3~ "Dağdaki Hədəf"

7 0 0
                                    

"Dağdaki Hədəf"

~Quş bir seçim etməli imiş. Yoxsa öləcəkmiş bu tanımadığı bilmədiyi yerlərdə yalnız başına... Ya atacaqmış özünü fırtınanın qollarına sürüklənib gedəcəkmiş küləklə birlikdə ya da tutunacaqmış qonduğu budağa gözləyəcəkmiş dinməsini fırtınanın.Sonra quş bir səs eşidib. Başını qaldırıb göy üzünə baxıb bu bir göyərçin imiş...Göyərçin o qədər gözəl imiş ki quş onu görəndə ona heyran qalıb.Yalnızca gözəlliyi deyil qarşısındaki fırtınaya baxmayaraq azad və güclü qanad çırpışı da heyran qoyub Quşu Göyərçinə"Ey quş nə edirsən burada ölmək fikrin var yoxsa? Gəl mənimlə gedək, bax mən o qarşıdaki dağa gedirəm, orada yaşayıram" deyib qarşıdaki dağı göstərdi Quşa. Quş qarşıya baxıb indi görüb özündən çox uzaqlarda olan dağı..."Necə də gözəldir"deyib istəmsizcə. Özünə heyrət edib, 3 gündür burada imiş amma o dağı görməyibmiş. O dağa getmək istəyirmiş çünki Göyərçin orada yaşayırmış amma qorxub çünki dağa gedən yolda görmədiklərini tanımadıqlarını, çətinlikləri görüb.Ora getmək üçün açmalıymış qanadlarını, tanımalıymış günəşi, süzülməliymiş səmanın dərin mavisində və ən əsası tərk etməli imiş öz dünyasını... Bəs quş edəcəkdi mi bunları, edə biləcəkdi mi?~
Q

olum hələ də əlində idi. "Qolumu bıraxa biərsən?" dedim sakitcə. "Mən də səninlə danışmağa maraqlı deyiləm, amma sənə deməli sözüm var" dedi. Nə idi ki maraqlı gəlmişdi? "Zeyd" dedi eyni zamanda əlini qolumdan çəkərkən "Sənə zəng vurub açmamısan, mənə yazdı və əgər dünən dediklərimə görə belə edirsə etməsin dedi, unutsun dedi." Unudum. Niyə pis hiss etmişdim ki halbuki işimi asanlaşdırmışdı Zeyd. Amma nədənsə içimə pis gəlmişdi bu sözlər, 'unutsun' unudum, hə? Anlamsızdır, yazılmış məktub deyildi ki cıram ya da çəkilmiş bir video deyildi ki siləm, yaşanmış bir an idi. Həm də heç unuda bilməyəcəyim cinsdən... İçimdən bəsmələ çəkərək şeytana uyma Əsnad dedim özümə yaxşı onda heç nə olmamış kimi davranacaqdım çünki o məndən uzaq durmalı idi. Bunun ən asan yolu da elə bu idi heçnə olmamış kimi davranıb onu görməzdən gəlmək beləliklə məndən soyuyardı bilirdim bunun nə qədər sinir bozucu olduğunu amma şərtlər də var idi işin daxilində o ailəsi olan ən azından xoşbəxtəm deyə biləcəyi anlara sahib bir insan idi normal yaşamı var idi mənimsə nə keçmişim nə də gələcəyim parlaq di hamısı bulanıq və qarmaqarışıq idi... Onu bu həyata özümlə bərabər sürükləyə bilməzdim... Düşüncələrimdən ayrılıb heç nə demədən uzaqlaşdım Röyanın yanından. Arxamdan gəldiyini bilirdim kaş ki mənim üçün gəlsə idi məni təsəlli etsə idi ehtiyacım var idi çünki. Amma sadəcə eyni məktəbə getdiyimiz üçün gəlirdi arxamdan bəli Zeyd Röya və mən eyni sinifdə edik. Bu məktəbə imtahan verib daxil olmuşduq və yetimxandan bir Röya bir də mən gedirdik ora... Zeyd mənimlə əlaqə yarada bilməyəndə Röyaya yazmışdı, halbuki bilirdilər aramızın o qədər də yaxşı olmadığını. Əgər Zeyd Röyanı buna deməyə razı salmışdısa demək ki çox zəng vurmuşdu!... Həqiqəqətn mənim telefonum harada idi? Çantamı əlimə alıb içinə baxdım, orada idi, əlimə alıb açdım 28 cavablanmamış zəng, 25 mesaj var idi. Telefona şok içində baxdım sadəcə 1 zəng iş yerimdən idi. Qalan bütün zəng və mesajlar Zeyddən idi. Dayanmadan mesajlara girdim, 19 mesaj dünən 6 mesaj isə bugün atılmışdı dünən atılan mesajların çoxunda üzr istəyib yaxşı olub olmadəğımı soruşmuşdu bugünkü mesajlarına baxdım

25 yeni mesaj
...
"Əsnad bağışla" 4:56

"Xahiş edirəm mənə qırılma" 4:57

"Səhv etdim, Allah bəlamı versin unut getsin hər şeyi" 5:10

"Əsnad artıq 16 saat 32 dəqiqədir telefonuna nə mesaj nə də zəng çatmır xahiş edirəm cavab ver artıq narahat oluram" 5:26

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jun 29, 2021 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

*QƏFƏS*-"Qurtuluş" Hikayelerin yaşadığı yer. Şimdi keşfedin