Xan-proloq

105 13 20
                                    


Salamlar hərkəsə.


_________
$

2014 cü il    Kanada

     7 il bundan qabaq

Dairəvi masanın üzərindəki kristala bənzər külqabı yerlə bütünləşərək,minlərlə gözəgörünməz parçaya ayrıldı.

O parçaların hər birindən yalnız bir duyğu ayaga qalxdı.
Sadəcə 6 hərflə var olan bu hiss, illərlə bağlı qaldığı otaqdan çıxmağın sevincini yaşadı.

NİFRƏT. Sanki bu anı gözləyirmişcəsinə ay işığının aydınlatdığı qaranlıq otaqda çırpınaraq qanad çalmağa başladı.

1 qanad, 2 qanad, 3 qanad, 4 qanad, 5 qanad, 6 qanad.Ancaq 7-ci qanad gəlmədi.

4 dəqiqə qabaq aldığı xəbər iliklərinə qadər girib bədəni ilə birlikdə ruhunuda sarsıtmışdı.
Bunun yalan olduğuna nə qədər inanmaq istəsədə bacara bilmədi.Düşündü,düşündü bu 4 dəqiqəni yox etmək istədi.

Ancaq 4 dəqiqə 4 ömrə bərabər olub, ömrünə ağ ləkə kimi çökdü.

Gözlərini açdı gözlərini yumdu,qaranlıq bataqlığın içinə çəkildi. Xilas ola bilməyəcəyinə o qədər inanmışdı ki,kirpiklərinə qonan işıq zümrələrini hiss edə bilmədi.

"BİRBAŞA"

"ÖLKƏ BAŞÇISI PREZİDENT İLHAM ƏLİYEV 4  SAAT  SONRA    ŞƏXSƏN HADİSƏ YERİNƏ GƏLMİŞDİR. QEYD EDƏK Kİ HADİSƏ İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILMIŞDIR.HAL HAZIRDA OĞRULARIN ŞƏXSİYYƏTLƏRİ AYDINLAŞDIRILIR.ÜMİD EDİRİK Kİ "Qəlb Yuxusu" TEZLİK——

Otaqda Televizorun səsi kəsildi.Ölkə bu xəbərlə dalğalanırdı.Haqsızda deyildi.

  Şəhərimizin ən qorunaqlı yerindən insanlıq üçün çox vacib bir şərab oğurlanmışdı. "Qəlb Yuxusu".

Adından belə maraq oyadan bir içki.

Bunun Azərbaycanda olması da bir başqa mövzu idi.Birazda gülünc.

Ömrü tükənmiş bir insana hədiyyə olunacaq ikinci bir həyat.
Beləki bir insan bu şərabı dadsa bütün dərdləri  puç olar və ürək  bir neçə saatlıq hərəkətini dayandırar , yuxuya gedər ta ki yeni həyatında döyünənə kimi.

Kreslodan büdrəyərək qalxıb, tavandan yerədək olan balkona yaxınlaşdı.Hava isti olsada titrədiyini hiss etdi.

Yavaş-yavaş aydınlanmağa başlayan səmanı izlədi bir müddət.

Özünü göstərməkdən çəkinməyən günəş xanım, səmanıda al qana boyamaqdan çəkinmədi.

Sanki hər tərəf onun tel-tel olan şölələrinin altında qərq olurdu.
Xəfif  külək  ağ,dalğalı  saçları ilə oynayırdı. O isə, görməsədə  alovlar içində yanan səmanı izləyirdi.

Qutudan çıxardığı siqareti qalın, solğun dodaqlarının arasına yerləşdirərək kibritlə alovlandırdı.

Siqaretin dumanı məhv olmuş həyatını biraz da məhv edirdi.
Dirsəklərini, belini söykədiyi soyuq  dəmir  kənarına qoydu.

Boz gözlərini, içində var olan qaranlığa yumdu.

Bir ümidlə o qaranlıqda işıq zümrəsi axtardı. İşıq zümrəsinin onu gözlədiyindən xəbərsiz  ola-ola.

.Yarımçıq şərab şişəsi kimi.

🍷

Yayınlanma tarixi:
01.11.2021

KasetHikayelerin yaşadığı yer. Şimdi keşfedin