Qorxu - 4 cü bölüm

3.9K 225 23
                                    

Qorxu : 4 - cü bölüm.

- Yolun bu qədər uzaq olduğunu bilmirdim..

- Yaxşı görək, o qədər də uzaq deyil. Yoxsa qorxursan?

- Qorxmaqlıq deyil sadəcə.. Evə çox gec qalsam narahat olarlar, xəbər verməmişdim, sabah çox əsəbi halda olduğum üçün qəflətən qərar dəyişdirmişd..

- Yəni demək istəyirsən ki, söz verdin deyə indi mənlə gedirsən? Yaxşı, onda qayıdanq geriyə, belə heç bir mənası olmaz!

- Yox, yox, elə demək istəmədim, sən mənə baxma, sadəcə.. Hə, deyirdin burada sendviçlər dadlı olur hə?

Adrian Mariyanın sözlərindən biraz incimiş kimi olsa da söhbəti dəyişməsini xoş niyyətinə saydı və ona uydu.

- Hə! Həm də necə, birazdan özün görəcəksən!

Mariya zoraki gülümsədi, yol uzandıqca uzanırdı. Mariyanın qəlbindəki şübhə və narahatlıq səmanı örtən qara buludlar kimi hər saniyə artırdı.. Bir tərəfdən ailəsindən xəbərsiz hələ cəmi iki gündür tanıdığı biri ilə heç tanımadığı yerə getməsi, digər tərəfdən sabah Edvardın avtomobildəykən dedikləri onun fikirlərini içindən çıxılmaz dərəcədə qarışıq edirdi..Mariya Adrianın çox da yeni və bahalı olmayan avtomobilində səsini artırıb böyük zövqlə dinlədiyi mahnıya çox da əhəmiyyət vermədən qolunu oturacağı tərəfdəki şüşəyə dayaq edib başını əlinə söykəmişdi..

- Hə, budur, biz çatdıq!

- Adrian? Axı bura kafeyə bənzəmir?!

- çünki kafe deyil, yəni tam olaraq kafe deyil. Bura bizim evimizdir, amma arada evlərə sifarişlə yeməklər hazırlayıb göndəririk.

- Niyə bunu mənə deməmisən?! Bilsəydim!

- Nə? Bilsəydin nə? Gəlməzdin? Burda pis nə var axı?

- Yenə də mənə deməli idin?

- Mariya, məndən qorxmağına səbəb yoxdur. Başa düşürəm, o zəngin ərköyünün dedikləri fikirlərini qarışdırıb amma mən buyam! Gördüyündən ibarət, nə biraz artıq nə biraz əskik.. İndi istəyirsən gəl səni evinizə aparım. Mən sadəcə xoş vaxt keçirməyin üçün səni öz evimizə dəvət etdim. Bağışla ki, bu detayı ağlımdan qaçırmışam amma bunda heç bir riya və pis fikir yox idi. Nə etmək olar, eybi yox, gəl qayıdaq..

Mariya diqqətlə onu dinlədi. Ürəyində gah ona inandı gah şübhə duydu. Filmlərdə də çox vaxt bucür olur axı. Ən sakit və zərərsiz görünən obraz axırda manyak çıxır. Yox , yox, ona güvənmək olmaz! Bəs birdən hər şey əksinə oldu? Ya bütün bunlar sadəcə onun mənasız qorxuları idisə onda necə? Bu Adriana böyük haqsızlıq olardı..

- Niyə bir şey demirsən? Sənə nə olub axı? Yəni mən bu qədər qorxunc biriyəm? Eeey? Mariya!

- Hə..Bağışla..Yaxşıyam, sadəcə..

- Relax, başa düşürəm, hələ yenisən, təbii ki, hər kəsə birdən birə güvənmək olmaz.. Gəlirsən?

Mariyanın bu dəfəki gülümsəməsində şübhə və qorxu yox idi.Ta ki, Adrian açarı kilidin içərisində fırladarkən ətrafa yayılan sirrli əks sədanı eşidənə qədər..

- Hey! Salaam! Evdə kimsə var? Deyəsən heç kəs gəlməyib hələ.

Mariya uzun və dar dəhlizdə yavaş yavaş addımlamağa başladı. Sol tərəfdəki mətbəx qapısından içəri nəzər yetirdi. Soyuducunun üzərində çoxlu kiçik not kağızları və Adrianla bir qadının rəsmi asılı idi. Çox güman ki, bu, onun anası idi. Mətbəxdə ürküdücü səliqə səhman hökm sürürdü. Yerdə, masanın üzərində, pəncərə kənarında, heç bir yerdə bir dənə də olsun artıq detal tapmaq mümkün deyildi.

QorxuWhere stories live. Discover now