1 - ci bölüm

35.9K 1K 212
                                    

Otaqda dünən gecədən bəri açıq qalan radio xışıltısı var.Pəncərələr açıq,çöldən gələn küləyin sərxoşluğu ilə rəqs edir pərdələr.Səhərin bu vaxtlarında axşamdan qalma sərin meh olur,adətən.Üşünüdüyünü hiss edib gözü yumulu vəziyyətdə , əli ilə üstünə örtməyə bir şey axtarır.Heçnə tapa bilmir və hirsli baxışlarla birtəhər gözünü açır.Əsnəyərək əlləri ilə dağınıq saçlarını arxaya sığallayır və üzünü,gözlərini ovuşdurmağa başlayır.Yatağının aşağısındaki paltarlarını götürüb birtəhər geyinir və pəncərənin qarşısında dayanır.Dərindən bir nəfəs..Necə gözəl gündür..Kaş elə bu vaxt donsa zaman.Bundan sonra nələrsə yaşanmasa,ya da yaşananlar xatırlanmasa..Otağının qapısını açıb dəhlizdə yeriməyə başlayır.."Ana?" sualı cavabsız qalır.Hə,evdə balaca qardaşdan başqa heç kəs yoxdur,yenə bütün işlər ona qalıb.Günə 6-0 geridə başlamağa bərabər idi bu onun üçün.Çaydanı su ilə doldurub qazın altını yandırır.Və masada əyləşib gözləməyə başlayır.O, heç vaxt səhər yeməyi yemir,ümumiyyətlə səhərlər edilən heçnəyi sevmir;yuxudan oyanmaq,dişləri fırçalamaq,saçları darayıb səliqəyə salmaq,üstəlik evi səhmana salıb bu da yetməzmiş kimi saatlarla müəllimlərin "laqonda" effekti verən səslərinə qulaq asmaq.Amma nə etmək olar ki,bütün bunlar onun həyatının bir parçasıdır və hər nə qədər bezdirici olsa da gözəl yanları da var əlbəttə.Bir əlində oyana bilməsi üçün tək çıxış yolu kimi gördüyü acı qəhvəsi,bir əlində evin açarları,ayağında ipləri hələ də bağlanmamış idman ayaqqabıları və önü düymələnməmiş pencək..Əgər tale sizinlə bir zarafat etməyi düşünsə idi,əmin olun ki, sizi onunla qonşu edərdi.Çünki hər gün görəcəyiniz bu mənzərə sizi ən depressiv anınızda belə güldürməyi bacarardı.. Zahiri görünüşcə arıq,sevimli,gülüşü gözəl,qıvırcıq saçlı bu gənc qız sizə bütün dərdlərinizi unutduracaq qədər qeyri adi sehrli gözəlliyə sahib idi.Tanış olun,onun adı Fərəhdir..Nəhayət bir təhər evdən çıxmağı bacardı. Ağız gözünü büzə büzə bir iki qurtum alıb qəhvə fincanını yolun ortasına qoydu.Əyilib tələsik ayaqqabısının iplərini bağladı. Qulağının arxasından çıxmış saç tellərini səliqəyə salıb dərindən nəfəs daha aldı. Arxayınlaşıb yola düzəlməsinə az qalmışdı ki, universitetə getdiyi avtobusun küçənin başından ana yola tərəfə burulduğunu gördü. Içini çəkib qaçmağa başladı. Tərslikdən ayağı qəhvə fincanına ilişdi,həmin an xatırladı ki,fincanı evdə qoymaq lazım idi,indi isə evə qayıtmaq mümkünsüzdür.Tarazlığını son anda düzəltməyi bacarıb yıxılmaqdan xilas oldu. Gah istədi geri qayıdıb iki üç addım geridə qalan fincanını götürsün gah da avtobusun səsinin uzaqlaşdığını görüb həyəcana qapıldı.Yox,bu fürsəti qaçırmaq olmazdı. Var qüvvəsini toplayıb "eey,saxlayın!" deyə qışqıraraq qaçmağa başladı.Bəxti gətirmişdi ki,avtobus sürücüsü istisnasız olaraq hər gün gecikən bu qızı artıq tanıyırdı.Güzgüdən onu görüb sürətini azaldaraq dayandı. Fərəh bir təhər özünü avtobusa çatdıraraq boş oturacaqlardan birində əyləşdi.Sürücü üzündəki gülümsəmə ilə onun salamını aldıqdan sonra yola düşdü.

Universitetin qarşısında yenə hər tipdə insan görünürdü. Köynəyinin bir tərəfi şalvarının içində,bir tərəfi çölündə olan oğlanlar,əlində güzgü, makiyajını təzələyən qızlar (Fərəh heç cürə başa düşmürdü ki,həmin qızlar saat neçədən oyanır ki,hər gün saçlarını düzləşdirib,makiyajlarını tamamlaya bilirlər. Növbəti sualı da o idi ki,bəs niyə özü bütün bunları bacarmır?) , öz uşaqlarına,ailəsinə səhər yeməyi hazırladığı üçün işə gecikən müəllimələr,özlərini tamam fərqli qalaktikada zənn edən,əl ələ gəzən sevgililər və.s,və.s.

Universitet həyatında müəyyən qruplar vardır, rahatlıqla istədiklərini edə bilən "ərköyünlər",mehriban dostlar,kasıb uşaqlar və tək dolaşıb bir təhər başını "hərləyənlər".

Aciz qalan UlduzlarWhere stories live. Discover now