Bölüm 4

27 4 0
                                    

~Eliradan
Başımı qaldıranda lila rənginə çalan suda üzən bir adamı gördüm. Anidən qalxdığım üçün başım dönmüşdü. Gözlərimi yumdum oturaraq ayaqlarımı özümə çəkib başımı gizlətdim. Suyun səsini eşitdim bəlli ki üzən adam sudan çıxmışdı. Başımı qaldıranda gördüyüm üzlə təəccübləndim. Bu bizim sahə müdirimiz Reni Vaşy'di .
Elira: Reni ?
Mənim yanımda oturdu. Üzünü mənə çevirib sözə başladı.
Reni: Niyə gəldin Hindistana ?
Elira: Reni sən mənə ilk öncə de bura haradır və niyə bu qədər sərindir ?
Reni əliynən 'gəl' anlamında tərpətdi. Ayaqları yerə dəyməyən bir gəlinlik paltarında qız yaxınlaşdı. Elində tutduğu şalı Reni'yə uzatdı . Reni şalı qızdan alıb mənim çiynimə atdı.
Reni: Bir azdan isinəcəksən. Suallarına cavab verim. Bura mənim dünyamdı. Ölən yada öldürülən ruhların dünyasının sahibiyəm. Sənə şalı gətirən qız 2 gün öncə toy günündə öldürülmüşdü ona görə gəlinlikdədi. Sərin olmağının səbəbi sakitlikdi və heç kim səni burda narahat etmir. İnsanlar sakit olanda bura sərin olur amma hər kimsə əsəbləşsə burda tufan qopur yada günəş dərəcəsi 40⁰'ə olur, və uzun illərdir bura belə səssiz, sakit keçir. Çünki həmin adam burda deyildi
Elira: Həmin adam kimdir ki və əsəbləşsə həqiqətən tufan olur ?
Reni: Həmin adam sənsən, və sən az öncə diplomatın otağında əsəbləşəndə burda güclü külək oldu. Ruhlar yeni sahibinin gəldiyi üçün xoşbəxtdilər. Yoxlamaq üçün ən çox əsəbləşdiyin adamı fikirləş.
Ağlıma gələn ilk adamı fikirləşmək üçün gözlərimi yumdum. Gözlərimi açanda ətrafda necə külək əsdiyini gördüm. Saçlarımın arxaya uçmağından hiss etdim ki çox pis əsəbləşmişəm. Reni'nin gülməyinə üzümü ona çevirdim.
Elira: Niyə gülürsən ?
Reni: Kimi fikirləşdiyini deməyimə gərək yoxdu çünki gözlərindən bəllidi.
Gözlərimi yumub yenidən açdım.
Elira:Nəcə yəni ?
Reni: Elira səndə bir güc var. Nə gücüdü onu deyim izininlə.
Sənin kimi insan yoxdu bu birincisi. İkincisi kimə əsəbləşsən göz renglərin dəyişir və həmin əsəbləşdiyin adam sənin gözlərində öz ölümünü görür. Bu inanılmaz bir gücdü lakin heç kimdə yoxdu. Hər kəsin qorxulu yuxusu gerçəkləşəcək qiyaməti başladacaq qız sonunda buradadır.
Elira:kimdi ki o ?
Reni: Sənsən Elira ölkənə xoş gəldin ən əsasda ruhlar dünyasına

Keçmişin izləri Hikayelerin yaşadığı yer. Şimdi keşfedin