04

80 14 8
                                    

+99451*******: Xoş sözləriniz üçün sağolun, amma, çətin bizim ulduzumuz eyni səmada parıldasın. Mən bu söhbətə olan inancımı itirmişəm. Cəsarətimi toplayıb mesaj yazmaq işini belə alındıra bilmədim. Ümumən əsas mövzu sevgi olanda mənimki gətirmir. Nəysə... Sizi yetərincə yormuşam öz mənasız və qarşılıqsız eşq mövzum ilə... Sağolun. Həm anlayışınız, həm də dəyərli sözləriniz üçün.

(Görüldü)

Tunar: yazır...

Tunar: yazır...

Tunar: yazır...

Tunar: Yox, qətiyyən belə düşünməyin. Nə mənasızı, nə yorması? İnanın ki mənə xoş oldu. Düzü, həqiqətən də istəyərdim ki, mənə yox, ona yazasınız. Lakin bir yandan da belə düşünün. Sizin kimi incə düşüncəli (yəni mesajlarınızdan, seçtiyiniz sözlərdən və dəfələrlə üzrxahlığınızı dilə gətirməyinizdən anladım) bir xanımın ona yazmağı etik olmazdı. Nəticədə sevgili olan bir insandan bəhs edirik. Bəlkə də qoruyucu mələkləriniz səhvən belə bir səhvə yaxud da xətaya/bəlaya düşməkdən sizi xilas edib.

+99451*******: Çox pozitivsiniz )) Bunu necə bacarırsınız?

Tunar: Çox sağolun. Tibb dünyasının bəxş etdiyi bir bacarıqdır bu :) Qarşılaşdığımız çarəsiz xəstəliklərə düçar olan yaxud da gecə-gündüz sevdiklərinin sağalması üçün dua edən insanları gördükcə insan darıxdığı şeylərdən ötəri xəcalət çəkir :)

+99451*******: Düzdür, amma, fikrimcə heç kimin acısı xəfif qəbul olunmamalıdır. İnsanlar fərqlidir və onların acıları da fərqlidir ))

Tunar: Əlbəttə, amma, hər haldaki dünyanın sonu deyil? Sevinin ki belə duyğulara sahibsiniz və başınıza keçib gedə biləcək belə bir hadisə gəlib.

+99451*******: Keçib gedə biləcək mi? Hər gün oturduğum masanın tam qarşısındaki masada oturan və hər zaman həsrətlə izlədiyim bir insanın artıq əlçatmaz olduğu reallığı ilə üzləşmişəm mən. Ən azından bir zamanlar mənim belə olmasa orada olduğunu bilirdim. İndi isə həm mənim deyil, həm də orada bir başqası ilə oturacaq. Yəqin heç belə bir ağrı ilə qarşı-qarşıya gəlməmisiniz. Ona görə danışmaq belə asan gəlir.

Tunar: yazır...

Tunar: yazır...

Tunar: yazır...

Tunar: Məni qınamayın. İnanın mənə, əgər siz onkoloji şöbəyə daxil olsaydınız heç də belə düşünməzdiniz. Tələbə olduğum vaxtlarda onkologiya dərsinə girmişdim və gözlərimin qabağında dünyası başına yıxılan bir qız gördüm. Anasının analizlərini həkimə verib həvəslə gözləyən bir qız idi. Tam beş dəqiqə gözlədi. Beş dəqiqə onun üçün beş il oldu bəlkə də. Bir ümidlə gözlədi, gözlədi... Sonra həkim ona çevrildi və dedi ki, "Çarə yoxdur." Qız əmin olmaq adına "Heç?" dedi, həkim isə "Heç." dedi. Sonda bilirsiniz nə oldu? Qız, bədəni titrərkən, "Nə qədər ömrü qalıb anamın?" deyə sual verdi.

Tunar: Ruhu, cismi, xatirələri, uşaqlığı vəziyyətin ağırlığı altında əzilərkən belə bir ümid axtarırdı. Həkim qıza, "Altı ay." deyəndə qız səsi titrəyə-titrəyə və gözlərindən yaşlar axa-axa "Altı ay?" dedi. O anı heç vaxt unuda bilmirəm. O çarəsizliyi, o göz yaşlarını. O qız bəlkə də anası ilə bir ya da uzağı iki il artıq vaxt keçirmək üçün nələrini verərdi...

Tunar: Sizinlə razıyam. Heç kimin acısı xəfif qəbul olunmamalıdır, amma, yenə də daha böyük acılarla sınanmadığımız üçün şükür etməli və yolumuza davam etməliyik. Bəlkə də o qız elə vəziyyətdə olmaqdansa sizin olduğunuz vəziyyətdə olmağı diləyərdi, amma, siz heç vaxt onun olduğu vəziyyətdə olmağı diləməzsiniz. Düzdür ya  yox? :) 

(Görüldü)

(Görüldü)

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
ALAGÖZ | TextingHikayelerin yaşadığı yer. Şimdi keşfedin