7-ci bölüm

37 5 7
                                    

Bəzən ayrılıqlar iki insana güc verir. Unutmaki bu ayrılıq əslində həyatın sənə oynadığı bir oyundu.

Bəzi insanlar bir yerdə çıxdıqları yolda, məcbur ayrılmalı olurlar. Onların ayrılmalarının səbəbi isə həyat oyunlarıdı. Və yenədə həyat mənimlə oynayırdı. Tamda hər şey düzəlmişkən məni Aqildən ayırırdı həyat.

-Indi biz ayrılacayıq?
-Hə. Təəsüfki elədi.
-Axı biz ayrıla bilmərik Elnarə xala. Biz  dos deyil qardaşıq. Mən heç vaxt Aqildən ayrıla bilmərəm.
O anda Aqildə söhbətə daxil oldu.
-Etibar  bir şey olmaz. Biz əbədi ayrılmayacayıqki, sadəcə başqa məktəblərdə oxuyacayıq.
-Amma bir birimizdən uzaq olacayıq. Mən səndən necêayrı qala bilərəm?
-Bilərsən. Elə bilirsən mən sevinirəm? Yox məndə səndən ayrılacağım üçün pis oluram. Amma biz buna məcburuq. Ikimizdə bir birimizə söz vermişik. Ikimizdə oxuyacayıq.  Buna görədə güclü  durmalıyıq. Naraha olma! Biz onsuzda yay tətillərində görüşəcəyik.
-Sənin üçün çox darıxacam.
-Məndə sənin üçün.

O an Aqillə bir birimizi elə bərk qucaqladıqki, sanki ömürlük ayrılırdıq. Ax həyat bu nə oyundu çıxardın başıma . Axı niyə? Niyə məni Aqildən ayırırsan? Hə niyə.

Mən hələ ayrılıx başlamadan yıxılmışdım. Aqil isə dimdik ayaxda durmağı bacarırdı. Məndə onun kimi olmaq istəyirdim.Amma ola bilmirdim. Bir onu bilirdimki, bu ayrılıx məni çox pis sarsacağ.

Ancaq bir birimizə verdiyimiz sözün üstündə durmalıydım. Və duracaqdımda . Son dəfə bir birimizi qucaqladıq. Elnarə xala Aqili kallejə aparacaqdı. Daha sonrada ikimiz yola çıxacaqdıq.

Aqillə Elnarə xala avtamabilə əyləşdilər. Aqil son dəfə 3 il əvvəl gəldiyi bu uşaq evinə son dəfə baxdı. Sanki  onun gözlərimdə evini tərk edirmişkimi bir hos var idi.

Və onlar qapılardan çıxdılar. Artıq ikimizdə həyatımızı xilas etmək üçün canla başla çalışacaqdıq. Elnarə xala gələnə qədər, Miranə xalayla vidalaşmağa getdim.

Qapıya çatdığımda bəlkədə bu qapını son dəfə döyəcəyimkimi bir his keçdi içimdən. Dərin nəfəs aldım. Və qapını döyüb içəri keçdim.

-Deməli çoxdan hazırlanmısan?
-Hə.
-Bəs Aqil hanı?
-Elnarə xala onu məktəbə qoymağa getdi. Sonrada gəlib məni alacaq. Və məndə gedəcəm.
-Deməli gedirsən hə Etibar? . Sənin ilk gəldiyin gün yadımdadı. Aysellə birlikdə həyatınızın ən acı günüydü. Həyat sizə küsmüşdü. Amma indi ikinizdə o qaranlıq labirintin içindən çıxmağı bacardız.
-Hələ tam bacarmamışıq. Amma  bizim yolumuzu aydınladacaq olan və bizi bu qaranlıq labirintdən çıxarası olan məşəlin yolunu bilirik.
-Inşallah o məşəli taparsız mənim balam. Sənin üçün darıxacam.

Miranə xala məni bərk qucaqladı . Bəlkədə bir birimizi son görüşümüz idi. Ona görədə bir birimizin həsrətini gidərdik. Sonra telefonu götürdüm Aysellə danışdım. Onunla danışmaq mənə çox yaxşı gəldi. Dediyinə görə hardasa 3-4 ay sonra geri qayıdırlarmış.

Bu çox yaxşı xəbər idi. Onsuzda 3-4 aydan yarı il tətilləri olacaq. Onda mən Aysel ,Aqil ,görüşə bilərdik. Aysellədə sağollaşdım onu çox sevdiyimi deyib telefonu bağladım və sondəfə otağıma çıxdım.

Mən KiməmHikayelerin yaşadığı yer. Şimdi keşfedin