Qorxu Bölüm 3

3.6K 214 22
                                    

..masanın arxasında qəribə bir sükut var idi.. Mariya mətbəxdən gətirdiyi əlavə iki boşqabı qonaqların qarşısına səliqə ilə yerləşdirdi. Edvard bildirmədən Mariyaya nəzər yetirən zaman onun əllərinin əsdiyini görmüş, dodaqaltı gülümsəmişdi.. Mariya Edvardı tanımaqda çətinlik çəkirdi. Baxmayaraq ki, ona yaxşı davranırdı amma yenə də indiki Edvardla universitet dəhlizində gəzən o cazibədar oğlanın arasında dağlar qədər fərq var idi. O, sanki nələrdənsə çəkinir, qorxurdu, ya da sadəcə narahat idi və burda, orta yaşlı insanların çoxluq təşkil etdiyi bir yerdə vaxt keçirmək o qədər də əyləncəli gəlmirdi.

- Hə, danışın görək,bizim buralar xoşunuza gəlirmi?

Jeyms danışmağa hazırlaşırdı ki, hövsələsiz Suzanna dərhal sözə başlayıb onu qabaqladı..

- Ohh, əzizim, belə gözəl yeri də bəyənməmək olar? Buradaki bahalı göydələnlər, səliqədən işıldayan parklar insanı valeh edir.. Qiymətlər də o qədər bahalı deyil. Mən tamam fərqli hesab edirdim.. Hahah..Yox, qıymaz biri olduğum üçün yox ( özünü sındırmaq istəməyərək tez sözlərinə əlavə etdi) sadəcə, televiziyadan izləyən zaman insana elə gəlir ki, böyük şəhərlərdə yaşamaq üçün böyük pullar gərəkdir..

Xanım Aleksandra zərifliyini pozmadan dodaqucu gülümsəyib başı ilə təsdiqlədi.

- Əzizim, sən yaxşısan? ( əli ilə oğlu Edvardın üzünə sığal çəkdi)

-Hə, ana, narahat olma ( tez başını sağa əyib anasının əlini üzündən uzaqlaşdırmağa çalışdı)

Mariya çox diqqətlə baxa bilməsə də onun bütün hərəkətlərinə göz qoyurdu. Tez tez saatına baxmasına, telefonun ekranını yandırıb bir şey gözləyirmiş kimi yoxlamasına, bir neçə dəqiqədən bir asta da olsa öskürməsinə, evin tavanına və divarlarına göz gəzdirib qaşlarını çatmasına,əli ilə üzünə toxunub yanağını, boynunu xəfifcə qaşımasına və nəfəsini necə dərindən və aramla almasına..

- Bizim uşaqlar da eyni universitetə gedirmişlər nə gözəldir elə deyilmi? Bu gün təsadüfən evinizin önündən keçən zaman salonun pəncərəsindən ( sözünə ara verib soruşdu) əzizim, adın Mariya idi, eləmi? ( Mariyanın təsdiqini gözlədikdən sonra sözünə davam etdi) Hə, Mariyanı görəndə, onun yeni qonşularımızın qızı olduğunu Edvarda bildirmək üçün göstərdim. O isə qızınızı dərhal tanıdı və bu gün qarşılaşdıqlarını bildirdi. Ümid edirəm, bu xoş tanışlığımız hər zaman eyni qalar.

Xanım Aleksandranın bu sözləri Edvardı utandırsa da, Mariya onun haqqında danışdığını bilən zaman Edvarda baxıb ürəyində sevindi.

- Mariya, biz qəhvələrimizi içən zaman , sən də Edvarda evi gəzdirərsən.

Edvard ciddiliyini pozmasa da Mariyanın həyəcanı anasının bu cümləsindən sonra daha da artdı və əli ayağı bir birinə dolandığı üçün əlindəki çəngəl yerə düşdü.

- Yaxşı , yaxşı, mən götürərəm siz yuxarı qalxın.

Mariya Edvarda təəccüblə baxdıqdan sonra nəhayət özünə gəlib əli ilə işarə etdi ki, Edvard öndən pilləkana doğru addımlasın. Edvard uzaqlaşdıqdan sonra Mariya himcimlə anasına acıqlı tərzdə nələrsə deməyə çalışsa da anası onu anlamadı.

- Mmm, burada gəzməli çox yer yoxdur ( Mariya əli ilə ətrafı göstərib birtəhər sözə başladı) irəlidə iki otaq daha var, öndəki də mənim otağımdır. Onlar birlikdə Mariyanın otağına tərəf addımladı. Edvard otağın açıq qalmış qapısından içəri boylananda səliqə ilə yığılmış yataq, divarlara asılmış Link in Park və THE BEATLES posterləri, künc tərəfdə kiçik yazı masası və üzərində rəsimli çərçivə və rəflərdə rəngli qapaqlı müxtəlif qarışıq kitablar gördü. Edvard masanın üzərinə qoyulmuş çərçivədəki Mariya ilə yanındaki tanımadığı gənc oğlanın qucaqlaşaraq çəkdirdikləri şəkilə bir neçə saniyə baxsa da bu barədə heç nə soruşmadı.

QorxuWhere stories live. Discover now