1 bölüm.-SARAY

64 10 36
                                    

Salamlar hərkəsə. Sadəcə ....

⭐️


Instagram -

  🎶
    Akif  İslamzadə~ötən günlərimi   qaytaraydılar.

    The phantom of the  opera~prague cello quartet.

ÖTƏN   GÜNLƏR.  
📼

_______________________
{Ömrümü,günümü dərd eyləsəydim,
Ömrümü,günümü dərman verərdim.}

____________


_$_

Həyatımızın bizdən asılı olmadan,başqalarının qətran qarası düşüncələri tərəfindən idarə olunmasına,dolu gözlərlə yol kənarında sənə görə olan münaqişəni izləmək məcburiyyətində qalan uşaq kimi səssiz qalardıq.

Bəlkədə başımıza gələn hər şeyi qaranlığın belə yetə bilmədiyi yerdə - qəlbimizdə, artıq qəbullanmışdıq.

4 simdən ibarət olan alətin 5-ci simə ehtiyacı olmaması,həyatın bizə "yerini bil" demək şəkli idi.

5-ci sim olsaq belə ilk toxunuşda, qamçı ədası ilə düşdüyü yeri yandıraraq tutunduğumuz yerdən düşərdik.

Və kimsəsizlik qarşı yoldan gülümsəyərək əlini sallayar.

Ya əlini qaldırıb sallayacağdın, ya aşağı endirərək yumruq edib sıxacaqdın, yada ki işıq dirəyinin altından ,ağ zolaqların üzərindən addımlayaraq  qarşı yola keçəcəkdin.

_____

.$.

   Sonuncu yeşiyin ağzını diqqətlə bağlayıb,dərin bir nəfəs alaraq ayağa qalxdım.Hava üşütməyəcək qədər isti idi.

Ara-bir sərin meh bədənimi ətrafına alır və halqalar halında üzərimdən keçib gedirdi.
Çolkalarım küləyin qabarlı əlləri ilə etdiyi rəqs dəvətinə həyəcanla qarşılıq verirdi.

  Gözəl  avqust  axşamları  deyə      keçdi  içimdən.
İsti.
  Buz  bağlamağa  hazır düşüncələrimdən,hətta  tanrının mənə  zorla  hədiyyə  etdiyi həyatdan  qat-qat gözəl.
İpisti.

   Yorğun və qızarmış gözlərim qabağımdakı mənzərəyə çevrildi.
  Batmağa hazırlaşan günəşin qaynar qırmızı rəngli şüaları, talan etmək istərcəsinə üzümün hər tərəfinə yayılmışdılar.

Ən azından bədənim üşümürdü.
Üşüsədə heçnə olmazdı.

Vərdiş halını almış hərəkəti edib,
əlimi boğazıma ataraq sepimi ovucumda sıxdım.Keçmişdən  qalan  tək  yadigar. Bu kəliməyə belə çatmayacaq qədər uzağam.

  Bu gün işimin sonuncu günü idi.
Həm sevinir,həm də biraz pis     olurdum.İstər istəməz bura-
Gəncəyə öyrəşmişdim.

  Sıra ilə yaşıl otların arasında,tək cərgə halında düzülmüş və sarı rəngə boyanmış arı yeşiklərinə baxdım.

Böcək,qanadlı böcəklər.         Yenədə sevilirsiz .🐝

Sahədən uzaqlaşıb barmaqlarıma mum kimi yapışan qırmızı əlcəkləri çıxarıb,yanına yaxınlaşdığım çürük,uzun stolun üzərinə atdım.

Əllərimi belimin hər iki yanına qoyub dərin nəfəs aldım.Gözlərimi bir neçə dəfə
Açdım.
Yumdum.
Açdım.
Yumdum.
Bu 4 dəfə təkrar olundu.

KasetHikayelerin yaşadığı yer. Şimdi keşfedin