+99451*******: Hələ də inana bilmirəm.
+99451*******: Birincisi sənə belə bir mesaj ata bildiyimə, ikincisi isə sənin o qızla sevgili olduğuna.
+99451*******: Həmişə belə olmur mu zatən? Sən ona aşiq olursan, o isə bir başqasına.
+99451*******: Çox istəyərdim o qız mən olum, amma, alınmadı. Bəlkə də bu qədər utancaq olmasaydım, indi hər şey bambaşqa olardı.
+99451*******: Yox əşi... Olmazdı. Sən hələ əvvəldən ona aşiq imişsən. Mən axmaq anlamamışam.
+99451*******: Bilirəm, indi mesajları oxuyacaqsan və bu xoşagəlməzdir. Axı dünyanın ən mənasız şeyidir sevdiyimin sevgilisi olduğunu bilə-bilə ona belə sevgi etirafı yazmağım.
+99451*******: Neyləmək olar? Daha on dəqiqə əvvəl sevdiyinin sənə "hə" dediyini öyrəndim. Lakin mən sənə yazma qərarı alanda sevgilin olduğunu bilmirdim. Daha onca, lənət olası onca dəqiqə öncə öyrəndim. Ziyanı yoxdur. Yox, kimi aldadıram ki, ziyanı çoxdur, amma, sənin vecinə olmamalıdır bu. Olmasın da. Axı sevdiyin varsa, mən niyə vecinə olum ki?
+99451*******: Nəysə, nəysə... Üzrlü say məni, bir də narahat etməyəcəm səni. Sadəcə günlər sonra cəsarətimi toplayıb yazma qərarı almışkən, bu qərarın boşa getməsinə könlüm əl vermədi. Heç olmasa həyatımda bir dəfə belə olsun özüm üçün nəsə etmək istədim. Sənə və sevgilinə gözəl günlər arzu edirəm. Ümid edirəm ki, xoşbəxt olarsınız, Tunar.
(Görüldü)
Tunar: Salam. Kimdir?
📌 Salam, millət. Mən greenofolive, qısaca anonim bir yazaram. Bu kitab isə mənim ilk texting kitabımdır. Ümid edirəm ki, bəyənərsiniz. Orfoqrafik səhvlərim varsa, üzrlü sayın və düzəltməkdən çəkinməyin. Şərhlərinizi gözləyəcəm. Xoş günlər arzu edirəm.
📌 Medya: Tunar.
ŞİMDİ OKUDUĞUN
ALAGÖZ | Texting
Teen Fiction+99451*******: Nəysə, nəysə... Üzrlü say məni, bir də narahat etməyəcəm səni. Sadəcə günlər sonra cəsarətimi toplayıb yazma qərarı almışkən, bu qərarın boşa getməsinə könlüm əl vermədi. Heç olmasa həyatımda bir dəfə belə olsun özüm üçün nəsə etmək i...