir sevənim, nə də sevdiyim biri var idi. Çünki bunu mən istəmişdim ya bir daha sevsəm yenə itirsəm deyə çox qorxurdum, hələ də qorxuram. Sonra o çıxdı qarşıma tanış oldum onunla, təskinliyi yalnız onunla Allahımla Rəbbimlə verdim özümə. Tək dayanağım o olmuşdu. Çünki yerini bilirdim,oradan getməyəcəyini də bilirdim. Onun məni tərk etməyəcəyini də bilirdim. Ona görə bu yalnızlığımı, kədərimi sevincimi hər anımı yalnız Allahla paylaşdım. Bu içində nə insanlar yaşayan dünyadan heç kim mənim dostum, sirdaşım ola bilməmişdi, sadəcə o çatmışdı imdadıma... Və mən ondan başqa birini də istəmirdim... Niyə dedin o sözləri Zeyd? Niyə toxundun dərinlərdə sakitcə, yalnız Allah üçün döyünən qəlbimə....
Düşünərək uzun,qaranlıq və səssiz koridorda yeriyirdim. Qabağıma internatın xadimələrindən olan Nərgiz xala çıxdı.
"Yenə harada idin? Biz sənin arxanca nə qədər vaxta kimi gəzəcəyik? Artıq böyümüsən böyük qız olmusan amma hələ də ağılsızlıq edirsən. Get tez otağına" deyərək üstümə hirsləndi.
Üzümə ona tərəf döndərmədən qarşıya baxaraq yoluma davam etdim.
Ağlım o qədər bulanıq idi ki nəin ki hirslənmək kimləsə danışmağa belə taqətim yox idi..
Və qarşıma sadəcə yalnız, hissiz, çürümüş hesab etdiyim illərimi keçirdiyim otaq çıxdı... O qədər açıb bağlamışdım ki artıq baxmadan uzadırdım dəstəyinə əlimi... Açdım qoxusu mənə sanki itirdiyim illərin hissini verən kədərli otağın qapısını... Və girdim, addımımı atar-atmaz gəldi nə qədər ildir təmir olunmadığı bilinən taxtaların qıcırtı səsi... Bu səs mənə əzab verirdi.. Bu səsə biraz daha səbir edə bilməyəcəyimi bilirdim ona görə addımlarımı tazləşdirdim tez girdim yorğanımın altına. Ah nə qədər çox istərdim bu yorğanın məni isitməsini xeyr mən xaricən üşümürdüm daxilən üşüyürdüm... Daxilən buz kəsmişdi içim... Daha çox özümə əziyyət verməmək üçün yumdum gözümü...Və həran ayılabiləcəyim bir yuxuya yumdum gözümü.. Üzr istəyirəm buna yuxu demək olmaz kabusa yumdum gözümü...

*QƏFƏS*-"Qurtuluş" Hikayelerin yaşadığı yer. Şimdi keşfedin