Bəzən getdiyiniz yerdə tapdığınız insan sizə dost ola bilər. Ancaq heç vaxt yola çıxdıqlarınızı yolda tapdıqlarınıza dəyişmiyin.
Bu dünyada möcüzələrə inanırsız? Mən inanmazdım. Ta ki möcüzəni yaşayana qədər. Indi siz, axı sən nə möcüzə yaşadın? Deyə sual verəcəksiz. Məndə sizin sualınıza cavabımı belə verərdim.
Həyat mənim üzümə güldü. Bu dünyada məncə ən böyük möcüzə həyatın sənə gülməsidi.
Çünkü həyat hər diyəndə insana şans vermir. Bilirəm həyat zordu. Amma insanlar həyatın bütün çətinliklərinə rağmən hər şeyə sinə gələ bilərlər.Heç bilirsiniz həyat niyə belə çətindi? Bilmirsizsə mən sizə deyim. Bir gün bir həyatdan soruşur. "Həyat sən niyə belə çətinsən". Həyatda insana cavab olaraq belə deyir"Çünkü siz asan şeylərin qədrini bilmirsiz".
Məncə həyat bunu deməklə çox haklıdı. Biz insanlar asan şeylərin qədrini bilmirik. Daha sonra həyat daha gözəl şeylər verir amma onları əldə etmək çətin olur. Məncə bunu etməklə həyat bizə gözəl bir dərs verir. Hər bir insan əvvəl axır, həyat dərsinə girəcək.
Bax onda bəlkə insanlar asan şeylərin qədrini bilə bilərlər. Bəzən sənin bu həyatda ən rahat bir şəkildə əldə etdiyin şey, başka bir insanın əldə etdiyi ən çətin şey olabilər. Buna görədə hər şeyin qədrini bilmək lazımdı.
Indi bəzi oxuyucular deyəcəkki bu cümlələrin mənim həyat hekayəmə nə aydıyatı var? Xeyr çox böyük aydıyatı var.O aydıyatı varki, mən bu dünyada mənim üçün vacib olan iki insanı itirdim.
Onlar anamla atam idi. Mən hələ onlara doya bilməmişdim. Təkcə mən yox Ayseldə anamla atama doya bilməmişdi. Ancaq mən özümü Ayseldən daha şanslı sayırdım. Çünkü mən anamla atamı ondan, daha çox görmüşdüm.
Düzdü indi onlar bu həyatda deyillər. Ancaq onlar həmişə bizim qəlbimizdə olacaqdılar. O an yenə öz halıma şükür etməyə başladım. Çünkü indi mənim yanımda Elnarə xalam var idi.
Və mən onun mənim üçün etdiyi yaxşılıqları heç vaxt unutmayacam.Mən bayaq xəyallarımın dalınca gedəcəyimi, 4 kişiyə söz vermişdim . Bunlar anam, atam, Aysel, və həyatımıza sonradan daxıl olan ancaq mənim can qardaşım Aqil idi. Indi isə 5 nəfər oldu sonuncusuda Elnarə xala idi.
Getmədən qabaq son cümlələrində mənə belə dedi.
"Xəyallarının dalınca getməkdən əlçəkmə!". Məndə onun dediyini eliyəcəm xəyallarımın dalınca getməkdən heç vaxt əlçəkməyəcəm.Bir neçə dəyqə sonra..
Artıq Elnarə xala çoxtan getmişdi. Ancaq mən hələdə aynadan yola baxırdım. Fikirlərin içində üzürdüm. Birdən çiynimə dəyən bir qoldan sonra ayıldım.-Salam mən Aqifəm.
-Salam məndə Etibar.
-Bura hardan gəlmisən?
-Bakıdan.
-Yatılı qalacaqsan?
-Hə.
-Istiyirsən sənə buraları gəzdirim?
-Yox yorğunam. Yatacam. Bəlkə sonra.
-Yaxşı . Tanış olduğuma şad oldum.
-Məndə.Aqif isti qanlı birinə oxşuyurdu. Amma mən hələki özümə dost axtarmırdım. Hələki bura örgəşsəm yaxşı olar. Onsuzda dərslər başlayanda hamı bir birini tanıyacaq.
ŞİMDİ OKUDUĞUN
Mən Kiməm
Novela JuvenilO idi suallarına cavab axtaran . O idiki bu həyatda özünə mən kiməm? sualını verən . Bəlkədə heç vaxt suallarına cavab tapmayacaqdı. Bəlkədə qaranlıq sonu olmayan suallarla dolu labirintdən heç vaxt çıxa...