06

84 15 17
                                    

Tunar: Hallo! Wie geht es dir? :)

Tunar: Sən soruşmadan mən deyim.

Tunar: Almanca Salam! Necəsən? yazmışam.

Tunar: Üzrlü say, iki gündür vaxt tapıb yaza bilmirdim sənə. Açığı sən də heç yazmamısan mənə :(

Alagöz: Salam. Necəsən? 

Alagöz: Açığı hələ də danışmağımız mənə qəribə gəlir. Buna görə də yazacaq səbəb tapmadım. Həm də düşündüm ki həkim insansan, yazıb narahat etməyim.

Tunar: Nə narahatı? Xoşdur mənə :) 

Tunar: Bu arada yaxşıyam, bəs sən necəsən?

Alagöz: Belə də.

Tunar: Niyə belə də?

Alagöz: Nəm...

Tunar: Məncə türklər demişkən dökül :)

Alagöz: yazır...

Alagöz: online.

Alagöz: yazır...

Alagöz: Bufetdə oturmuşam.

Tunar: İki saatdır bunu mu yazırsan ciddən?

Tunar: Məncə yazıb sildiklərini yenidən yaz və göndər.

Alagöz: Bu əmrdir?

Tunar: Bu ricadır.

Alagöz: Hmmmm, amma, heç də rica edirmişcəsinə görünmür yazdığın cümlələr.

Tunar: *özünütualetkağızıiləasanqurbağakermit*gif*

Alagöz: Bu nədi hahahahahahaha

Tunar: Tualet kağızı ilə özünü asan qurbağa Kermit

Alagöz: Ayda hahahahaha

Tunar: Bilsəydim öncədən atardım :D

Alagöz: Babat güldüm, Tunar. Allah səni güldürsün hshsjskaks

Tunar: Amin! Bu sıralar buna ehtiyacım var.

Alagöz: Hmmm, özəl deyilsə niyə? Bir problem yoxdur ki?

Tunar: Yox əşşi :) Boş-boş şeylərdir. İmtahanlar, nöbətlər və sairə...

Alagöz: Anladım... 

Tunar: Məni boş ver, sən danış. Bayaq qurbağa gif'i araya girdi deyə söhbət qarışdı. 

Tunar: İndi isə dökül :)

Alagöz: Eh...

Tunar: Necə yəni eh?

Alagöz: Bilmirəm, Tunar. Nə deyim? Necə başlayım? Deyim mi? Özümü egoist qonşu uşağı kimi hissedirəm.

Tunar: O niyə?

Alagöz: Nə bilim. Məyusluğum mənə uşaqca gəlir, amma, bununla üzləşə bilmirəm. Məyus olmamaq, fikir verməmək istəyirəm, amma, olmur. Olmadıqca da məyus oluram. Məyus olduqca da düşünürəm ki uşaqca reaksiya verirəm. Sevgi alınmırsa alınmır, dünyanın sonu deyil fikrimcə. İndi isə dünyanın sonu gəlmiş kimi hüzünlü hiss edirəm. 

Tunar: Davam et :)

Alagöz: Bilirsən, sənin dediklərindən sonra düşündüm. Gecə yatmamışdan əvvəl özümü toparladım, dedim ki niyə görə məyus olursan axı? Sevgisi alınmayan təkcə sən deyilsən. Həyatdır, sevdiyin səni sevmir deyə dünyanın sonu deyil. 

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Nov 02, 2021 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

ALAGÖZ | TextingHikayelerin yaşadığı yer. Şimdi keşfedin