Tunar: Salam. Kimdir?
+99451*******: yazır...
+99451*******: Cavab vereceyini düşünmürdüm ))
Tunar: İnanın sizi tanımıram. Kimsiniz? Adımı hardan bilirsiniz?
+99451*******: yazır...
Tunar: Yəqin ki səhv düşmüsünüz?
+99451*******: Zarafat edirsən? Səni tanımamaq mümkündür mü? ))
Tunar: Niyə olmasın ki? Dünyaca məşhuram mənim xəbərim yoxdur?
+99451*******: Dünyanın yox, amma, universitetin ən məşhur tələbələrindənsən ))
Tunar: Universitet mi?
Tunar: Nədən bəhs etdiyiniz haqqında ən kiçik fikrim belə yoxdur! Nə universitet? Nə məşhur tələbə?
Tunar: Elgün, sənsən?
Tunar: Bax, yenə o gerizəkalılarla yığışıb məni trollamaq istəyirsinizsə, bu fikirdən yayının!
Tunar: Ala heç gülməli deyil, həm də heç!
Tunar: Özü də bu gün! Bu gün heç gülməli deyil!
+99451*******: Elgün? Elgün kimdir?
+99451*******: Sənin çevrəndə Elgün deyə biri yoxdur axı, yəni bildiyim qədəri ilə.
Tunar: Zarafat edirsiniz?
+99451*******: Zarafat edənə oxşayıram?
Tunar: Xanım, siz səhv düşmüsünüz. Mən siz deyən o şəxs deyiləm.
+99451*******: Mümkün deyil...
Tunar: Necə yəni mümkün deyil?
+99451*******: Nömrəni ikimizin də dostu olan ortaq bir insandan almışam çünki.
Tunar: Kimdir o?
+99451*******: Bu, məxfi bir məlumatdır ))
+99451*******: yazır...
+99451*******: yazır...
+99451*******: yazır...
+99451*******: Nəysə, nə. Zatən məni başa düşməyini gözləmirəm ya da sənə kim olduğumu deməyə çalışmıram. Sadəcə sənə bol səadət arzulamaq və təbii ki içimdəki hüznü də paylaşmaq istədim. Zatən anlıq gələn bir duyğusallıqdan, təəssüf hissi və mental çöküşdən ötəri yazmışdım. Yəni, çox da önəmli deyil mənim kimliyim və niyyətim.
Tunar: Xanım, qurban sizə. Mən dediyiniz o şəxs deyiləm.
+99451*******: yazır...
+99451*******: yazır...
+99451*******: yazır...
+99451*******: Necə də kütbeyinəm. İndi başa düşdüm məsələni. Yəqin ki sevgilinə görə belə edirsən. Üzrlü say, heç işin bu yanını düşünmədim. Məqsədim pis deyildi. Səhv anlaşılmaq istəmərəm heç vaxt...
Tunar: Dəli olacam.
Tunar: Yox, yox. Niyə mən dəli olum ki?
Tunar: 100% kimsə mənimlə məzələnir.
Tunar: Mən bilirəm nə edəcəm.
(Tunar offline)
+99451*******: Nəysə, gecən xeyrə qalsın.
+99451*******: Sadəcə, daima xoşbəxt olmanı istəyirəm, Tunar Axundov.
+99451*******: Çünkü sənin üçün səndən istəyə biləcəyim yeganə şey budur.
(+99451******* bloklandı)
📌 Salam. Ümid edirəm ki bəyənərsiniz. Şərhlərinizi gözləyəcəm. Xoş günlər arzu edirəm.
ŞİMDİ OKUDUĞUN
ALAGÖZ | Texting
Teen Fiction+99451*******: Nəysə, nəysə... Üzrlü say məni, bir də narahat etməyəcəm səni. Sadəcə günlər sonra cəsarətimi toplayıb yazma qərarı almışkən, bu qərarın boşa getməsinə könlüm əl vermədi. Heç olmasa həyatımda bir dəfə belə olsun özüm üçün nəsə etmək i...