Universitetə gedərkən yol boyu qardaşının hərəkətlərini,kiçik həyəcanlarını,uşaq qəlbini düşünüb gah gülümsədi gah duyğulandı.
- Qızdan xoşu gəlibmiş sən demə?
- İlk baxışdan özü də..
Dərsdən sonra Universitetin yaxınlığındaki parkda oturub söhbətləşərkən Fərəh səhər olanları Orxana danışmışdı.
- Neçə yaşı var Yusifin?
- Altıya keçib bu il
Orxan yaşını öyrənən zaman daha ürəkdən gülümsəyib,dünyada hələ də bu cür saf və məsum bir şeylərin qaldığını düşünərək sevindi..
- Müşfiqdən nə xəbər?
- Bu gün işə gəlməmişdi. Nə isə işləri var imiş Şəhla ilə.Adam ciddi ciddi evlənir
- Gəlinin yaxın rəfiqəsi danışığının ilk cümləsinə oxşadı
Bir birlərinə baxıb güldülər
- Yən,evlilik başqa bir məsələdir.Nə qədər olmaya əvvəlki münasibət qalmayacaq. Sıradan biri olsa nə isə də,söhbət Müşfiqdən gedəndə məsələ biraz çətinləşir
- Çox yaxın olmusunuz axı,belə hiss etməyin normaldır
- O olmasa məhv olardım indiyə qədər. Yeri gələndə həmanalıq həm atalıq edib mənə.Nə bilim,inanmıram ki,onun kimi başqa biri mövcuddur dünyada.İndi düşünəndə ki,o olmayacaq..
- Mən varam..
Orxan başını yerdən qaldırıb Fərəhin gözlərinə baxaraq ovucundan öpdü:
- Yaxşı ki..
- Sənə bir hədiyyəm var
- Ooo,doğurdan? Nə münasibətlə?
- Bəzi şeylərin gözəlliyi,onların səbəbsiz yerə edilməsindədir.
Fərəh çantasından bir kitab çıxarıb Orxana uzatdı.Bu Orxanın sevdiyini dediyi "Eyni ulduzun altında" filminin kitabı idi.
- Eşitdim ki,bunu bəyənmisən.Deyirlər kitabı daha maraqlıdır.
- Çox gözəl hədiyyədir,çox sağol.Bu gündən oxumağa başlayacam.
Fərəh gülümsəyib ayağa qalxdı. Evə getmək lazım idi. Neçə gündür evə gec getdiyi üçün anası narazılığını bildirmişdi. İstəmirdi ki,yenə söz söhbət olsun.
Orxan evə çatana qədər kitabı oxumağa davam etdi. Fərəh düz deyirdi,həqiqətən filmlər kitabdaki gözəlliyi öldürürdü. Evə çatdığı zaman belə kitabı əlindən yerə qoymadı. Hər səhifəni oxuduqca sonuna olan marağı artırdı. Kitab qucağında yuxuya getmişdi. Gözləri və beyni elə yorulmuşdu ki,Fərəhin zənginə belə oyana bilməmişdi.
- Ey..
Universitetin həyətində oturub Fərəhi gözləyərkən kitab oxuyan Orxan səksəndi.
- Salam..
- Nə olub?
- Heçnə,nə olacaq ?
- Hardasa on dəqiqədir ki,sənə baxıram və sən on dəqiqədir eyni səhifədə ilişib qalmısan. Kitab sevən biri üçün normal hal deyil. Ya fikrin başqa yerdə olduğu üçün oxuduğunu anlamayıb yenidən başlamısan ya da ümumiyyətlə oxumurdun.