4 bölüm.-Zoğal Tarlası

8 4 0
                                    


Salamlar hərkəsə biraz gec olsada....;
⭐️

🤍

________________________
🎶
Arash-temptation.
Bruno mars- locked out of heaven.
Rüzgar-yenə gedirəm
_____________________

📼

Xış,xış,xış
Sahildən keçən görünməz zaman qatarının səsi.
Oyandırdı yuxudan dənizi.
Ah,bu xain zaman yenə,
Başladı deyə, dalğa-dalğa dalğalandı.


3 həftə sonra.
Maşınların gurultusu,insanlarla dolu izdihamlı yollar,uşaq ağlaşmaları,səs-küy.
Tək kəlimə ilə qarmaqarışıqlıq.

Ev yolunda qarşılaşdığım şeylər.

Doğrusu bu 7 gündə yeni bir fərqlilik gözləmirdim.
Yenə də olduğum bu andan heçdə narazı deyiləm.
9 mərtəbəli binanın yanından keçib,aşağı yola enən qırıq pilləkanla düşdüm.

Binalar tərəfdə çox insan olmurdu,yəni sakit məhlə deyərdim.Ən əsası top döyən uşaqlar yox idi,yenədə uşaqlar vardı.Bəzilərinin hal-hərəkətləri gülməli olurdu hətta.

"Mamaaaa" məsələn az qala yıxılıb,yerə üzünün şəkili çıxacaq,ayağım boyda olan bəbə.Nə isə ki özünü tarazılamağı bacardı.
Yıxılmadı.

Yıxılsaydı gülərdim.O da ağlayardı,məndə daha çox gülərdim.

Sarmaşıqlı hündür divarın yanı ilə irəliləyib 2 qatlı evin qarşısında dayandım.Dəri gödəkcəmin cibindən telefonumu çıxarıb,dolub daşan fikirlərimi sakitləşdirmək əvəzinə
dahada coşduran mahnını söndürdüm.

Başımı qaldırdım,eyni ilə üzümdə qürurlu gülümsəmə öz yerini aldı.
Qürurlanmışdım,buna heç nə və  heç kim qarışa bilməyəcək.
Doğru bir həyata sahib olmaq istəyirdim.
Ən azından bu düşüncə içərisində çabalamaq,sıradan yaşamın içində fırlanmaq xəyalından həzz almaq istəyirdi bu bədənim.

Lakin və lakin televizorda reklamsız film izləmək kimi görünürdü bu xəyalım.

Vəə qarşılayın evim deyə biləcəyim bir ev.
Sadəcə mənə aid.
Məndən və ailəmdən izlər daşıyacaq canlı xatirə dəftəri.
Xatirə demişkən bu möhtəşəm evin adını Xatirə qoydum.
Haradanmı gəldi bu inanılmaz fikir? Tam bu saniyələr ərzində təşrif buyurdu.

Nə dediyinizi eşidə bilirəm,çox möhtəşəm bir varlıqla     qarşı-qarşıya gətirirəm sizi.

Evin arxa tərəfi sayılan qapıda içəri doğru irəlilədim.
Burada yaşıllıq cənnəti salınmışdı.Geniş həyəti ovucuna almış xırda yaşıl otlara göz gəzdirdim qısaca.Hətta biraz uzanmışa da oxşayırlar.
Deyəsən evə otyeyən almalıyam.(Cövhərin qulağından iraq).

Evim gözəl evim.

Otları əzmədən barmaq ucumda yeriyərək,iki pilləli daşın üzərinə çıxıb evimin içərisinə girdim.Çantamı və gödəkcəmi çıxarıb,geniş pəncərənin yanındakı tək stula atdım.İnanırsız çox təmizkaram yuyulmamış qabları üst-üstə yığmışdım.

Ayaqyoluna girib işığı açdım.
Uzanmağa üz tutmuş kəkillərimi gözümün qabağından çəkib,qulağımın arxasına sıxışdırdım.Uzanmışdılar.
Əslində kəsdirib kəsdirməmək arasında qalmışdım.
Sonra da çox elə fikir vermədim.Düzünə buraxdım.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: May 05, 2023 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

KasetHikayelerin yaşadığı yer. Şimdi keşfedin